Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-100/2022 14.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, Polis mayoru Nümayəndə2, Şikayət verən şəxs X1 iştirakları ilə X1 Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, polis mayoru Nümayəndə2 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, polis mayoru Nümayəndə2 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01.09.2021-ci il tarixdə saat təxminən 12:00-13:00 radələrində özünə məxsus “Chevrolet Cruze” minik markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhərində, “Modul tipli” xəstəxanın yanında, 10 saylı Ərazi Vergilər İdarəsi ilə üzbəüz yoldan çıxıb Qəbələ şəhəri istiqamətində hərəkətdə imiş. Avtomobili ilə yol ayrıcında dayanıb sol tərəfdən avtomobil gəlmədiyindən əmin olub sağa doğru hərəkət etməyə başlamışdır. Həmin vaxt onunla eyni istiqamətdə olan avtomobil ondan xeyli uzaqda olduğundan və rahatlıqla yoluma davam edə biləcəyini düşündüyündən sağa doğru hərəkət etmişdir. Təxminən 50-100 metr hərəkət etmiş ki, yol patrul xidməti avtomobili ona məxsus avtomobilə saxlamaq əmri vermişdir. Belə olub avtomobilini saxlamış və yol polisi əməkdaşı Nümayəndə1 ona yaxınlaşmışdır. Ondan sənədlərini tələb etmiş və sənədlərini ona təqdim etmişdir. Nümayəndə1 sənədlərini götürərək öz xidməti maşınlarına yaxınlaşmışdır. Təxminən 5 dəqiqə gözlədikdən sonra avtomobilindən enərək polis əməkdaşlarına yaxınlaşmış və onlara heç bir qayda pozuntusu törətmədiyini bildirmişdir. Bu zaman heç bir səbəb olmadan və heç bir müqavimət göstərmədiyi halda Nümayəndə1 ona “niyə müqavimət göstərirsən” deyə bildirmişdir. Bu zaman digər yol polisi əməkdaşı X3 “müqavimət göstərirsə, şöbəyə aparaq” deyə bildirmişdir. Onun avtomobilinə onların yaxınlaşdığını görüb avtomobilin açarın avtomobildən götürmək istəmişdir. Bu zaman yuxarıda adlarını çəkdiyi polis əməkdaşlarından xatırlamadığı hansısa onu arxadan tutaraq, sanki cinayətkarmış kimi onu polis avtomobilinə mindirmişlər. Ətrafda adamlar olduğundan və şəxsi nüfusunu qoruduğundan heç bir müqavimət göstərməmişdir. Daha sonra onun avtomobilini X3 idarə edərək, o isə yol polisi maşınında Qəbələ rayon Polis şöbəsinə gəlmişlər. Heç anlaya bilmədiyi məsələ ondan ibarətdir ki, polis şöbəsində onu avtomobildən düşürən kimi polis əməkdaşları Nümayəndə1 onun əllərini arxadan büküb, boynunu isə əyərək saxlamış, bu zaman Pərviz Nəsibov onun boynunun arxasından dəfələrlə yumruqla vurmuş, Nümayəndə1 isə təpiklə onu vurmağa davam etmişdir. Bu zaman kimsə “sizi videoya çəkdilər, videoya düşdüz” deyə bildirdi. Belə olub onu otağa salıb onu vuran zaman hadisəni görüntüyə alan şəxsin arxasınca getmişlər. Daha sonra onu polis şöbəsində olan çayxanaya aparıb onu təhqir etməyə başlamışlar. Ona “biz polisik, bizlə kobud davranın axırı belə olur” və s. ifadələrlə təhqir etdilər. Əslində istədiklərə onlara müqavimət göstərməyi imiş, lakin heç bir müqavimət göstərməmişdir. Polis şöbəsinə təxminən 12:00-13:00 arası aparılmışdır. Lakin heç bir əsas olmadan onu 4-5 saat qanunsuz polis şöbəsində saxlayaraq, saat 6-ya işləmiş şöbədən buraxmışlar. Şöbəyə daxil olandan telefonunun ona verilməsini və vəkili ilə əlaqə saxlamağı tələb etmişdir. Buna baxmayaraq telefonu ona uzun müddət verilməmişdir. Daha sonra barəində inzibati xəta haqqında protokol tərtib etdiklərini, protokola qol çəkməyini bildirmişlər. OŞ protokola qol çəkməkdən imtina etmişdir. Daha sonra barəsində qərar çıxarıldığı, 60 manat cərimə edildiyini qeyd etmişlər. Telefonunu onlardan aldıqdan sonra Bakıda fəaliyyət göstərən vəkili ilə danışaraq baş verənləri ona danışmış və ondan telefonu polis əməkdaşına verməyini tələb etmişdir. Polis əməkdaşları vəkil ilə danışdıqdan sonra ona şikayət etməməyini, hətta 60 manat cərimənidə özləri ödəyəcəklərini bildirmişlər. O, bununla razılaşmamışdır. Həmçinin avtomobilini polis şöbəsinə daxil olarkən saxlanca qəbul edilməsi barədə akt tərtib edilməmişdir. Polis şöbəsindən çıxandan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” xidmətinə, “902” qaynar xəttinə və Qəbələ rayon Prokurorluğuna şikayət ərizələri vermişdir. Qəbələ rayon prokurorluğunda bu məsələ ilə bağlı ondan izahat alınmışdır. Ona barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar təqdim edilməmişdir. 06.09.2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsinə yaxınlaşaraq protokolun və qərarın surətinin ona verilməsini tələb etmişdir. Ona protokolda olan “protokolu qəbul etdim” yerinə imza etdirsələr də, protokolu ona verməkdən imtina etdilər və yalnız ona inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdir. O, barəsində tərtib edilmiş protokolla razı olmadığı halda barəsində dərhal eyni tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qəbələ rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə1 tərəfindən qəbul edilmiş onun Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmama dair inzibati xəta haqqında TP ******* nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarla razılaşmadığından Qəbələ rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsininn 20.09.2021-ci il tarixli 3(025)-448/2021 nömrəli qərarı ilə TP ******* nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ rayon Poliş X6 Polis Bölməsinə göndərilmişdir. Lakin bu müddət ərzində heç bir araşdırılma aparılmamış, araşdırılma aparılması üçün Qəbələ rayon Polis şöbəsinə dəvət edilməmişdir. Əksinə Qəbələ DYP-nin əməkdaşı Nümayəndə1 dəfələrlə ona yaxın olan şəxslərlə əlaqə saxlayaraq barəsində qərar çıxarılmasını, lakin qərara əsasən müəyyən olunmuş cərimənin özləri tərəfindən ödəniləcəyini təklif etmişlər. Lakin o, dəfələrlə günahsız olduğunu, qərarla razılaşmadığını bildirmişdir. Əgər polis əməkdaşı Nümayəndə1 barəsində qərar çıxarılaraq daha sonra cəriməni özü ödəmək istəyirsə, demək ki, barəsində olan qərarın əsassız olduğunu əvvəldən bilmişdir. Bütün bunlara baxmayaraq barəsində əsasız qərar qəbul edilmişdir. Eyni zamanda Qəbələ DYP-nin əməkdaşları Nümayəndə1 və Nəsirov Pərvizin qanunsuz əməlləri ilə bağlı Qəbələ rayon prokurorluğuna müraciət etmişdir. Həmin araşdırılma ilə bağlı 14 sentyabr 2021-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qəbələ rayon X8 Bölməsi tərəfindən onun İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olub olmaması yetərincə araşdırılmadan barəsində 17.02.2022-ci il tarixdə TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla razı deyildir. Həmin maddədə göstərilən halların heç biri onun tərəfindən pozulmamışdır. Bundan əlavə barəsində dərhal qərar qəbul edilsə də, “smsradar” mobil tətbiqində qərar göstərilsə də, İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuma dair şəkillər və ya videogörüntülər sistemə əlavə edilməmişdir. Nəticədə təqsirli bilindiyi maddənin dispozisiyinda nəzərdə tutulmuş “pozuntu” isə bağlı heç bir sübut yoxdur. O, öz təqsirsizliyimi sübuta yetirməli deyil. Əgər bununla bağlı şübhələr varsa, həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq hesab edir ki, onun tərəfindən guya yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, polis mayoru Nümayəndə2 izahatında göstərdi ki, X4 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. S.Kərimovun törətdiyi inzibati xətanın aşkar olması və sənədləşməsində YPX əməkdaşı tərəfindən hüquqazid hərəkətlərə yol verilmədiyi, onun qəbul etdiyi qərarın qanuni və əsaslı olduğunu bildirmişdir. Belə ki, video görüntələrə baxan zaman aydın görünür ki, X4 “Chevrolet Cruze” markalı, **-SC-*** dövlət nömrə avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə1 izahatında bildirmişdir ki, 01.09.2021-ci il tarixdə saat 12:00-13:00 radələrində H.Əliyev prospektində aşağıdan yuxarıya hərəkətdə olan zaman Rayon Mərkəzi Xəstəxanasından gələn yoldan Chevrolet Cruze minik markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobil yol ayrıcını gözləmədən iti surətlə əsas yola, yəni prospektə onları gözləmədən çıxdığı üçün sayrışan işıqlardan istifadə edərək onun arxasıyla hərəkət edib ona yolun sağında saxlamasını bildirmişlər. Həmin sürücü hərəkəti davam etdirdiyindən onun arxasıyla gedib bir neçə çağırışdan sonra bir qədər irəlidə avtomobilini dayandırmışdır. O, avtomaşından düşərək ona yaxınlaşıb özünü təqdim edərək qayda pozuntusunu izah edib sənədləri təqdim etməsini istədikdə, sürücü ona şəxsiyyət vəsiqəsini və avtomobilin texpasportunu verib, sürücülük vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Həmin sürücünün X4 olduğunu müəyyən etmişdir. Onun sürücülük vəsiqəsi üstündə olmadığından xidməti avtomobilə yaxınlaşıb bortkompüterdən sürücülük vəsiqəsini yoxlamış, lakin həmin ad soyadla sürücülük vəsiqəsi çıxmamışdır. Bu zaman Kərimov Samir idarə etdiyi maşından düşüb ona yaxınlaşaraq, heç bir söz demədən təqdim etdiyi sənədlərini əlindən dartıb götürmüş, maşınına tərəfə qaçmışdır. Buna görə S.Kərimova çatıb, sənədlərin qaytarılmasını tələb etmişlər. Lakin S.Kərimov onların tələbinə əhəmiyyət verməyərək idarə etdiyi avtomobilə minib uzaqlaşmağa çalışmış, onun qolundan tutub patrul maşınına yaxınlaşaraq ona polis şöbəsinə getmək lazım olduğunu söyləmişdirlər. Polis Şöbəsində onlara sürücü Kərimov Samirin 300 manatdan çox cərimə olduğu və mərkəzi sistemdən sürücülük vəsiqəsi çıxarılan zaman vəsiqədə 14 balın olması məlum olmuşdur. X4 barəsində 01 sentyabr 2021-ci il tarixdə İXP ******* saylı protokol tərtib edilmiş və həmin protokol əsasında eyni tarixdə TP ******* qərar qəbul edilərək X4 60 manat məbləğində cərimə edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 3(025)-448/2021 nömrəli qərarı ilə X4 barəsində Qəbələ rayon Yol patrul xidməti inspektoru polis baş serjantı Nümayəndə1 qəbul etdiyi inzibati tənbeh vermə haqqında TP ******* saylı 01.09.2021-ci il tarixli qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Polis X6 Polis Bölməsinə göndərilmişdir. Bu müddətdə Samir Kərimov müxtəlif orqanlara şikayətlər etmişdir. Qəbələ rayon prokurorluğunda cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Samir Kərimovun törətdiyi qanun pozuntusu ilə əlaqədar video görüntülərə baxılmış, nəticədə onun sözügedən pozuntunu törətməsi müəyyən olunmuşdur. Bu səbəbdən barəsində yenidən qərar qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, Polis mayoru Nümayəndə2 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, X4 TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli dövlət qeydiyyat nişanlı avtomobillə 01.09.2021-ci il tarixdə saat 15:16-da Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərini pozmuşdur. X4 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 60 manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ bəndinə əsasən Eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin Qanunun 77-ci maddəsinin İİ bəndinə əsasən yolayrıcında baş yol istiqamətini dəyişirsə, baş yolla hərəkət edən sürücülər öz aralarında eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcını keçmək qaydalarını əsas tutmalıdırlar. İkinci dərəcəli yollarla hərəkət edən sürücülər də öz aralarında bu qaydaları əsas tutmalıdırlar. Həmin Qanunun 77-ci maddəsinin İİİ bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Həmin Qanunun 77-ci maddəsinin İV bəndinə əsasən relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Məhkəmə iclasında inzibati xəta hadisəsinin video görüntülərinə baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən də, X4 idarə etdiyi “Chevrolet Cruze” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ikinci dərəcəli yolla hərəkət edən zaman baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, X4 “Chevrolet Cruze” markalı, **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 17.02.2022-ci il tarixdə saat 15:16-da Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 77-cı maddəsinin tələbini pozaraq, ikinci dərəcəli yolla hərəkət edən zaman baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə yol verməmiş, qeyd edilən inzibati xəta səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş, inzibati xəta haqqında qərar qəbul edilmiş, surəti X2 təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1, 99.1.1-ci maddələrnə əsasən inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəblərdən biri də inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsidir. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə yerləşdirilmiş inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar həmin anda elektron qaydada, həmçinin müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə yerləşdirilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə hesab edir ki, X4 «Yol hərəkəti» haqqında Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X1 Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, Polis mayoru Nümayəndə2 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Qəbələ rayon Polis X6 Polisi Bölməsinin rəisi, Polis mayoru Nümayəndə2 inzibati xəta haqqında iş üzrə TP ******* nömrəli, 17 fevral 2022-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-100/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-100/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver