Məhkəmə qərarları › İş №3(025)-105/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-105/2022

09.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-105/2022 09.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, 09.02.2022-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 izahatında bildirmişdir ki, 09.02.2022-ci il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs döyərək qəsdən ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 1980-ci ildən ailəsinin istifadəsində olan həyətyanı torpaq sahəsi var. Hal-hazırda həmin torpa sahəsində yaşayır. Evinin arxa tərəfində fındıq bağı vardır ki, həmin torpaq sahəsin həmkəndlisi Zərərçəkmiş şəxs iddia edir. Belə ki, o, islahat komissiyasının 1999-cu ildə qərarında həmin torpaq sahəsinin ona düşdüyünü deyir. Hal-hazırda həmin məsələ ilə bağlı Qəbələ rayon məhkəməsində iş var və proses davam edir. Məhkəmə həmin ərazinin ölçülmə üçün bundan əvvəl 2 dəfə mütəxəssis göndərib və o Zərərçəkmiş şəxs mütəxəssislər ilə birlikdə həyətə daxil olmasına icazə verməyib. Sadəcə kənardan müşahidə etməsinə icazə verib. Buna görə də. proses ləngimişdir. Sonuncu dəfə 09.02.2022-ci il tarixdə məhkəmə həmin əraziyə yenidən mütəxəssis göndərdi, həmin tarixdə saat təxminən 11 radələrində 1 nəfər məhkəmə nümayəndəsi 1 nəfər mütəxəssis və 1 nəfər sürücü onun həyətinə gəldilər. Vahid də onlar ilə birlikdə idi. Vahidə həyətə daxii olmamasını və kənardan müşahidə etməsini bildirdi. Lakin bu zaman Vahid ona nalayiq ifadə işlədərək “mən həyətə güclə oisa da keçəcəm” demişdir. Həmin zaman həyətdən çöldə idilər. Vahid həyətə daxil olmaq istəyən zaman onun qarşısını kəsdi. Bu zaman Vahid ona bır neçə dəfə yumruq atdı. Yumruqlardan ikisi çənə və ağız nahiyəsinə dəydi. Həmin zaman əllərini yuxarı qaldıraraq sifətini qorudu. Uzaqdan qardaşı Məmmədağa və anası gəldi, hər ikisi yola çıxdı. Bu zaman Vahid qonşuluqda olan bacısının həyətinə keçdi. Həmin zaman 102 xidmətinə məlumat verdi. Mübahisə zamanı Zərərçəkmiş şəxs vurmamış, sadəcə olaraq özünü müdafiə etmək üçün əlləri iiə Vahidi kənara itələyib. Həmin zaman orada bır nəfər reyestr nümayəndəsi, 1 nəfər mütəxəssis və 1 nəfər sürücü var idi. Sürücü avtomobildə olduğundan mübahisəni görməyib. Sonradan anası Lətifə və qardaşı Məmmədağa gəliblər. Zərərçəkmiş şəxs dəfələrlə onları hədələyərək torpaq sahəsini zorla da varsa alacağını dedi. Onu bır neçə dəfə yoldan keçən zaman çiynində tüfəng olduğunu da görüb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs atasının yaşadığı həyətdən 1996-cı ilin islahat komissiyasına görə onun atası Qərib Qurbanovun adına 0.70 ha torpaq sahəsi pay torpaq oiaraq düşmüşdür. Ona bu barədə əvvəiki bələdiyyə sədri məlumat verib. İlk olaraq Elnur ilə razılığa gəlmək istədi, lakin razılaşmadılar. Buna görə təxminən 2020-ci ildə Qəbələ rayon məhkəməsinə bu barədə müraciıt etdi. Hal-hazırda proses davam edir. Bir neçə dəfə həmin yerə məhkəmə ölçü işləri aparması üçün mütəxəssis və nümayəndə göndərmiş, lakin Elnur mane olmuşdur. Belə ki, Elnur əraziy onun daxil olmasının qarşısını almaq istəyir. 09.02.2022-ci il tarixdə saat təxminən 11 radələrində məhkəmədən Şamil adlı nümayəndə və reyestr idarəsindən Nicat adlı mütəxəssis bir nəfər tanımadığı sürücü ilə həmin əraziyə gəldilər və onu da çağırdılar. Həmin yerə Elnur da gəldi, ona “sən əraziyə daxil olma, özləri ölçüb çıxsınlar” dedi. Ona “mən də iştirak etməliyəm, məhkəmədən bu barədə sənədim var” dedi. Lakin, o yenə etiraz etmiş, onun üzərinə hücum edərək ona qarşı nalayiq ifadə işlətdi. Onun sol gicgah və üz nahiyəsindən 3-4 dəfə yumruq zərbəsi vurdu. Özünü müdafiə etmək üçün əlini qabağa verdi və əli ilə Elnurun əlini kənara itələdi kı, onu vurmasın. Bu zaman əli Elnurun əlinə dəymiş və onun əli də öz ağız nahiyəsinə dəymiş və ağzı qanamışdır. Bu zaman Elnurun qardaşı Məmmədağa ilə anası Lətifə həmin yerə gəldilər. Qardaşı onun üzərinə hücum ədən zaman Elnur mübahisəni dayandıraraq qardaşını tutub saxladı. Hərnin zaman orada olan bacısıgilin həyətinə keçdilər. Elnur ona qarşı nalayiq ifadələr işlətməyə başladı. Buna görə həmin yerdən getdilər. Elnura yumruq zərbə vurmayıb və çiynində tüfəng ilə yolda gəzməyib. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışdığından işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar