Məhkəmə qərarları › İş №3(025)-133/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-133/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-133/2023 29.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, X1 Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıraq hesab edir ki, X2 tərəfindən Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarlndan görünür ki, Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarı 23 fevral 2023-cü il tarixdə qəbul edilmiş, A.M.İbrahimov qeyd edilən qərardan şikayət ərizəsi ilə 29 mart 2023-cü il tarixdə - 1 ay keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X2 tərəfindən Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarından verilmiş şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Qəbələ Rayon Polis Şöbəsinin 23 fevral 2023-cü il tarixli, TP ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar