Məhkəmə qərarları › İş №3(025)-135/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-135/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-135/2024 26.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi İTB-nin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 fevral 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 fevral 2024-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, 26 fevral 2024-cü il tarixdə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 25 fevral 2024-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində “Yeni market”-də ictimai qaydanı pozmuş, polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 izahatında göstərdi ki, Şəxs Qəbələ rayonu, Nic qəsəbəsi ərazisində “Yeni market” adlanan obyektdə polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Polis əməkdaşlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq ünvanlıünvansız söyüşlər söyərək xırda xuliqanlıq törətmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN seriyalı ******* saylı İnzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü hər iki maddə üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Nic qəsəbəsi ərazisində “Yeni market” adlanan obyektdən quru çay almış, lakin maşınına əyləşən zaman aldığı məhusu tapa bilmədiyindən marketə qayıtmış və kameranın açılaraq baxılmasını tələb etmişdir. Heç kimi söyməmişdir. Polis əməkdaşlarının tələbi ilə Nic qəsəbəsi ərazisində “Yeni market” adlanan obyektdən çıxaraq polis maşınına əyləşmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Yeni market” adlanan obyektdə satıcı işləyir. xx.xx.2024-cü il tarixdə işlədiyi “Yeni market-Nic” adlı mağzada olan vaxt sonradan adını bildiyi Şəxs mağazaya daxil olaraq nalayiq ifadələr işlətmişdir. O və mağazanın müdiri Yunus Yunusov ona yaxınlaşıb mağazanın içərisində söyüş söyməməyi bildirib mağazadan kənarlaşdırmaq istəmişlər. Ruslan onun və mağazanın digər işçilərinin sözlərindən nəticə çıxarmayaraq daha da uca səslə qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmişdir və orada olan müştərilərin və mağaza işçilərinin narahtçılığına səbəb olmuşdur. Mağazanın müdiri Yunus Yunusov mağazanın daxilində digər xoşagəlməz hallar olmaması üçün ərazidə xidmət aparan PPXB-nin əməkdaşına zəng edib bu barədə məlumat vermişdir. Ora gələn polis əməkdaşları Ruslana yaxınlaşıb ondan şikayət daxil olduğunu, ictimai yerdə söyüşlər söyməyin qayda pozuntusu olduğunu izah edərkən Ruslan onların yanında da nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının iradlarına əməl etməmiş, daha da aqressiv formada kobud hərəkətlər etmiş və nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün Şəxs Xidməti avtomobilə mindirərək oradan aparmışlar. Şəxsla söhbət edən vaxt ondan kəskin spirt qoxusu gəlirdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində yerləşən “Yeni market” adlanan obyektdə işləyir. xx.xx.2024-cü il tarixdə işlədiyi “Yeni market-Nic” adlı mağazada olan vaxt sonradan adını bildiyi Şəxs mağazaya daxil olaraq nalayiq ifadələr işlətmişdir. O Ruslana yaxınlaşıb mağazanın içərisində söyüş söyməməyi bildirmiş və mağazadan kənarlaşmasını istəmişdir. Ruslan onun sözlərindən nəticə çıxarmayaraq daha uca səslə qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmiş və orada olan müştərilərin va mağazada işləyən şəxslərin narahtçılığına səbəb olmuşdur. O, Ruslanın mağazanın daxilində digər xoşagəlməz hallar olmaması üçün ərazidə xidmət aparan Post Patrul Xidməti Bölüyünün əməkdaşına zəng edib bu barədə məlumat vermişdir. Ora gələn polis əməkdaşları Ruslana yaxınlaşıb ondan şikayət daxil olduğunu, ictimai söyüşlər söyməyin qayda pozuntusu olduğunu izah edərkən Ruslan onların yanında da nalayiq ifadələr işlətmiş və polis əməkdaşlarının iradlarına əməl etməmiş, daha da aqressiv formada kobud hərəkətlər etmiş və nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün Şəxs Xidməti avtomobilə mindirərək oradan aparmışlar. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib edilmiş 26 fevral 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 25 fevral 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar