Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-116/2022 14.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1984-cü il martın 16-da Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi İlkin Göyçəlinin 25 fevral 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPBnə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X4 tərəfindən 12 mart 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, 14.03.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs 29.12.2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində kateqoriyası olmayan sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “X5” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Qəbələ şəhər, H.Əliyev prospektində şəhər daxili yolda üzü Qəbələ şəhər istiqamətində yolun sağ hərəkət hissəsinin sağ hərəkət zolağında arxa-arxaya hərəkətdə olarkən, yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən vətəndaş 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış, bununla da Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsinin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X4 göstərdi ki Şəxs 29.12.2021-ci il tarixdə Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində kateqoriyası olmayan sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “X5” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı mikroavtobus ilə Qəbələ şəhər, H.Əliyev prospektində şəhər daxili yolda üzü Qəbələ şəhər istiqamətində yolun sağ hərəkət hissəsinin sağ hərəkət zolağında arxa-arxaya hərəkətdə olarkən, yolun sağ hissəsindən sol hissəsinə keçmək istəyən vətəndaş 1959-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin arxa hissəsi ilə vurmuş, nəticədə Zərərçəkmiş şəxs zərbənin təsirindən yerə yıxılmış, bununla da Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsinin təsirindən müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi İlkin Göyçəlinin 25 fevral 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilib göstərdi ki, 29.12.2021-ci il tarixdə saat təxminən 08 radələrində etibarnamə ilə idarə etdiyi “Ford Transit” mikroavtobus markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Mıxlıqovaq kəndi ərazisində təxminən 8-9 nəfər sərnişini avtobusa mindirib üzü Qəbələ şəhəri istiqamətində hərəkətə başlamışdır. Qəbələ şəhərində “24 saat” adlı marketin qarşısında idarə etdiyi avtomobili üzü Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağında saxlamış, lakin geriyə, yəni üzü Zarağan kəndi istiqamətində dönməli olduğuna görə idarə etdiyi avtomobili asta şəkildə geriyə doğru təxminən 1 metr 50 sm məsafə idarə etmişdir. Bu zaman avtobusun arxa hissəsindən səs gəldiyi üçün dərhal tormozdan istifadə edərək avtomobili saxlamış və yerə düşmüşdür. Bu zaman avtomobilin arxa hissəsində bir nəfər adı sonradan ona məlum olan Natik adlı şəxsin olduğunu və yerdən ayağa durduğunu görmüşdür. Həmin şəxsi xəstəxanaya aparmağı təklif etsə də, o, xəstəxanaya getməmiş, buna görə də ondan şikayətçi olmadığını bildirmişdir. 30.12.2021-ci il tarixdə ona məlum olmuş ki, qeyd edilən hadisə ilə bağlı Qəbələ RPŞ-nin istintaq bölməsində araşdırma aparılır. Avtomobili “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etmiş, “D” kateqoriyalı sürücülük vəsiqəsi olmamışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs bir neçə dəfə müalicəyə aparmış, amma ciddi xəsarət olmadığı müəyyən edilmişdir. Lakin Zərərçəkmiş şəxs istəkləri bu günə bitməmişdir. Odur ki, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsinin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 29.12.2021-ci il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhər istiqamətində yolun sağından soluna doğru keçmək istədikdə elə üzü Qəbələ şəhəri istiqamətində yolun sağ hərəkət zolağında onu arxa-arxaya hərəkət edən “Ford Transit” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil arxa hissəsi ilə vurmuşdur. Nəticədə zərbənin təsirindən yerə yıxılmış və dərhal ayağa qalxmışdır. Bu zaman həmin avtomobil də hərəkətini saxlamış və avtomobildən yerə düşüb onun yanına gəlmişdir. Şəxs onu xəstəxanaya aparmaq istəmiş, lakin qorxduğu üçün xəstəxanaya getməmişdir.Evə getdikdən sonra özündə ağrılar hiss etdiyindən xəstəxanaya müraciət etmiş, xəstəxanadan gəldikdən sonra xəsarəti harda aldığını soruşmuşlar və o da yol nəqliyyat hadisəsi nəticəsində aldığını bildirmişdir. Şəxs onu bir dəfə müalicəyə aparmış, qalan vaxtlarda səhhəti ilə maraqlanmamışdır. Hal-hazırda səhhətində problemlər olduğundan işləyə bilmir. Eyni zamanda dərmanlara təqribən 136 manat xərci çıxmışdır. Bu halların nəzərə almasını məhkəmədən xahiş etdi. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X2 25 fevral 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/1692 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - Şəxs xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi törətməsi ilə bağlı toplanmış HK- 1/1692 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 332.4-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/116 saylı rəyində qeyd edilmişdir ki, mövcud hadisə üzrə Ford Transit markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olduğu və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanın olması qeyd edilmişdir. Sürücü Şəxs Ford Transit marklalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq “D” kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - 30 dekabr 2021-ci il tarixli, 658 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol bazu oynağının əzilməsi və bağ aparatının gərilməsi, sol budun bayır orta 1/3-nin və sol bazu oynağının bayır tərəfinin qançırı kimi xəsarətlər vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 29 dekabr 2021-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma xəsarətinin əlamətlərinə aiddir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X12 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X6 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan AD 391099 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “FORD TRANSİT” mikroavtobus markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. İşdə olan ƏN-Vİİ 901415 nömrəli etibarnamənin surətindən görünür ki, X7 tərəfindən Şəxs verilmiş etibarnamənin müddəti 11.08.2022-ci il tarixdə bitmşdir. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “FORD TRANSİT” mikroavtobus markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirdiyindən, onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 332.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-116/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-116/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver