Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-125/2023 16.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16 mart 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsinin mərkəzində polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bundan başqa, 16 mart 2023-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 mart 2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində “Bizim marketdə” və Deniz adlı şəxsin çayxanasına daxil olaraq ümvanlı-ünvansız nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X8 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsinin mərkəzində polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Həmçinin Şəxs 14 mart 2023-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində “Bizim marketdə” və Deniz adlı şəxsin çayxanasına daxil olaraq ümvanlı-ünvansız nalayıq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 15 mart 2023-cü il tarixdə qəsəbənin mərkəzində yerləşən parkda çay içən zaman Fikrət adlı şəxs ona söz atdı. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu nizam iltizama dəvət etmiş o isə əsəbi halda oradan uzaqlaşmışdır. Bundan başqa 14 mart 2023-cü il tarixdə Qəbələ rayonu, Nİc qəsəbəsində yerləşən marketə girib pulunu ödəyib kolbasa almış, həmin kolbasadan yüngül dərəcədə zəhərlənmiş və həmin marketə qayıdıb “bunlar xarabdır” demişdir. Həmin gün axşam radələrində çay işmək üçün çayxanaya gedib pulunu ödəyib çay içmişdir. Nic qəsəbə mərkəzində olan çayxanda heç kimi söyməmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır, Denis adlı şəxsin çay evində işləyir. Nic qəsəbə sakini Şəxs xx.xx.2023-cü il tarixdə çayxanaya gəldi. Çayxanda təxminən 8-10 nəfər insan var idi. Hüseyn çayxanaya daxil olub ona “sən udin dilində niyə danışırsan” demiş, o da onun sərxoş olduğunu görüb heç bir söz deməmişdir. Hüseyn çayxanada onun ünvanına nalayıq ifadələr işlədərək təkrar-təkrar ona udin dilində danışma deyərək onu söydü. Hüseynə iradını bildirib çayxanadan çıxmasını istəmiş, o isə buna məhəl qoymurdu. Sonra çayxanada olan yaşlı şəxslər Hüseyni çayxanadan çıxartdı. Hüseyn çayxanada 7-10 dəqiqə nalayıq ifadələr işlətdi, onu və çayxanada olnan şəxsləri narahat etdi. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır, “Bizim market” adlı mağazada satıcı işləyir. Nic qəsəbə sakini Şəxs xx.xx.2023-cü il tarixdə təxminən 13:00 radələrində işlədiyi mağazaya gəlib ona “mənə araq və pul ver demiş” o da ona verə bilməyəcəyini bildirdikdə mağazanı dağıdacağını bildirmişdir. O Hüseyni sakitləşməyi və mağazadan çıxmasını bildirəndə o buna məhəl qoymayaraq söyüş söyməyə başladı. Hüseyn həmin vaxt sərxoş vəziyyətdə idi, mağazada təzminə 5-4 nəfər adam vardi. Hüseynin mağazadan çıxmadığını görüb Azər adlı polisə zəng edib onun oradan çıxartmasını xahiş etmişdir. Hüseyn mağazada 7-8 dəqiqə bu cür hərəkətləri davam etdirdi. Əlavə olaraq bildirdi ki, Hüseyn Hümbəov sərxoş vəziyyətdə mütəmadi olaraq işlədiyi mağazaya gələrək iş rejimini pozur, mağazada olan insanları narahat edir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, Qəbələ Rayon Polis şöbəsində polis nəfəri işləyir. xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində xidmətdə olan vaxt qəsəbənin mərkəzində yerləşən parkda söyüş səsləri eşidib həmin yerə yaxınlaşanda, Şəxs parkda oturub çay içən şəxsləri narahat etdiyini, qəsəbə sakini X1 ünvanına nalayıq ifadələr işlətdiyini görmüşdir. Ona yaxınlaşıb, nizam-intizama dəvət etsədə, o, onun sözlərinə məhəl qoymayaraq söyüşlər söyməyə davam edirdi. Hüseyni sakitləşdirmək istəyəndə Hüseyn onun qanuni tələbinə qəsdən tabe olmayaraq mübahisə etməyə davam etmiş, söyüş söymüş və onun üzərinə hücum çəkmişdir. Bu şəxsin hərəkətlərini video görüntüyə çəkməyə başladıqdan sonra daha da aqressivləşmişdir. Onun hərəkət və davranışlarından görünürdü ki, yüksək dərəcədə spirtli işki qəbul edib. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən tərtib edilmiş 16 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 mart 2023-cü il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-125/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-125/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver