Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-129/2025 17.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X11 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2 və Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748967) tərtib olunmuşdur ki, o, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zərərçəkmiş şəxs1 xeyrinə 15 avqust 2016-cı il tarixdən başlayaraq hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 avqust 2016-cı il tarixli 2(008)-9373/2016 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 9686,0 manat və xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(025)-28/2020 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 21465,0 manat məbləğində borclu qalmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 üçün xx.xx.2016-cı il tarixdən başlayaraq Zərərçəkmiş şəxs1 xeyrinə hər ay 117 (bir yüz on yeddi) manat aliment ödəməsi barədə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9373/2016 saylı icra sənədi üzrə və xx.xx.2017ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X3 xeyrinə hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-28/2020 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, heç bir yerdə işləmədiyinə görə qazancı olmamış və aliment ödəməmişdir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Şəxs xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(025)-28/2020 saylı icra sənədini icra etməyərək 21465,0 manat məbləğində borclu qalmışdır. Uşaqları indiyədək dövlət tərəfindən verilən sosial yardım hesabına saxlasa da, artıq sosial yardım kəsildiyi üçün çətim maddi duruma düşmüşdür. Ona görə də, Şəxs aliment borcunu birdəfəlik ödəməsini tələb edir və ödəmədiyi halda barəsində həbs növündə tnbeh tədbiri tətbiq olunmasını xahiş edir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9373/2016 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 117 (bir yüz on yeddi) manat məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs1 ödənilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-28/2020 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, 21 mart 2017-ci il təvəllüdlü X7 və 17 mart 2018-ci il tarixli X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2016-cı il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)- 9373/2016 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş bildirişin surətinə əsasən borclu Şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9373/2016 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-28/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, e27304/2020-11-13 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-28/2020 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(025)-565/2023-cü il tarixli Qərarının surətinə əsasən Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həps edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, e27304/2020- 11-5-012 nömrəli arayışa əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-9373/2016 saylı icra sənədi üzrə Şəxs xx.xx.2025-ci il tarixə Zərərçəkmiş şəxs1 9686,0 manat və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-28/2020 saylı icra sənədi üzrə Şəxs xx.xx.2025-ci il tarixə X4 21465,0 manat aliment borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 17 mart 2025-ci il tarixdən saat 12:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-129/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-129/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver