Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-14/2021 03.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirovun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Nic qəsəbəsində həmkəndliləri Rəşad və Xəyal ilə birlikdə qəsəbənin mərkəzində saat təxminən 11:00 radələrində söyüşlər söyürdü. Buna səbəb udinlərin yeni il gecəsi fişəng atması idi. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşdı və söyüş söyməməyi, nizam intizamlı olmağı bildirdi. Ancaq o, buna məhələ qoymayaraq söyüş söyməyə davam edirdi və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmurdu. Həmin vaxt oraya insanlar toplaşmışdı. O, bu cür hərəkətləri davam elədiyi üçün onu polis əməkdaşları polis şöbəsinə gətirdilər. Həmin vaxt sərxoş olmamışdır. Etdiyi əməldən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə növbətçi hissədən verilən məlumat əsasında Qəbələ rayon Nic qəsəbəsinə getdi. Qəsəbədə olan vaxt saat təxminən 11:04 radəsində qəsəbəsinin mərkəzində sonradan adlarını bildiyi Şəxs, Şəxs və X2 qəsəbənin mərkəzində ünvanlı və ünvansız nalayiq ifadələr işlədirdilər. O və digər polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edib ictimai yerdə nalayiq sözlərin işlətməsi qanuna zidd olduğunu bildirsələr də, yuxarda qeyd etiyi şəxslər nalayiq ifadələr işlətməyə davam edərək, insanları ətrafında toplayıb, Nic qəsəbəsinin onların yaşadığı ünvan olduğunu bildirib mərkəzdə necə isdəsələr də davranacaqlarını bildirdilər. O və digər polis əməkdaşları onları dəfələrlə nizam intizama dəvət etsələr də Şəxs, R.Əzizov və X.İsmizadə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirirdilər. Onlar da həmin şəxsləri polis şöbəsinə gətirib barələrində araşdırma aparılması üçün növbətçi hissəyə təhvil verdilər. Məhkəmə iclasında şahid X1 şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-14/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-14/2021
03.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver