Məhkəmə qərarları › İş №3(025)-138/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-138/2021

25.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-138/2021 25.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X6, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və zərərçəkmiş şəxsin nümayəndəsi Qəbələ rayonu Böyük Əmili kəndi inzibati ərazi üzrə nümayəndənin müavini X2 iştirakları ilə, xx.xx.1998-ci ildə Qəbələ rayonu, Böyük Əmili kəndində anadan olmuş, Qəbələ rayonu, Böyük Əmili kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində sürücülük vəsiqəsi olmadan X4 məxsus Mersedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili maksimum surət həddi 60 km.saat olan yolda surət həddini aşaraq 100 km.saat surətlə idarə etmiş və nəticədə avtomobil yoldan çıxaraq Qəbələ Rayon İcra hakimiyyətinin balansında olan hasara çırpılmış, Qəbələ Rayon İcra hakimiyyətinə və X4 məxsus avtomobilə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin inspektoru X1 Paşa Əlvan oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ rayon YPX-nin inspektoru X9 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 15:00 radələrində Qəbələ rayonu Böyük Əmili kəndi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan X4 məxsus Mersedes Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili maksimum surət həddi 60 km.saat olan yolda surət həddi aşaraq 100 km.saat surətlə idarə etmiş və nəticədə avtomobil yoldan çıxaraq Qəbələ Rayon İcra hakimiyyətinin balansında olan hasara çırpılmış və Qəbələ Rayon İcra hakimiyyətinə, həmçinin X4 məxsus avtomobilə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ rayon Hacıalılı kəndində Qəbələ Futbol akademiyasının binasının həyətində avtoyuma məntəqəsində işləyir. İşlədiyi dövrdə Səxavət müəllimi tanımışdır, belə ki, Səxavət həmin binada kursda məüəllim işləyir, bir neçə dəfə onun avtomobilini yumuşdur. Səxavət avtomobilini və açarlarını özü ona təqdim etmiş, ancaq həmişə avtomobilini avtoyuma məntəqəsinin içində idarə etmişdir, başqa yerlərə sürməmiş, həmçinin, başqa yerlərə sürüb getməyə icazə istəməmişdir. xx xxxxxx 2021 -ci il tarixdə saat 14 radələrində iş yerinə getmiş, təxminən 1 saat sonra Səxavət müəllim gəlmiş, özündə avtomobil sürmək marağına görə Səxavətdən avtomobilini alıb Qəbələ şəhərinə gedərək qayıtmaq qərarına gəlmişdir. Buna görə də Səxavətə yaxınlaşıb ondan avtomobilini istəmiş, Səxavət də razı olmuş və avtomobilinin açarlarını ona verdi ki, Qəbələ şəhərinə getsin. Hətta Səxavət ona benzin az olduğunu deyərək benzin tökmək üçün pul da təklif etdi, ancaq puldan imtina edərək benzini özü tökəcəyini bildirmişdir. Sonra avtomobilin açarını götürüb X13 C 180 minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək akademiyanın həyətindən çıxmış, Böyük Əmilli kəndi ilə Qəbələ şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Soltan Nuxa kəndində olan zaman Səxavət mobil telefonuna zəng edərək avtomobili yavaş sürməyi tapşırdı, Səxavətə “oldu” deyərək söz verdi. Avtomobili idarə edərək Zarağan kəndinin yol dairəsinə çatanda polislərin onu sürcülük vəsiqəsi olmadığından saxlayacağına görə Qəbələ şəhərinə getməkdən vaz keçmiş, buna görə də Zarağan kəndində “Lukoil” yanacaqdoldurma məntəqəsində avtomobilə 7 manat dəyərində benzin doldurub geri qayıtmağa başladı. Qəbələ rayon Böyük Əmili kəndində üzü Hacıalıiı kəndi istiqamətdə avtomobili təxminən 100 km/saat sürətlə idarə edərək hərəkətdə idi. Böyük Əmili kənd məktəbinin yaxınlığında avtomobilinin sağından qəflətən qarşısına sahibinin kimliyini bilmədiyim bir it mıxdı, özünü itirdi və avtomobilini sağa ehtiyat hissəyə çıxartdı. Lakin, sürəti yüksək olduğundan avtomobili daşlı həmçinin qarlı yola çıxdı, əyləci bassa da avtomobil sürüşüb sağdakı daş hasara çırpılaraq dayandı Sonra baş verənləri xatırlamır, oraya adamlar toplaşaraq onu Qəbələ rayon xəstəxanasına apardılar. Hadisə zamanı və avtomobili Səxavətdən alan zaman avtomobildə başqa kimsə olmamışdır. Əvvəllər Səxavətdən və ya kursda işləyən başqa adamlardan avtomobili ancaq kursun həyətində moykada idarə etməyə istəyirdi. Səxavətdən heç zaman magistral yolda avtomobil idarə etməyi istəməmişdir. xx xxxxxx 2021-ci il tarixdə Səxavətdən avtomobilini darə etməyi istəyən zaman yanlarında kimsə olmamışdır. Avtomobil idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi yoxdur. Törətdiyi əməlindən peşimandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, özünə məxsus Mersedes Benz C 180 minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Rayonun Dızaxlı kənd tam orta məktəbdə tarix müəllimi işləyir, həm də Hacıalılı kəndində “Lider” təhsil mərkəzində də tarix müəllimi kimi çalışır. Kurs Hacıalılı kəndində Qəbələ Futbol akademiyasının binasında yerləşi. Şəxs də Hacallı kəndində həmin kursun həyətindəki avtoyuma məntəqəsində işlədiyi üçün 2-3 aydır ki tanıyır, bir neçə dəfə ona avtomobilini yumaq üçün vermişdir. Hər dəfə Paşaya avtomobilini açarları ilə birgə yudurmaq üçün verirdi, Paşa da həyətdə avtomobili yuyub sonra da geri qaytarırdı. Paşaya heç zaman avtomobilini idarə edərək avtoyuma məntəqəsindən çıxmağa və harasa getməyinə icazə verməyib. Halbuki özü dəfələrlə ondan avtomobiini icarə edərək Qəbələ şəhərinə və sair yerlərə getmək istədiyini bildirmiş, lakin o imtina etmiş, Paşanın bir hadisə edəcəyindən, hər hansı bir söz-söhbət olacağından çəkinmişdir. Heç zaman avtomobiini sürməyi Paşaya etibar etməmiş, icazə verməmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 15 radələrində yenə də kursda olan zaman avtomobiini yudurmaq üçün Paşaya açarları ilə birgə verdi, özü isə kursda idi. Avtomobili verən zaman Paşa ondan avtomobili idarə edərək yaşadığı kəndə gedib- gəlmək üçün icazə istəmiş, lakin, o, etiraz edərək “yolda polis var, həm də yollar qardır, buzdur, olmaz” deyərək icazə verməmişdir. Paşa da bir söz deməyərək avtomobilini yumağa başlamış, kursda olan zaman orada işləyən mühafizəçi Vüqar işlədiyi yerə gələrək “Paşa sənin avtomobilini idarə edərək kəndin yuxarı hissəsinə getdi” demiş, dərhal Paşanın istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng edərək ona “yol buzdur, hər hansı bir hadisə törətmə, ehtiyatla avtomobili idarə etdiyin yerə gətir qoy, sonra sənlə bu barədə danışacağam” dedi. Paşa isə Soltannuxa kəndində olduğunu və gələcəyini dedi. Təxminən 15 dəqiqə sonra Vüqar yenə də kursa yanına gələrək “Paşa avtomobiini vurub, hadisə olub, özü də xəsarət alıb” dedi, hadisənin Böyük Əmili kəndində baş verdiyini öyrənib dərhal hadisə yerinə gəldikdə həqiqətən də avtomobilinin Böyük Əmilli kəndində üzü Ağdaş rayonu istiqamətində yolun sağına çıxaraq daş hasara çırpıldığını, avtomobilinin xeyli əzilərək yararsız vəziyyətə düşdüyünü gördü, Paşa özü isə hadisə yerində yox idi və onun təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığını öyrənmişdir. Hadisə yerində həmçinin, polis əməkdaşları da var idi ki, onlar hadisə yerini müayinə edərək baxış keçirtdilər. Baxışda iştirak etmişdir. O, heç zaman avtomobilini idarə etməyi Paşaya icazə verməmiş, sadəcə olaraq avtomobilini və açarlarını Paşaya avtoyuma məntəqəsinin içərisində yumaq üçün vermişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 15 radələrində avtomobilini yumaq üçün Paşaya verəndə Paşanın avtomobili idarə edərək kəndə getməyə icazə istəməsini kimsə görməmişdir. Hal-hazırda Şəxs heç bir şikayət və tələbin olmadığını bildirmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Qəbələ rayonu Böyük Əmili kəndi inzibati ərazi üzrə nümayəndənin müavini X5 izahatında göstərmişdir ki, Hacıyev X11 Benz C 180 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Böyük Əmilli kəndində Qəbələ Rayon İcra hakimiyyətinin balansında olan hasara çırpılmış və nəticədə hasar ciddi zərər almışdır. Dəymiş zərərin məbləği 326 manat təşkil edir. Hal-hazırda Şəxs heç bir şikayət və tələbin olmadığını bildirmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini, zərərçəkmişlərin ona qarşı heç bir şikayət və tələbin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar