Məhkəmə qərarları › İş №3(025)-122/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-122/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-122/2023 02.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə 01fevral 1963-cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu Nİc qəsəbəsində yaşadığı evdə Şəxs özünə məxsus 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi K 133967 olan, yivsiz qoşa lülə mülki ov silahın saxlama və daşıma qaydalarını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 07mart 2023-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx.xx.2023-cü il tarixli 3(025)- 122/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahı müsadirə edilməklə, 50 (əlli) manat məbləğdə cərimə edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-105/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli 3(025)-122/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 göstərdi ki, xx.xx.2023-cü il tarixdə, Qəbələ rayonu Nİc qəsəbəsində yaşadığı evdə Şəxs özünə məxsus 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahın saxlama və daşıma qaydalarını pozmuşdur. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, 2009-cu ildən “Ovçular Cəmiyyətinin” üzvüdür, bir neçə ildir ki, işsizdir və ailəsini dolandırmaqdan, maddi təminatını ödəməkdən ötrü ov ilə məşğuldur. Ona məxsus ov silahının müsadirə edilməsi isə ona gələcəkdə maddi təminatını ödəməsində problemlər yaradacaqdır. Kənd yerində yaşadığından maldarlıqla da məşğuldur və hər an vəhşi heyvanların hücumuna məruz qala bilər ki, onun da qarşısını almaq mümkün ola bilməyəcəkdir. Digər tərəfdən onun barəsində indiyə kimi hər hansı cinayət və inzibati xətalara dair iş olmamışdır. İlk dəfədir ki, barəsində inzibati protokol tərtib edilmişdir. Ona təyin edilmiş cərimə məbləği ilə razılaşsa da, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahının müsadirə edilməməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 07 mart 2023-cü il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İşdə olan 07 mart 2023-cü il tarixli aktdan görünür ki, Qəbələ rayonu Nic qəsəbə sakini Şəxs istifadəsində olan 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahı götürülmüşdür. İşdə olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 34 nömrəli şəhadətnamənin surətindən görünür ki, 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahı Şəxs verilmişdir. İşdə olan xx.xx.2021 tarixli 00203 nömrəli biletdən görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Şəxs Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyətinin üzvüdür. İşdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış 26 aprel 2023-cü il tarixli məşğulluq haqqında arayışdan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən X1 filialında işaxtaran statusundadır. Beləliklə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatından və iş materillarından görünür ki, o, 2009-cu ildən “Ovçular Cəmiyyətinin” üzvüdür, bir neçə ildir ki, işsizdir və ailəsini dolandırmaqdan, maddi təminatını ödəməkdən ötrü ov ilə məşğuldur.İXM-in 26.3-cü maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov alətləri müsadirə edilə bilməz. Bu səbəbdən məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 20 kalibirli, “Tula” markalı, 1969-cu il istehsalı, nömrəsi 133967 olan, yivsiz qoşa lülə mülki ov silahı müsadirə edilməməklə barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar