Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-142/2024 28.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsi DYPB YPXİ-ru polis serjantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2004-cü ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB YPXİ-ru polis serjantı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə saat 01:40 radələrində yol hərəkətinə nəzarət zamanı “Khazar SD” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini BD711465 saylı etibarnamə əsasında idarə edən xx.xx.2024-cü il təvəllüdlü Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında yaşayan Ömərov X4 yolunda təhlükəli manevrlər edərək İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən barəsində Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP ******* nömrəli, 28 fevral 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-ru polis serjantı X6 göstərdi ki, xx.xx.2024-ci il tarixdə xidmətdə olarkən Post Patrul Xidmətindən “Khazar SD” markalı nəqliyyat vasitəsinin rayon ərazisində təhlükəli manevrlər etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin olduğu yerə yollanmışlar və “Khazar SD” markalı nəqliyyat vasitəsinin hələdə “ziqzaqvari” hərəkətlər etməsinin şahidi olmuşlar. Həmin nəqliyyat vasitəsi qaçmağa çalışmış, lakin sonda saxlanılmışdır. Daha sonra polis şöbəsinə gətirilmişdir. Daha sonra həkim tərəfindən sərxoşluq vəziyyətinin müayinəsi aparılmış və sərxoş olduğu müəyyən olumuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, təxminən 7 ay əvvəl “Khazar SD” markalı maşını kirayəyə götürmüş və aylıq 600 manat kirayə haqqı ödəyirmiş. xx.xx.2024-cü il tarixdə dostunun ad günü tədbirində spirtli içki qəbul etmiş, daha sonra avtomobili Qəbələ şəhər mərkəzinə doğru yüksək sürətlə idarə etmiş və “poçt dairəsi” adlanan ərazidə maşının sürətlər qutusunu 3-dən 2-yə keçirərək qəfl yuxarı dönmüşdür. Sərxoş vəziyyətdə olduğundan polis əməkdaşlarının saxla əmrinə tabe olmayaraq uzaqlaşmağa çalışmışdır. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirlmiş Qəbələ RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı X7 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 00:50 radələrində şəhərin H.Aslanov küçəsində mərkəzi poçtun qarşısında olan dairəvi yolda “Khazar SD” markalı **- PE-*** nömrə nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yüksək sürətlə idarə edərək ziqzaq hərəkətlər edərək avtoxuliqanlıq etdiyi müşahidə edildiyindən yol patrul xidməti əməkdaşlarına məlumat vermişlər. Yol patrul xidməti əməkdaşları gələnədək maşını təqib etmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X2 çıxış edərək Şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ DYPB YPXİ-ru polis serjantı X6 tərəfindən tərtib edilmiş AP ******* nömrəli, 28 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan əməli özünün etirafı, şahid ifadəsi, işə əlavə olunmuş videoçəkiliş və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 27-ci maddəsinə əsasən, fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 30-cu maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 511-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə-mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə- nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsindədə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 fevral 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-142/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-142/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver