Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-12/2025 15.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X11 və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə X11 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 24 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin MN №1583744 saylı, 24 dekabr 2024-cü il tarixli inzibati xəta törədən X18 barəsində çıxarılan qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin rəis müavini X13 onun barəsində 17 dekabr 2024-cü il tarixdə 19023326 nömrəli protokol tərtib edilməsinə baxmaqla Qəbələ rayonu Nic qəsəbəsi ərazisində inşa olunan tikinti obyektində işlərin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1088 nömrəli qərara əməl olmadığına görə, nəticə etibarı ilə İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə MN №1583744 saylı, 24 dekabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Qurumun belə bir qərar qəbul etməsini aşağıda qeyd olunan əsaslarla qanunsuz hesab edir və hesab edir ki, belə bir qərarın qəbul edilməsi 2023-cü il 14 iyun tarixli, 2181 nömrəli fərmana ziddir. İstifadəsində olan mobil telefonuna özünü FHN-nin işçisi kimi təqdim edən 050 *** ** ** saylı nömrəsinə zəng gələrək onun torpaq sahəsini özələşdirilməsi ilə bağlı müraciət olunması bildirilmiş və o, bununla bağlı hələ portala sənəd verəcəyini, layihəni çəkildiyini bildirmiş və tərəf dəstəyi yerinə qoyduqdan sonra telefon nömrəsinə votsap vasitəsi ilə bağlı bir sıra sənədlər göndərmişdir. Məsələnin nə olmasını bilməmiş və düşünmüş ki, bu sənədin ona heç bir aidiyyatı yoxdur. Belə ki, protokol tərtib olunduğu halda onun iştirakı olmalı və ona rəsmi təqdim olunmalı imiş. Bundan başqa protokol əsasında çıxarılan qərar aşağıda qeyd olunan əsaslarla qanunsuz hesab olunmalıdır. Belə ki, Qeyri yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 14 iyun 2181 nömrəli Fərmanı ilə nəzərdə tutulan amnist aktının qarşısının alınması məqsədi ilə belə bir addım atılır. Tərəfindən obyekt uzun müddət öncə inşa edilmiş və hazır obyektin Prezidentin fərmanına uyğun olaraq portala yerləşdirilməsi istiqamətində addımlar atmış və ona bildirilmişdir ki, əsas tələb elektrik xəttinin çəkilməsi, siqnalizasiya xəttinin çəkilməsi və tavanda hopturmanın aparılmasından ibarət olmuş və o, özbaşına və memarlıqdan icazənin alması üçün əsas ola bilməz. Bundan başqa fərmanla sənədsiz obyektlərin portala yeriəşdirilməsində icazənin alınmasına ehtiyac yoxdur. Tərəf müraciət edərək obyekti sökməsi ilə onu hədələdikdə bildirmiş ki, heç kimin yerini zəbt etməmiş və ancaq məhkəmənin qərarı ilə söküntü aparıla bilər. Hətta bildimiş ki, Cənab Prezidentin sənədsiz obyektlərin sənədləşdirilməsi istiqamətində tədbir görülməsi üçün amnist aktı imzaladığı halda hansı söküntüdən danışa bilər. Onun xəbəri olmadan hər hansı bir protokolun qəbul edilməsi və hər hansı biz qərara bağlanmasını ədalətli hesab edilə bilməz. Bu gün məhkəmə ekspertiza təyin edərsə bir daha həmin tikilinin köhnə tikili olmasının şahidi ola bilər. Qanunla tikinti işlərinin aparılmasında icazə tələb oluna bilər. Mövcud obyektdə dekorativ işlərinin aparılmasında heç bir maneə qanunda nəzərdə tutulmamışdır. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(025)-12/2025 nömrəli qərarına əsasən şikayət təmin edilərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən X11 barəsində qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında qərar əməlində inzibati xəta tərkibi olmadığından ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-60/2025 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X8 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, 3(025)-12/2025 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X18 şikayətin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, sözügedən torpaq sahəsini alan zaman orda olan tikilinin pencərəsi və suvağı olmamışdır. COP29 zamanı Qəbələ rayon İcra Hakimiyyətindən zəng edib çağırmışlar. Ona COP29 tədbirinə görə tikilini və torpaq sahəsini tez bir zamanda səliqəyə salmağı tapşırmışlar. Belə olub torpaq sahəsini lazımsız otlardan təmizləmiş, eyni zamanda yarı tikiliyə pencərə qoymuş və binanın yoı tərəfinə olan hissəsinə suvax vurmuşdur. Bununla bağlı şahidlərini məhkəməyə təqdim etmişdir. O eyni zamanda həmin ərazini aldığı şəxsi də məhkəməyə dəvət etmiş və o da təsdiq edər ki, tikilini alanda hansı vəziyyətdə olmuşdur. O, qeyd olunan “qadaga” qərarını aldıqdan sonra orada hər hansı bir tikinti işləri aparmamış, suvagı və pəncərələrin qoyulmasını isə noyabr ayının 12-nə kimi yekunlaşdırmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi isə əsassız olaraq onun xx.xx.2024-cü il tarixdən sonra tikinti işləri aparmasını iddia edirlər. Məhkəmədən şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin nümayəndəsi Nümayəndə2 şikayətlə razılaşmayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X12 Agentliyi tərəfindən tikintiyə dövlət nəzarəti həyata keçirilən zaman Qəbələ rayonu, Nic qəsəbəsi, Oğuz–Qəbələ avtomobil yolunun kənarında X18 tərəfindən icazəverici sənəd, tikinti işlərinin başlanması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən edilmiş əsas olmadan birinci mərtəbə səviyyəsində tikinti-quraşdırma işlərinin aparılması aşkarlanmışdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 3.1.1-ci yarımbəndinə əsasən tikintiyə icazə tələb olunan tikinti obyektinin tikintisi, belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikinti işlərinin aparılması aşkar edildikdə, texniki baxış aktı tərtib olunur və onun əsasında Agentlik tikinti işlərinin dayandırılması barədə qərar qəbul edir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyinin əməkdaşı 6 noyabr 2024-cü il tarixində qeyd olunan tikintiyə baş çəkmiş və texniki baxış aktı tərtib etmişdir. Həmin müddət tikinti obyektinin sifarişçisi Orxan İsgəndərov tikinti ərazisində olmadığından əməkdaşları onunla, podratçı verdiyi telefon nömrəsi ilə (*** *** ** **) əlaqə saxlamış və aparılan tikinti işləri ilə bağlı sənədlərin təqdim edilməsinin vacibliyi bildirilmiş, əks halda tikintinin qanunsuz hesab olunaraq müvafiq tədbirlərin görüləcəyi barədə məlumat vermişdir. Bundan sonra, Orxan İsgəndərov həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri Agentliyə təqdim etmiş, lakin tikinti işlərinin başlanması üçün heç bir sənəd təqdim etməmişdir. Həmin zənglə X14 tikinti işlərinin başlanması üçün icazəverici sənədin zəruriliyi, qanunsuz tikiliyə qarşı Agentliyin görə biləcəyi tədbirləri və çatışmazlıqların aradan qaldırılması üçün müddətin olması izah olunmuşdur. X18 qanunvericiliyin tələblərini pozduğuna görə Agentlik tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə 18 noyabr 2024-cü il tarixli 1088 nömrəli Qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 3.5-ci bəndinə əsasən həmin Qərarın surəti sifarişli poçt vasitəsi ilə X14 göndərilmişdir. Qeyd olunan tikinti ərazisinə nəzarətin həyata keçirilməsi üçün həmin qərarın surəti Agentliyin 27 noyabr 2024-cü il tarixli 3- 18-2/2-13056/2024 nömrəli məktubu ilə Qəbələ Rayon İcra Hakimiyyətinə və Qəbələ Rayon Polis şöbəsinə göndərilmişdir. Buna baxmayaraq, həmin obyektdə tikinti işlərinin dayandırılması barədə Qərarın tələbləri Orxan İsgəndərov tərəfindən yerinə yetirilmədən yan divarlar və dam örtüyü vurularaq tamamlanma işlərinin aparılması aşkarlanmış və 17 dekabr 2024-cü il tarixli 242334 nömrəli texniki baxış aktı tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə Agentliyin 18 noyabr 2024-cü il tarixli 1088 nömrəli Qərarının tələblərinə X18 əməl etmədiyinə görə inzibati xəta haqqında 17 dekabr 2024-cü il tarixli ******* nömrəli protokol tərtib olunmuş və ona 17 dekabr 2024-cü il tarixdə sifarişli poçt vasitəsilə, törətmiş inzibati xətaya dair işin baxılmasında iştirak etmək üçün 24 dekabr 2024-cü il tarixdə 10:00-da Agentliyə dəvət olunması barədə 31/01-255 saylı bildiriş göndərilmişdir. Bundan sonra, Orxan İsgəndərov 18-23 dekabr tarixlər arası bildirişdə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamış və “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanına uyğun olaraq sənədləri təqdim edəcəyi bildirilmişdir. Ona cavab olaraq izah edilmişdir ki, qeyd olunan Fərman yalnız 2023-cü il iyunun 1-dək tarixədək tikintisi başa çatmış qeyriyaşayış sahələrinə aiddir, Orxan İsgəndərov isə tikinti işlərinə bu tarixdən sonra başlamışdır və bu səbəbdən də inşa etdiyi obyekt Fərmanın əhatə dairəsinə düşmür. Telefon danışığından sonra Orxan İsgəndərov 24 dekabr tarixdə dəvət olunduğu işin baxılmasına gəlməmiş və hər hansı üzrlü səbəb də bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 4.4-cü yarımbəndinə uyğun olaraq qeyd olunan materiallar və protokol əsasında X18 barəsində inzibati tənbeh vermə haqqında Agentliyin 24 dekabr 2024-cü il tarixli ******* nömrəli Qərarı qəbul olunmuşdur. Həmin Qərarın surəti Agentliyin 24 dekabr 2024-cü il tarixli, 3-18-2/2-14383/2024 nömrəli məktubu ilə X14 göndərilmişdir. Orxan İsgəndərov tərəfindən tikilidə tamamlama işləri xx.xx.2024-cü il tarixdən sonra aparılmışdır. Bununla bağlı foto-şəkilləri də məhkəməyə təqdim etmişlər. Şahidlərin verdiyi ifadələr həqiqəti əks etdirmir. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 2024-cü il noyabr ayının 11-də Qəbələ rayonu Nic qəsəbəsində yerləşən evdən pencərələrin ölçüsünü götürmüşdür. O, ölçüyə gedən zaman evin dam örtüyü olmuş, eyni zamanda suvax vurulmuşdur. Noyabr ayının 18-də pencələri yerləşdirmiş, noyabr ayının 20-də isə pencərələrin şüşələrini yerləşdirərək işi təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Qəbələ rayonunda daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olur. Qəbələ rayonu Zarağan kəndi Vüsal Qafarov adlı şəxs ona yaxınlaşaraq Qəbələ rayonu Nic qəsəbəsində yerləşən ona məxsus torpaq sahəsini və içərisində olan tikilini satmağı təklif etmişdir. Həmin ərazinin elanını yerləşdirmiş və Orxan zəng edərək həmin ərazini almaq istədiyini bildirmişdir. Torpaq sahəsini və içərisində olan tikilini Orxan alan zaman evin dam örtüyü örtülmüş, yalnız pencərələri qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Orxana məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən suvağı o vurmuşdur. 2024-cü ilin noyabr ayının 7-si həmin evə suvağ vurmuş və ayın 11-i işi təhvil vermişdir. Yol tərəfə düşən hissələrin suvağı vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyində işləyir. Həmin evin tikildiyi yerə baxış keçirilmiş, xx.xx.2024-cü il tarixdə evin dam örtüyü və suvağı olmamışdır. xx.xx.2024-cü il tarixdə isə evin döm örtüyü örtülü vəziyyətdə olmuşdur. Həmin şəkillər telefonla çəkilsə də, sonradan kamputerə yüklənmiş, telefonun yaddaşından isə silinmişdir. Bu səbəbdən şəkillərin çəkilmə tarixi ilə bağlı başqa sübut təqdim edə bilmirlər. Məhkəmə şikayət verən şəxsin və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin rəis müavini X10 X11 Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında 24 dekabr 2024-cü il tarixli qərarı X11 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 17 dekabr 2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə verilmiş xx.xx.2024-cü il tarixli 1088 nömrəli qərarının göstərişlərinə əməl etmədən Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində qeyri-yaşayış obyektində tikinti işlərini davam etdirir. Bu səbəbdən X18 barəsində İXM-nin 394.0.7-ci maddəsi ilə protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 24 dekabr 2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində inşa olunan tikinti obyektində işlərin dayandırılması barədə Agentlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1088 nömrəli qərara əməl olunmadığına görə X18 İXM-nin 394.0.7ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarından görünür ki, X14 məxsus Qəbələ rayonu, Nic qəsəbəsi Oğuz-Qəbələ avtomobil yolunun kənarında təyinatı məlum olmayan tikinti obyektində aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün 30 (otuz) gün müddət müəyyən edilmişdir. - “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarı xx.xx.2024-cü il tarixdə X14 göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar Qəbələ Rayon İcra Hakimiyyətinə və Qəbələ rayon Polis şöbəsinə göndərilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,1538 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X11 tam mülkiyyətinə verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********81 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən 1,1538 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X20 tam mülkiyyətinə verilmişdir. - “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Qəbələ rayonu, Nic qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 1,1538 ha olan torpaq sahəsini satıcı X28 alıcı X2. - xx.xx.2022-ci il tarixli “Alqı-satqı” müqaviləsindən görünür ki, satıcı X5 rayonu, Nic kəndi ünvanında yerləşən, ümumi sahəsi 1,1538 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alıcı X4. - 18 mart 2020-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Qəbələ rayon Nic qəsəbə sakini X7 təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işləri apardığına və Torpaq Məcəlləsinə riayət edilmədən torpağın kateqoriyasın dəyişdiyinə görə İXM-nin 251.2-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Məhkəmə şikayətin dəlillərini müzakirə edib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Məhkəmə, birinci olaraq qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-60/2025 nömrəli qərarında göstərilmişdir ki, “Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1,1538 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində X18 tərəfindən hər hansı bir tikinti işlərinin, о cümlədən yan divarların çəkilib-çəkilməməsi və dam örtüyünün vurulubvurulmаmаsı, tikintidə tamamlanma işlərinin aparılıb-aparılmadığını, 18 mart 2020-ci il tarixli qərаrlа Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 251.2-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmiş Qəbələ rayon Nic qəsəbə sakini X21 tərəfindən bu tоrpаq sаhəsində аpаrdığı tikintinin həmin tikinti sаhəsi оlduğunu, yоxsа bаşqа tikinti оlduğunu” araşdırılmamışdır. Bununla bağlı məhkəmə tərəfindən müvafiq araşdırılma aparılmış və məlum olmuşdur ki, X18 tərəfindən Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 1,1538 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alınan zaman həmin torpaq sahəsində tikinti olmuşdur. X34 barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edikdən və həmin qərar xx.xx.2024-cü il tarixdə ona çatdırılandan sonra heç bir tikinti işləri aparılmamışdır. X25 həmin torpaq sahəsini alan zaman həmin torpaq sahəsində yarı tikili olmuş və tikilinin dam örtüyü örtülü vəziyyətdə olmuşdur. Bu halı məhkəmə iclasında iştirak edən şahidlər də təsdiq etmişlər. Orxan İsgəndərov tərəfindən 7-21 noyabr tarixləri arasında həmin yarı tikilinin əvvəldən çəkilmiş olan yan divarları suvaqlanmış və həmin yarı tikiliyə pəncərələr quraşdırılmışdır. Orxan İsgəndərov suvaq işlərinin aparılmasını və pəncərələrin qoyulmasını COP29 tədbirinin keçirilməsi ilə əlaqədar Qəbələ rayon İcra Hakimiyyətinin tapşırığı əsasında etdiyini bildirilmişdir. Bununla bağlı isə məhkəmə zamanı Qəbələ rayon İcra Hakimiyyətinin Arxitektura şöbəsinin əməkdaşı ilə telefonla əlaqə saxlanılmış və Orxan İsgəndərovun dediklərini təsdiq edərək COP29 tədbirinə görə sonuncuya belə bir tapşırıq verdiklərini qeyd etmişlər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin nümayəndəsi isə məhkəməyə X18 tərəfindən tikintinin yan divarların çəkilməsi, dam örtüyünün vurulması və tikintidə tamamlanma işlərinin aparılması barədə hər hansı sübut təqdim edə bilməmişdir. İkinci olaraq məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-60/2025 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1088 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” bаrədə qərardan İsgəndərоv Оrxаn Аbbаs оğlunun məlumatlı olub-оlmаmаsı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 3.5-ci bəndinə əsasən Agentlik tərəfindən tikinti işlərinin dayandırılması barədə 18 noyabr 2024-cü il tarixli 1088 nömrəli Qərarının surətinin sifarişli poçt vasitəsi ilə X14 göndərilib-göndərilməməsi, pоçt şöbəsinə müvаfiq sоrğu verilməklə həmin qərarın ona qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırıbçatdırılması araşdırılmamışdır. Bununla bağlı isə məhkəmə qeyd edir ki, göstərilən hal məhkəmə tərəfindən araşdırılmış və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən məhkəməyə “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə təqdim edilmişdir. “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarı xx.xx.2024-cü il tarixdə X14 göndərilmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. Lakin məhkəmə araşdırması zamanı xx.xx.2024-cü il tarixdən etibarən X18 tərəfindən tikintinin yan divarların çəkilməsi, dam örtüyünün vurulması və tikintidə tamamlanma işlərinin aparılması müəyyən edilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, Orxan İsgəndərov tərəfindən torpaq sahəsi alınan zaman orada olan tikilinin dam örtüyü və yan divarları çəkilmiş vəziyyətdə olmuşdur. Üçüncü olaraq məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-60/2025 nömrəli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən inzibаti xətа hаqqındа protokol tərtib edilməsindən X11 xəbərdar olub-olmaması, inzibati xəta protokolunun və həmin protokolla bağlı işin baxılması barədə bildirişin sifаrişli pоçt vаsitəsilə ona göndərilib-göndərilməsi və оnun tərəfindən аlınıb-аlınmаması araşdırılmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə proseslərində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin nümayəndəsi Orxan İsgəndərova inzibati xəta haqqında protokola baxılma vaxtı və yeri barədə rəsmi məlumat verdiklərini, bu halı sübut edən “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməni və qəbzi təqdim edəcəklərini bildirsələr də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim edə bilməmişlər. Halbuki məhkəməyə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərarının X14 çatdırılmasını təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməni təqdim etmişlər. Göstərilən bu hal ona dəlalət edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 X3i inzibati xəta haqqında protokola baxılma yeri və vaxtı barədə lazımı qaydada xəbərdar etməmişdir. Dördüncü olaraq məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025ci il tarixli 3(107)-60/2025 nömrəli qərarında göstərilmişdir ki, “Qəbələ rаyоnu Nic kənd sаkini Mehdiyev Sərdаr Rəhbər оğlu 18 mаrt 2020-ci il tаrixli qərаrlа hаzırdа Оrxаn İsgəndərоvа istinаd оlunаn İnzibаti Xətаlаr Məcəlləsinin 394.0.7-ci mаddəsilə deyil, İnzibаti Xətаlаr Məcəlləsinin 251.2-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 53.1.7-ci mаddəsinə əsаsən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Lаkin birinci instаnsiyа məhkəməsi tərəfindən 18 mаrt 2020ci il tаrixli qərаrın İnzibаti Xətаlаr Məcəlləsinin 53.1.7-ci mаddəsində nəzərdə tutulmuş eyni fakt üzrə inzibati tənbeh etmək haqqında qərаr оlub-оlmаmаsını müəyyənləşdirməmiş və bunа müvаfiq hüquqi qiymət verməmişdir”. Məhkəmə tərəfindən bu hallar da araşdırılmış və müəyyən edilmişdir ki, Mehdiyev Sərdаr Rəhbər оğlu barəsində 18 mart 2020-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar İXM-nin 251.2-ci maddəsi ilə qəbul edilmiş və 400 manat cərimə edilmişdir. İXM-nin 251.2-ci maddəsi “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” adı ilə İXM-nin 25-ci fəslində nəzərdə tutulan inzibati xətadır. İXM-nin 394.0.7-ci maddəsi isə “Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar” adı ilə İXM-nin 33-cü fəslində nəzərdə tutulan inzibati xətadır. Bu da X18 barəsində qəbul edilmiş qərarın Аzərbаycаn Respublikаsı İnzibаti Xətаlаr Məcəlləsinin 53.1.7-ci mаddəsinə əsаsən xitam verilməsi üçün əsas ola bilməz. Beşinci olaraq məhkəmə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(107)-60/2025 nömrəli qərarında göstərilmişdir ki, Оrxаn İsgəndərоvun şikаyətində göstərilən digər hаlа, yəni həmin tikintinin «Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın təsir dаirəsinə düşübdüşməməsini, yəni həmin tikintinin 2023-cü il iyunun 1-dək tikintisi bаşа çаtmış qeyri-yаşаyış sаhəsi оlub-оlmаmаsını аydınlаşdırmаmış və bunа müvаfiq hüquqi qiymət verməmişdir. Hаlbuki Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı yalnız 2023-cü il iyunun 1-dək tarixədək tikintisi başa çatmış qeyri-yaşayış sahələrinə aiddir. Məhkəmə tərəfindən sözügedən hal araşdırılan zaman məlum olmuşdur ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən tikili 2024-cü ilin noyabr ayının 9-na qədər dam örtüyü örtülmüş və kənarları hasarlanmış vəziyyətdə olmuşdur. Sözügedən tikilinin 1 iyun 2023-cü il tarixə qədər başa çatması məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, bununla bağlı ya Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən, ya da X18 tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Lakin məhkəmə qeyd edir ki, «Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanın təsir dаirəsinə düşməsə belə, X11 əməlində İXM-nin 394.0.7-ci maddəsinin tərkibi müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 18 noyabr 2024-cü il tarixli, 1088 nömrəli “Tikinti işlərinin dayandırılması barədə” qərar qəbul edikdən və həmin qərar xx.xx.2024-cü il tarixdə ona çatdırılandan sonra X18 tərəfindən tikintinin yan divarların çəkilməsi, dam örtüyünün vurulması və tikintidə tamamlanma işlərinin aparılması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinə əsasən tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə və tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına, habelə tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun həmin Məcəllə ilə müəyyən edilmiş yazılı göstərişlərinə və qərarlarına əməl etməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, xətanın tərkib əlamətinə daxil olan obyektiv cəhətini təşkil edən hərəkət və ya hərəkətsizliyi bir neçə qrupa ayırmaq olar: 1) müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə əməl edilməməsi; 2) müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş tikinti işlərinin dayandırılması ilə bağlı qərarlarına əməl edilməməsi; 3 )tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş yazılı göstərişlərinə əməl edilməməsi; 4) tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi işləri ilə bağlı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi ilə müəyyən edilmiş qərarlarına əməl edilməməsi. Beləliklə, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X18 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1088 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərara əməl etməməsi ilə bağlı İXM-nin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək barəsində 24 dekabr 2024-cü il tarixli, № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsinin məzmunundan göründüyü kimi, həmin xəta subyektiv cəhətdən qəsdən törədildikdə məsuliyyətə səbəb olur. Belə ki, həmin Məcəllənin 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Dolayısı ilə, X11 əməlində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş xətanın tərkib əlamətinin yaranması üçün, o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin rəisi Cəbrayıl Xanlarov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 1088 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərardan məlumatlı olmalı, həmin qərar ona qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmi olaraq çatdırılmalıdır. Bu qaydalara əməl edildikdən sonra X18 tərəfindən tikinti işlərinin dayandırılması haqqında qərarın tələbləri qəsdən yerinə yetirilmədiyi halda onun əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri yaranmış olur. Odur ki, xx.xx.2024-cü il tarixli, 1088 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərarın X14 rəsmi qaydada çatdırılıb-çatdırılmaması hazırki iş üzrə mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı X14 xx.xx.2024-cü il tarixli, 1088 nömrəli “Tikintiki işlərinin dayandırılması barədə” qərarın xx.xx.2024-cü il tarixdə çatdığı müəyyən olunmuşdur. Lakin həmin tarixdən sonra X18 tərəfindən hər hansı tikinti işlərinin aparılması müəyyən edilməmiş, bu barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Belə olan halda X11 əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirinin olmadığı tam olaraq sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 tərkib əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Qəbələ rayonu, Nic qəsəbəsi, Oğuz-Qəbələ avtomobil yolunun kənarında X18 tərəfindən icazəverici sənəd, tikinti işlərinin başlanması üçün Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində müəyyən olunmuş əsas təqdim etmədən birinci mərtəbə səviyyəsində tikinti-quraşdırma işlərinin aparılması sübut olunmamışdır. X6 izahatında bildirmişdir ki, torpaq sahəsini xx.xx.2024-cü il tarixdə almış və torpaq sahəsini alan zaman sözügedən tikili mövcud olmuşdur. Bunu təsdiq edən sübutları da məhkəməyə təqdim etmişdir. (qeyd edilən torpaq sahəsinin və tikilinin alınma tarixi, həmin tikili barədə xx.xx.2020-ci il tarixli protokol və xx.xx.2020-ci il tarixli İnzibati qərar) Bunun əksini sübut edən hallar isə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi məhkəmə təqdim etdiyi foto-şəkillərdə tikintinin xx.xx.2024-cü il tarixdən sonra aparıldığını qeyd etsələr də, həmin foto-şəkillərin xx.xx.2024-cü il tarixdə çəkilməsinə dair sübut təqdim edə bilməmişlər. Hazırki işin faktiki hallarından isə müəyyən edilmişdir ki, X11 əməlində İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkib əlamətləri mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, xx.xx.2024-cü il tarixli, 1088 nömrəli tikinti işlərinin dayandırılması barədə qərarda tikinti işlərini apararkən pozuntuları aradan qaldırılması üçün 30 gün vaxt verilsə də inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib olunduğu halda tərəfin iştirakı təmin olunmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, X18 barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, ona heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və elirazlar vermək hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 X3i inzibati xəta haqqında protokola baxılma yeri və vaxtı barədə lazımı qaydada xəbərdar etməsi barədə sübut təqdim etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə inzibati xəta haqqında işin materiallarına, habelə məhkəmə iclasında müəyyən olunmuş işin həqiqi hallarına qiymət verərək hesab edir ki, X11 əməlində Azərbaycan Respublikası İXM-nin 394.0.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur, ona görə də o, həmin maddə ilə inzibati məsuliyyət daşıya bilməz. İXM-nin 53.0.2-ci maddəsinin tələbinə görə, şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 129.1.3-cü maddəsinin tələbinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-nin 134.1.3-cü maddəsinin tələbinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430-438-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyi tərəfindən X11 barəsində qəbul edilmiş 24 dekabr 2024-cü il tarixli, № ******* saylı inzibati xəta haqqında qərar əməlində inzibati xəta tərkibi olmadığından ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-12/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-12/2025
15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver