Məhkəmə qərarları › İş №3(025)-134/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-134/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-134/2023 31.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Qəbələ rayonu, Qəmərvan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:10 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “Vaz-21154” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X1 Xəyal Səməd oğlunun Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:10 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs məxsus “Vaz-21154” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:10 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən həmin küçədə sola dönməkdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21154” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. Hadisə zamanı “Vaz-21154” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Avtomobildə ailə üzvilər olmuş, heç biri xəsarət almamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:10 radələrində Qəbələ şəhəri, E.Kərimov küçəsində özünə məxsus “Vaz-21154” markalı **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman sola dönərkən arxadan gələn “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nişanlı abtomobil onu arxadan vurmaqla avtomobilə maddi zərər vurmuşdur. Hadisə zamanı avtomobildə tək olmuş, heç bir xəsarət almamışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 31 mart 2023-cü il tarixdən saat 12:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar