Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-115/2025 14.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi X2 xx.xx.1960-cı ildə anadan olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxsnın barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərarı qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. xx.xx.2025-ci il tarixdə polis kapitanı X1 tərəfindən İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşdə olan elektron informasiya sistemdən çıxarışa əsasən Şəxs xx.xx.2023-cü il tarixində ölmüşdür. AR İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 53.1.8-ci mаddəsini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-115/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-115/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver