Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-117/2023 09.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X3, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Hı̇ kmət oğlunun və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Qəbələ rayonu, Hacalılı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Hı̇ kmət oğlu barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 xx.xx.2023-cü il tarixdə Şəxs Hı̇ kmət oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(025)-630/2016 saylı qətnaməsinə əsasən Şəxs Hı̇ kmət oğlundan X1 xeyrinə 3.400 (üç min dörd yüz) manat məbləğində əsas borc və bu öhdəliyi icra etməməklə ondan faydalanmağa görə 19 dekabr 2015-ci ildən başlayaraq öhdəliyin tam icra olunması gününədək hesablanmaqla maliyyə sanksiyası olaraq həmin məbləğin illik 7 % məbləğində pul tutulması, cavabdeh Şəxs Hı̇ kmət oğlundan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq idddiaçı X2 verilməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(025)-551/2016 saylı qətnaməsinə əsasən Şəxs Hı̇ kmət oğlundan 12.415.44 (on iki min dörd yüz on beş manat qırx dörd qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla , ümumulikdə 12.445.44 (on iki min dörd yüz qırx beş manat qırx dörd qəpik) manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərarlar və bildirişlər borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarlarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazıradək borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin icrasından yayınır. Qeyd olunan Qəbələ Rayon Məhkəməsinin 07 iyun 2016-cı il tarixli 2(025)-630/2016 saylı icra sənədi üzrə heç bir ödəniş edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(025)-551/2016 saylı icra sənədi üzrə Şəxs Hı̇ kmət oğlunun 12115 manat borcu vardır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs Hı̇ kmət oğlu verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən qəsdən yayınmamışdır. Tələbkara olan borcunu hissə-hissə ödəmək istəyir. Borc məbləğini tam şəkildə ödəmək üçün isə onun maddi imkanı zəifdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X6 verdiyi izahatında göstərmişdir ki, Şəxs Hı̇ kmət oğlu Qəbələ Rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(025)- 551/2016 saylı qətnaməsini icra etmir. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsələr də, vədlər vermiş, lakin ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs Hı̇ kmət oğlu qeyd edilən qətnamələrin icrasından yayınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hı̇ kmət oğlunun inzibati xətanın törədilməsində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs Hı̇ kmət oğlu icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə Şəxs Hı̇ kmət oğlu barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Hı̇ kmət oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Hı̇ kmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 09 mart 2023-cü il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-117/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-117/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver