Məhkəmə qərarları › İş №3(025)-123/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-123/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-123/2023 14.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Qəbələ Rayon Poliş şöbəsinin qarşısında polis işçilərinin ictimai qaydanı mühafizəsi vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Elman Məmməd oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X10 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə 20:00 radələrində Qəbələ Rayon Poliş şöbəsinin qarşısında polis işçilərinin ictimai qaydanı mühafizəsi vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, mart ayının 13-də saat 18:00 radələrində spirtli içki qəbul edərək, sərxoş vəziyyyətdə yaşadığı binanın qarşısına gəlmiş, həyat yoldaşı binanın qarşısında idi. Sonuncuya evə qalxmağı bildirmiş, birlikdə yaşadıqları mənzilə doğru getmişlər. Yaşadıqları evdə yoldaşı ilə aralarında söz mübahisəsi yaranmış və o evdən çıxaraq Qəbələ rayon polis şöbəsinin qarşısına gəlmişdir. Qapıda çoxlu sayda polis əməkdaşları var idi. Polis əməkdaşlara yaxınlaşaraq, uca səslə “mən cinayət törədəcəm, məni tutun” deyə səslənmişdir. Polis əməkdaşları ona yaxınlaşıb nə baş verdiyini soruşanda, onu sakitləşdirməyə çalışdıqları zaman, o, söyüşlər söymüşdir. Sərxoş vəziyyətdə olduğundan baş verənləri tam olaraq xatırlamır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, hal-hazırda Qəbələ RPŞ-də işləyir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayon polis şöbəsində İstintaq-Əməliyyat Qrupunun üzvü olmuşdur. Təxminən saat 18:00 radələrində Qəbələ RPŞ-də İstintaq-Əməliyyat Qrupunun digər üzvü olan X2 sahə rəisi, polis baş leytenantı X12, PPXB-nin polis nəfəri, polis serjantı X14 və NBM-də xidmətdə olan PPXB-nin polis nəfəri, polis serjantı X3 ilə birlikdə şöbənin giriş qapısının qarşısında olarkən adı sonradan onlara məlum olan ünvan 1 ünvanda yaşayan xx.xx.1965-ci il təvəllüdlü Şəxs uca səslə onlara yaxınlaşaraq “cinayət törətmişəm, niyə məni tutmursuz?, Mən çöldə qala bilmirəm” sözlərini deyərək, səs-küy etməsini və ünvansız söyüşlər söyməyə başladığını görmüşdir. Onlar həmin şəxsə yaxınlaşıb, onu sakitləşdirməyə çalışmış, həmçinin səs-küy etməsinin səbəbini ondan öyrənmək istəmişlər. Şəxs evində həyat yoldaşı ilə münaqişə yaratdığını, bu səbəbdən evinə qayıdarsa hər hansı hadisə törədəcəyini, buna görədə həbs edilməsini istədiyini bildirərək, onu həbs etməyən dövlət orqanlarının ünvanlarına nalayiq ifadələr işlətməyə davam etdi. Həmin şəxsin sərxoş olması açıqca hiss olunurdu. O, və yanındakı digər əməkdaşlar Şəxs sakitləşdirməyə çalışsalarda, o, qəsdən onların qanuni tələblərinizə tabe olmamış, qərəzli şəkildə nümayişkaranə hərəkətlər edərək, küçədən keçən digər şəxslərin diqqətini özünə yönəldirdi. Buna görədə Şəxs müvafiq qaydada tərəflərindən barəsində tədbir görülməsi üçün şöbəyə gətirilərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X4 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 14 mart 2023-cü il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar