Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-119/2023 13.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1948-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində idarəetmə hüququ olmadan “VAZ-2106” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “Tayota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X1 Berik Qazarosoviçin Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin polis kapitanı X4 izahatında bildirmişdir ki Şəxs xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində idarəetmə hüququ olmadan “VAZ-2106” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “Tayota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:50 radələrində Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində sürücülük hüququ və etibarnamə olmadan “VAZ-2106” markalı **-GJ-*** dövlət nişanlı avtomobillə Qəbələ rayonunun Nic qəsəbəsinin mərkəzindən asvalt örtüklü yolun sag hərəkət hissəsi ilə saatda təxminən 50-60 km sürətlə üzü Kilsə istiqamətinə doğru hərəkət edirmiş. Həmir vaxtı idarə etdiyi avtomobildə tək olmuş, özündən başqa kimsə olmamışdır. Qəsəbənin İnzibati ərazi dairəs üzrə nümayəndəliyini keçdikdən təxminən 100 metr sonra idarə etdiyi avtomobildən öndə qırımızı rəngi sürücüsünü və markasını tanımadığı Sovet istehsalı olan minik avtomobili hərəkətdə olmuşdur. Həmin avtomobilin əylənc işıqları yandığı üçün düşünmüş ki, avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağa verib saxlayacaqdır. Bu səbəbdən avtomobili soldan manevr edərək keçib getmək istəyərkən bu zaman əks istiqamətdən yəni Nic qəsəbəsinin mərkəzi istiqamətinə hərəkətdə olan sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Tayota Prius (hibrid) markalı **-DY-*** dövlət nömrə nişanlı avtomobilin qarşı hərəkət yoluna çıxmış, nəticədə idarə etdiyi avtomobilin ön sol tərəfi Məhəmmədin idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində idarə etdiyi avtomobilin sükanı sinəsini sıxdığı üçün sinəsindən xəsarət almış, eləcə də hər iki avtomobilə maddi ziyan dəymişdir. Almış olduğu xəsarətlə bağlı həmin tarixdə Qəbələ rayon mərkəzi xəstəxanasına həkimə müraciət edib müəayinə olunduqdan sonra evə buraxılmışdır. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var, lakin müddəti bitib. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 09:50 radələrində özünə məxsus olan “Tayota Prius” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ rayonu, Nic qəsəbə ərazisində hərkətdə olarkən qarşıdan gələn qırmızı rəngi avtomobilin arxasınca gələn “VAZ-2106” markalı **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ver nişanın tələbini pozub qırmızı rəngli ovtomabili ötüb keçdiyini görüb avtomobili sağa çınqıllı yola çaxartsa da onun avtomobili ilə toqquşmuşdu. Hadisə zamanı heç kim bədən xəsarəti almayıb, avtomobilə maddi ziyan dəymişdir. Avtomobili idarə edərkən spirtli içki qəbul etməmiş və ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-119/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-119/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver