Məhkəmə qərarları › İş №3(025)-117/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-117/2022

15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-117/2022 15.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1992-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.02.2022-ci il tarixdə Qəbələ şəhərində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 fevral 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X1 Sahil Fəxrəddin oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X6 izahatında bildirmişdir ki, Şəxs 10.02.2022-ci il tarixdə Qəbələ şəhərində Qəbələ Rayon Məhkəməsinin qarşısında münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il əvvəl onun keçmiş həyat yoldaşı ilə görüşməyə cəhd etdiyi üçün sonuncu ilə rəsmi qaydada ayrılmışdır. Keçmiş həyat yoldaşı Zəriynə Ağahüseynova ilə birgə nikahlarından 2017-ci il təvəllüdlü oğlunun dünyaya gəlib. Təxminən bir neçə ay bundan qabaq oğlunun onunla birgə yaşamasını tələb edərək məhkəməyə iddia ərizəsi yazdı və məhkəmənin qərarına əsasən oğlunun onunla 10 gün müddətində birgə yaşaması qət edildi. Təxminən 25 gündən sonra isə onu oğlunu anasına təhvil verməsi üçün rayon məhkəməsindən dəvət etdilər. Bu səbəbdən rayon məhkəməsinə getdiyi zaman keçmiş həyat yoldaşı Zəriynə onu təhqir etdi . Lakin Zəriynə reaksiya vermədi. Sadəcə olaraq Hasili özü ilə birgə gətirməməsini tələb etdi. Bu əsnada aralarında sözlü mübahisələri düşdü. Mübahisə zamanı sadəcə olaraq Hasili əli ilə itələdi, lakin ona yumruq və təpiklə vurmadı. Eləcə də özü də fiziki zora məruz qalmayıb. X8 da Hasilə qarşı fiziki zor tətbiq etməyib, sadəcə olaraq onu Hasildən ayırıb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 10 fevral 2022-ci il tarixdə həyat yoldaşı X5 ilə birlikdə Qəbələ rayon Məhkəməsinin qarşısında Zəriynənin keçmiş həyat yoldaşı Şəxs ilə birgə nikahlarından dünyaya gələn övladını təhvil almağa getmişdi. Bu zaman aralarında yaranan sözlü mübahisə zamanı Şəxs ilk olaraq yumruqla onun baş nahiyyəsinə vurdu. Həmin yumruqlardan biri dodaq nahiyyəsinə dəydi. Həmin dava zamanı Sahilin atası Fəxrəddin isə onun qulağından tutaraq çəkdi. Şəxs və sonuncunun atası Fəxrəddin tərəfindən fiziki zora məruz qaldıqdan sonra bu barədə DİN-in qaynar xəttinə zəng edərək məlumat verdi. Özü isə həmin şəxslərdən heç birinə qarşı fiziki zor tətbiq etməmi.dir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yüngül cəza tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin 10.02.2022-ci il tarixli, 68 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – alt dodağın sol tərəfində selikli qişaya qansızma, sağ qulaq seyvanının yuxarı sərbəst kənarının və sol qulaq seyvanının arxa səthinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 10.02.2022-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 15 mart 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar