Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-130/2025 09.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 və Qəbələ RPŞnin nümayəndəsi X2 iştirakı ilə, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarından X1 rayonu Soltannuxa kəndi ərazisində 1 ədəd köküstə yaş ağac kəsərək ətraf mühitə 9000,0 manat məbləğində zərər vurduğuna görə AR İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilmişdir. X4 şikayət edərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X4 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Soltannuxa kəndində yaşayır. Ona məxsus olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahənin həndəvəri daş hasara alınmış və atası tərəfindən çöl tərəfdən kənarında 20 il bundan qabaq 3 ədəd qoz ağacı əkilmişdir. Həmin ağaclardan biri getdikcə böyüyərək darvazanın açılmasına mane olmuş və kökü genişlənərək hasara zərər vurmuşdur. xx.xx.2025-ci il tarixdə həyətyanı sahədə abadlıq işləri görərkən hasara yaratdığı təhlükəni aradan qaldırmaqdan ötrü həmin ağacı kəsmiş və doğrayaraq odun kimi istifadə etmişdir. Ona görə də, AR İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilməsi haqqında AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. Qəbələ RPŞ-nin nümayəndəsi X5 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə polis nəfəri, polis serjantı X7 kəndi ərazisində xidmətdə olarkən X3 həyətyanı sahəsindən kənarda əkilmiş 1 ədəd köküstə yaş qoz ağacını kəsdiyini aşkar etmiş və bu barədə raportla rəhbərliyəə məlumat vermişdir. Aparılmış araşdırma zamanı ağacın bələdiyyə mülkiyyətində olan torpaq sahəsində kəsildiyi və təbiyyətə 900,0 manat məbləğində zərər vurulduğu müəyyən edilərək toplanmış materiallar tədbir görülməsindən ötrü xx.xx.2025-ci il tarixli məktubla AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İşdə olan Qəbələ rayonu Soltannuxa bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 02 saylı Arayışda göstərilmişdir ki, X3 həyətyanı sahəsindən kənarda kəsdiyi 40 sm diametri olan 1 ədəd köküstə yaş qoz ağacı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində yerləşmişdir. İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 31/3-13-89/2-1622 saylı Aktına əsasən Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanmsı Cədvəlinə əsasən 40 sm diametri olan 1 ədəd köküstə yaş qoz ağacının kəsilməsi nəticəsində ərtaf mühitə dəymiş zərər 900,0 manat məbləğində müəyyən edilir. “Yaşıllıqların mühafizəsi haqqında”AR Qanunun 6.1.2-ci maddəsinə əsasən (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar məhdud istifadəli yaşıllıqlardır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən (12.1.1.) yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; (12.1.2.) yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; (12.1.3.) yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; (12.1.4.) yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması məqsədilə qaşıllıqların uçotu və kadastrı aparılır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qanunun 13.8-cü madəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 rayonu Soltannuxa kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 1 ədəd köküstə yaş ağacı “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 13.1-ci maddəsində sadalanan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmədən kəsməklə AR İXM-nin 253.2-ci maddəsində nəzətdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, onun İXMnin müvafiq maddəsi ilə inzibati qaydada tənbeh olunmasına dair AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-130/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-130/2025
09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver