Məhkəmə qərarları › İş №3(025)-126/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-126/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-126/2025 11.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1965-ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 14 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Qəbələ rayonu Aydınqışlaq kəndində 1 ədəd cüt lülə, 16 kb, 209564-61 nömrəli qanunsuz mülki ov silahı saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, xx.xx.2025-ci il tarixdə Şəxs Qəbələ rayonu Aydınqışlaq kəndində 1 ədəd cüt lülə, 16 kb, 209564-61 nömrəli qanunsuz mülki ov silahı saxlamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. Protokol tərtib edilən zaman Şəxs tərəfindən onlara silaha dair heç bir sənəd təqdim edilməmişdir. Lakin əvvəlki məhkəmə iclasında Şəxs məhkəməyə silaha dair atasından qalmış bileti təqdim etmişdir. Həmçinin Qəbələ rayon Polis şöbəsinə müraciət etmiş, hal-hazırda silahın Şəxs adına rəsmiləşdirilməsinə görə sənədlər toplanmaqdadır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, barəsində protokol tərtib olunan zaman silaha dair sənədi tapa bilməmişdir. Lakin sonradan sözügedən silaha dair bileti tapmış və əvvəlki məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Həmçinin Qəbələ rayon Polis şöbəsinə də bileti təqdim etmiş və silahı onun adına keçirmək üçün müəyyən sənədlər istəmişlər. Sənədləri toplamış və polis şöbəsinə təqdim etmişdir. Təqdim edilməyən bir sənəd qalmışdır. Həmin sənəd də təqdim edildikdən sonra silah adına rəsmiləşdiriləsidir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 10 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Qəbələ rayon Polis şöbəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib etdiyi 10 mart 2025-ci il tarixli protokol yenidən baxılması üçün Qəbələ rayon Polis şöbəsinə göndərilməlidir. İş materiallarında olan 10 mart 2025-ci il tarixli “mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs bir ədəd cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 209564-62 nömrəli mülki ov silahını götürmüş və növbətçi hissəyə verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis mayoru X3 rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasova ünvanladığı 11 mart 2025-ci il tarixli raportda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə icraatına Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı Rübail Əbdürəhimovun raportu daxil olmuşdur. Raportda Qəbələ rayonu Aydınqışlaq kənd sakini Şəxs aşkar edilərək götürülmüş bir ədəd cüt lülə, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 209564-62 nömrəli mülki ov silahının Qəbələ RPŞ-də qeydiyyatda olub-olmadığının müəyyən edilməsinin vacibliyi göstərilmişdir. Raportun icrası ilə əlaqədar Qəbələ RPŞ-nin "Odlu silahın uçot və qeydiyyatı" kitabına baxış keçirilmiş, eyni zamanda DİN-in mülki ov silahlarına dair mərkəzi qeydiyyat sistemi vasitəsilə göstərilən yivsiz ov silahları tərəfindən yoxlanılmışdır. Şəxs aşkar edilmiş bir ədəd İJ markalı, cüt lülə, 1961-ci il istehsalı, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 209564-62 nömrəli mülki ov silahı hər hansı bir şəxsin adına Qəbələ RPŞ-nin "Odlu silahın uçot və qeydiyyatı" kitabında, həmçinin DİN-in mülki ov silahlarına dair mərkəzi qeydiyyat sistemində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 029238 nömrəli Biletdən görünür ki, Şəxs atası X6 oğluna silaha görə xx.xx.1966-ci ildə 029238 nömrəli bilet verilmişdir. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi İXM-nin 590.2-ci maddəsi ilə məsuliyyət yaranması üçün mülki ov silahının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınmadan saxlanması halları olmalıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, Şəxs aşkar edilmiş bir ədəd İJ markalı, cüt lülə, 1961-ci il istehsalı, 16 kalibrli, qundaq, bala qundaq və lülə nömrəsi 209564-62 nömrəli mülki ov silahına görə atası X6 oğluna xx.xx.1966-ci ildə 029238 nömrəli bilet verilmişdir. Şəxs isə hal-hazırda həmin silahın adına sənədləşdirilməsi üçün Qəbələ rayon Polis şöbəsinə müraciət etmiş və sənədləşmə işləri davam etdirilir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Şəxs tərəfindən Qəbələ rayon Polis şöbəsinə silaha dair sənədlər təqdim edilmədiyindən, hal-hazırda isə həmin silahın Şəxs adına keçirilməsinin mümkün olub-olmaması Daxili İşlər Nazirliyinə müvafiq sorğular vasitəsi ilə və müvafiq araşdırma ilə müəyyən oluna biləcəyindən hazırkı protokol və ona əlavə edilmiş sənədlər Qəbələ rayon Polis şöbəsinə göndərilməlidir. Beləliklə, bu səbəbdən məhkəmə hesab edir ki, hal-hazırda inzibati xəta haqqında protokola xitam verilməsi üçün əsaslar mövcud olmadığından Qəbələ rayon Polis şöbəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib etdiyi 10 mart 2025-ci il tarixli protokol yenidən baxılması üçün Qəbələ rayon Polis şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.2 və 135.1.3-cü maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128, 135.1, 135.1.2 və 135.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Qəbələ rayon Polis şöbəsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib etdiyi 10 mart 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol yenidən baxılması üçün Qəbələ rayon Polis şöbəsinə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar