Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-126/2021 10.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC-nin mülkiyyətində olan “Mitsubishi” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirdi ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən göndərilmiş inzibati xətanın törədilməsi barədə məktubu şirkətin mühafizəçisi götürüb. Qəbələ rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-yə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan “Mitsubishi” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi nəticəsində hesablanmış cərimə hüquqi şəxs tərəfindən ödənilmişdir. Həmçinin, Qəbələ rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-yə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu göndərildikdən sonra şirkət tərəfindən vaxtında cavablandırılmışdır. Hazırda inzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2021-ci il tarixlərdə qəbul edilmiş poçt xəbərnaməsində isə yalnız Şəxs MMC-yə məktubun çatması qeyd olunmuş, lakin məktubun həmin sorğuya aid olması barədə hər hansı sübut əlavə edilməmişdir. Sonda isə Qəbələ RPŞ DYPB-in rəisi, polis mayoru tərəfindən verilmiş arayışı məhkəməyə təqdim edərək, Şəxs MMC-yə məxsus olan “Mitsubishi” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşın üzərində ödənilməyən cərimə olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-dən sorğu ilə “Mitsubishi” markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair həmin MMC-yə sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. Belə ki, inzibati materiala Şəxs MMC tərəfindən qəbul edildiyi qeyd olunan 1 (bir) xəbərnamə əlavə edilmişdir ki, həmin xəbərnamə Qəbələ rayon Polis Şöbəsi tərəfindən Şəxs MMC-yə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu göndərilməsini təsdiq etmir. Başqa sözlə təqdim edilmiş sənədlərə əsasən Şəxs MMC-yə mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xətaya yol vermiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə göndərilmiş sorğunun surəti əlavə edilsə də, həmin sorğunun MMC tərəfindən alınmasına dair heç bir sübut əlavə edilməmişdir və əlavə olunmuş xəbərnamələrlə bu sübuta yetirilmir. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixlərdə qəbul edilmiş poçt xəbərnamələrindən görünür ki, həmin xəbərnaməyə Abdullayev soyadlı şəxs imza etmiş, lakin həmin şəxsə, ümumiyyətlə, xəbərnamənin kimə təqdim edilməsinə dair heç bir məlumat göstərilməmiş, xəbərnamənin həmin məlumatlar barədə qrafaları boş saxlanılmışdır. Beləliklə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli AP seriyalı ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-126/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-126/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver