Məhkəmə qərarları › İş №3(025)-132/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-132/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-132/2025 10.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dairAzərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş X5 materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 10 mart 2025-ci il tarixli X5 protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. X5 həmin protokoldan görünür ki, Şəxs MMC 2023-cü il üzrə 2024-ci ildə illik birləşdirilmiş (konsolidə edilmiş) X2 rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində X5 iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 məhkəməyə etiraz ərizəsi təqdim edərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Buna səbəb kimi isə o göstərilmişdir ki, 2023-cü il üzrə 2024-ci ildə İllik Birləşdirilmiş (Konsolidə Edilmiş) X2 Rəyi ilə birlikdə İnternet Səhifəsində və və ya Mətbu Orqanda dərc etdirməmişdir. X5 protokolda qeyd edilənlərlə aşağıdakı səbəblərdən razılaşmırlar. 1-ci səbəb ondan ibarətdir ki, göründüyü kimi, Maliyyə Nazirliyi Şəxs MMC-nin ictimai əhəmiyyətli qurum olduğunu, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı tərtib etməli olduğunu və həmin hesabatı növbəti ilin iyun ayının 30-dək dərc edilməli olduğunu iddia edir. Şəxs MMC “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.9-cu maddəsində qeyd edilən kredit təşkilatı, sığorta şirkəti və s. olmadığı üçün və illik gəliri, hesabat ili ərzində işçilərin orta sayı və balansın yekun məbləği meyar göstəricilərindən qat-qat aşağı olduğu üçün ictimai əhəmiyyətli qurum hesab edilə bilməz. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 18.4-cü maddəsinə əsasən maliyyə hesabatlarını təqdim etməli olan ictimai əhəmiyyətli qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilir və zərurət yarandıqda bu siyahıya əlavələr və dəyişikliklər edilir. Siyahıda Şəxs MMC-nin adı olmadığına görə o ictimai əhəmiyyətli qurum deyildir. 2-ci səbəb ondan ibarətdir ki, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununun 2.1.8-ci maddəsinə əsasən Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları əsas cəmiyyətin (ortaqlığın) və onun törəmə cəmiyyətlərinin vahid mühasibat uçotu subyekti kimi təqdim etdiyi maliyyə hesabatlarıdır. Bundan başqa həmin qanunun 8.2-ci maddəsinə əsasən bir və ya daha çox törəmə cəmiyyətə malik olan hər hansı ictimai əhəmiyyətli qurum hüquqi şəxs kimi hazırladığı maliyyə hesabatından əlavə olaraq, X1 Standartlarına uyğun birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməlidirlər. Yəni ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını alır və onları özünün maliyyə hesabatı ilə birləşdirərək birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatı hazırlayır və özünün, ona tabe olan törəmə müəssisələrinin maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını dərc edir. Törəmə müəssisə isə başqa bir şirkətə məxsus və ya başqa bir şirkətin idarə etdiyi bir şirkət və ya təşkilatdır. Şəxs MMC birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatını tərtib edib. 3-cü səbəb isə ondan ibarətdir ki, Şəxs MMC bu öhdəliyi yerinə yetirib. Şəxs MMC-nin rəsmi səhifəsindən müəyyən olunur ki, “Qəbələ” İK 2023-cü il üçün maliyyə hesabatı İnternet Səhifəsində dərc olunmuşdur. Həmin Məlumatdan isə görünür ki, maliyyə hesabatı 2024-cü ilin may ayının 8-də dərc olunmuşdur. Yəni qanunda nəzərdə tutulan müddət də ötməmişdir. Bununla bağlı sənədləri və müvafiq internet linkini məhkəməyə təqdim etmişlər.Göstərilənlərə əsasan hesab edirlər ki, yuxarıda göstərilən səbəblərdən Şəxs MMC-nin əməlində İXM-nin 462.1-ci maddəsinin tələbləri olmadığından işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində X5 iş üzrə icraata xitam verilməlidir. İş materiallarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Şəxs MMC-nə ünvanlandığı 3-23/2-1484/2025 nömrəli,xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Şəxs MMC 2023-cü il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə X5 işə 10mart 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsində baxılacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X7 rəsmi səhifəsi olan “Qəbələ FC” internet səhifəsində 2023-cü il üçün maliyyə hesabatları təqdim edilmiş və maliyyə hesabatının internet səhifəsində yayımlandığı tarix 08 may 2024-cü ildir. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən məhkəmə təqdim edilmiş AUDİTOR rəyindən görünür ki, Şəxs MMC 31 dekabr 2023-cü il tarixinə KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARİ VƏ MÜSTƏQİL AUDİTORLARİN RƏYİni tərtib etmişlər və həmin rəy 19 mart 2024-cü ildə Şəxs MMC tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 462.1-ci maddəsinə əsasən Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 462.1-ci maddəsinin dispozisiyasından göründüyü kimi, audit rəyinin internet səhifəsində və ya mətbu orqanda dərc edilməməsi həmin maddə ilə məsuliyyətə səbəb olmur. Lakin Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokolda Şəxs MMC-nin2023-cü il üzrə maliyyə hesabatlarının (konsolidə edilmiş) 2024-cü ildə audit rəyi ilə birlikdə internet səhifəsindəvə ya mətbu orqanda dərc etdirmədiyinə görə” barəsində X5 protokol tərtib edildiyi göstərilmişdir. Lakin hansı əsasla audit rəyinin Şəxs MMC tərəfindən birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirilməsi olması əsaslandırılmamış, bununla bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş X7 rəsmi səhifəsi olan “Qəbələ FC” internet səhifəsində 2023-cü il üçün maliyyə hesabatları təqdim edilmiş və maliyyə hesabatının internet səhifəsində yayımlandığı tarix 08 may 2024-cü ildir. Yəni, Şəxs MMC maliyyə hesabatlarını qanunda nəzərdə tutulmuş müddət ərzində internet səhifəsində yayımlamaq müddətini ötürməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, Şəxs MMC tərəfindən 2023-cü ilin maliyyə hesabatları 2024-cü il may ayının 8-də “Qəbələ FC” internet səhifəsində yayımlanmışdır. Şəxs MMC-nin auidit rəyi ilə birlikdə maliyyə hesabatını internet səhifəsində yayınlaması olması isə İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmamışdır.Bunun əksini sübut edən hal isə Maliyyə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi Şəxs MMC 2023-cü il maliyyə hesabatlarını 2024-cü ilin may ayının 8-də “Qəbələ FC” səhifəsində yayınlamaqla İXM-nin 462.1-ci maddəsinin dizposiyasında nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən məhkəmə təqdim edilmiş AUDİTOR rəyindən görünür ki, Şəxs MMC31 dekabr 2023-cü il tarixinə KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARİ VƏ MÜSTƏQİL AUDİTORLARİN RƏYİni tərtib etmişlər. Göründüyü kimi Şəxs MMC“Mühasibat uçotu haqqında” qanunun tələblərinə riayət edərək, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunda nəzərdə tutulmuş müddət ərzində tərtib etmişlər. Həmin rəy 19 mart 2024-cü ildə Şəxs MMC tərəfindən təsdiq edilmişdir. Lakin İXM-nin 462.1-ci maddəsində yalnız Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatların dərc edilməməsi məsuliyyət müəyyən etdiyindən, X7 rəsmi səhifəsi olan “Qəbələ FC” internet səhifəsində 2023-cü il üçün maliyyə hesabatları yayınlanmışdır. Maliyyə hesabatının internet səhifəsində yayımlandığı tarix 08 may 2024-cü ildir. Göründüyü kimi maliyyə hesabatları internet səhifəsində yayımlandığı vaxt artıq Şəxs MMC tərəfindən KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARİ VƏ MÜSTƏQİL AUDİTORLARİN RƏYİ alınmışdır və Şəxs MMC tərəfindən həmin auditor rəyinin internet informasiya sistemində yerləşdirilməməsi üçün heç bir əsas olmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları internet səhifəsində dərc edilmişdir. Bu fakt məhkəməyə təqdim edilmiş “Qəbələ FC” internet səhifəsindən çıxarış ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə Şəxs MMC tərəfindən 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının internet səhifəsində dərc edilməməsi kimi hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında X5 iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) X5 işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXMin 462.1-ci maddəsi ilə əlaqədar başlanmış X5 iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsi ilə tərtib edilmiş X5 protokol üzrə X5 işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar