Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-115/2022 14.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyevin, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Böyük Pirəli kəndində anadan olmuş, Qəbələ rayonu, Böyük Pirəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidli 14.03.2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 24.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment 10.02.2021-ci il tarixdən tutularaq X3 verilməsi, həmçinin cavabdeh X1 10.02.2021-ci il tarixdən başlayaraq, 24.11.2019-eu il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmiş, mütamadi olaraq aliment ödəməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 1275 manat aliment borcu vardır. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsi üzrə alimenti mütamadi olaraq ödəmişdir. Maddi imkanı ağır olduğundan bir müddət ödənişləri edə bilməmişdir. Buna baxmayaraq sonuncu dəfə bu gün 200 manat aliment ödəmiş və hazırda 1075 manat borcu vardır. Ümumilikdə isə bu vaxta kimi 1650 manat aliment borcunu ödəmişdir. Sözügedən alimenti ödəməkdən yayınmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2021 nömrəli, 10.03.2021-ci il tarixli qətnaməsinə əsasən İddia tələbi qismən təmin edilmiş, cavabdeh X1 24.11.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment 10.02.2021-ci il tarixdən tutularaq X3 verilməsi, həmçinin cavabdeh X1 10.02.2021-ci il tarixdən başlayaraq, 24.11.2019-eu il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. İşdə olan barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs təqdim etdiyi mədaxil qəbzlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2355/2021 nömrəli, 10.03.2021-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkara 29.08.2021-ci, 23.09.2021-ci, 14.10.2021-ci, 19.11.2021-ci, 15.02.2022-ci və 14.03.2022-ci il tarixlərdə hər dəfə hissə-hissə olmaqla ümumilikdə 1750 manat ödəniş etmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs tələbkar X3 29.08.2021-ci il və 14.03.2022-ci il tarixlər arasında 1750 manat aliment ödəsə də, hal-hazıradək 1075 manat aliment borcu qalmışdır. Bununla da borclu Şəxsnın icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-115/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-115/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver