Məhkəmə qərarları › İş №3(025)-13/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-13/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-13/2025 22.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirakı ilə, AR DİN Qəbələ RPŞ-nin YPX-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 25388481 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 25388481 nömrəli qərarı ilə X2 xx.xx.2025-ci il tarixdə, saat 17:55-də “Toyota Avensis” minik markalı **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən dayanma və ya durma qaydasına riayət etmədiyinə görə AR İXM-nin 346.4-cü maddəsi ilə 80 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:55 radələrində o, idarə etdiyi “Toyota Avensis” minik markalı **-BR-*** dövlət nömrə nişanlı avtomobili Qəbələ şəhəri, H.Əliyev prospektində, “Bazarstore” mağazasının qarşısında parklamaq məqsədilə sürəti dayanma həddinədək azaltmış və parklanma yerində olan boş yeri görüb həmin istiqamətdə hərəkət edərək avtomobilini parklamışdır. Ərazidə quraşdırılmış kamera vasitəsi ilə dayanma və ya durma qaydasını pozduğuna görə barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Ona görə də, 80,0 manat məbləğində cərimə olunması haqqında AR DİN Qəbələ Rayon DYPŞ-nin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 25388481 nömrəli qərarı ləğv edilməlidir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2025-ci il tarixdə, saat 17:55-də “Toyota Avensis” minik markalı **-BR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən dayanma və ya durma qaydasına riayət etmədiyi müəyyən olunmadığından onun AR İXM-nin 346.4-cü maddəsi ilə inzibati qaydada təhbeh edilməsi qanunsuz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 80,0 manat cərimə edilməsinə dair AR DİN BDYPİ MMX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli EQ 25388481 nömrəli qərarı ləğv edilsin. X2 barəsində AR İXM-nin 346.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar