Məhkəmə qərarları › İş №3(025)-14/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-14/2025

13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-14/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X14 Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Xırxatala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291508) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində Qəbələ rayonu, Xırxatala kəndində küçədə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Xırxatala kəndində yaşayır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır və ailənin yeganə qazanc gətirən şəxsidir. xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində məişət tullantılarının yandırmaqla topladığıqalıqları araba ilə daşıyaraq Qəbələ rayonu Xırxatala kəndi ərazisindən keçən çayın kənarına boşaldarkən avtopatrulda xidmət edən polis əməkdaşları tərəfindən saxlanılmış və ətraf mühiti çirkləndirməsi barədə sənədləşmə apararaq onlarla birlikdə polis şöbəsinə getməsi tələb olunmuşdur. Maddi vəziyyətinin pis olması və uşağının müalicə xərclərini ödəməyə vəsaiti olmaması səbəbindən ətraf mühitin çirklənməsinə görə cərimə olunacağı ona pis təsir etmiş və özündən çıxaraq polis əməkdaşları ilə yüksək tonla danışaraq tabesizlik göstərmişdir. . İş üzrə şahid X2 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə saat 16:45 radələrində polis nəfəri X7 ilə birlikdə Qəbələ rayonu, Xırxatala kəndi ərazisində xidmətdə olarkən 1 nəfər şəxsin (Şəxs) məişət tullantılarını araba ilə daşıyaraq çayın kənarına tökməsini müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmiş və ondan kim olduğunu soruşmuşlar. Həmin şəxs özünü təqdim etməmiş və hadisə yerindən getməyə cəhd göstərmişdir. Onun arxasınca yaşadığı ünvanadək gedilərək ona məişət tullantıları ilə ətraf mühiti çirkləndirməsinin qanun pozuntusu olduğunu izah edilmiş, lakin o, edilən izahlara əhəmiyyət verməmiş və uca səslə qışqıraraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin şəxslə profilaktik söhbətlər aparıb sakitləşdirməyə bir neçə dəfə cəhlər etsələr də nəticəsi olmamış, o, uca səslə qışqıraraq nalayiq ifadələr işlətməkdə davam etmişdir. Onun hərəkətləri digər kənd sakinlərinin həmin yerə toplaşmasına səbəb olmuşdur. Ona görə də, əlavə polis əməkdaşları çağırılaraq X5 rayon Polis Şöbəsinə gətirilmişdir. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X7 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022618 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 adında uşaqları vardır. Şəxs himayəsində iki nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar