Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-143/2022 28.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1985-ci il iyunun 24-də Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 28 mart 2022-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 09.02.2022-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla zərbələr vurub zor tətbiq edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 28 mart 2022-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X7 göstərdi ki, Şəxs 09.02.2022-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla zərbələr vurub zor tətbiq edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 09.02.2022-ci il tarixdə saat 13 radələrindən sonra oğlu Pərvaz Abdullayev ilə evdən çıxaraq Qəbələ şəhərində yerləşən İcra Hakimiyyətinin binasına getmək istəyirmiş. Öz küçələrində olan zaman Zərərçəkmiş şəxs idarə etdiyi ** XT *** nömrə nişanlı göy rəngli Niva markalı avtomobili ilə küçədə gələn zaman qəflətən tormozlama etmiş və avtomobil onun oğlu Pərvaza dəymiş, lakin hər hansı bir xəsarət almamışdır. Avtomobilə əl etsə də, Elşad saxlamamış, həmin zaman 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra yoluna davam etmiş, Qəbələ şəhər İcra Hakimiyyətinin binasının qarşısında bir qədər yuxarıda səki ilə gedən zaman Elşad yolda avtomobilə sərt tormozlama vermiş və oğlu qorxmuşdur. Yenə yoluna davam etmişdir. Marketdən siqaret almağa gedirmiş. Görmüş ki, Elşad avtomobili marketin qarşısında saxlamış, ona tərəfə gedərək sürücü tərəfdən ona yaxınlaşmışdır. Ona niyə bu cür hərəkətlər edirsən demiş, o da nalayiq ifadə ilə cavab vermiş, bu zaman sol əli onun üz nahiyyəsinə aynanın açıq yerindən bir dəfə yumruq ilə zərbə vurmuşdur. Elşad isə avtomobili idarə edərək uzaqlaşmışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasının nəzərə alınmasını və məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 14 yaşına çatmayan uşaq olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs əvvəllər onun ilə dost olmuş, sonradan münasibətləri pozulmuşdur. O, arvadı Nuranə Abdullayeva ilə boşanmış və onun üzərinə arvadı ilə bağlı şər və böhtan atmışdır. 09.02.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində üzərində ** XT *** dövlət nömrə nişanı olan Niva markalı göy rəngli avtomobili ilə Qəbələ şəhərindəki “Bazarstore” mağazasından çıxaraq Qəbələ şəhərinin mərkəzindəki 24 saat adlanan marketə gəlmiş, avtomobili marketin qarşısında saxlamış, avtomobildən düşərək marketə girmək istəmişdir. Bu zaman avtomobilə sürücü tərəfdən, yəni onun tərəfdən Şəxs yaxınlaşmış, qapının açıq aynasından onun sol üz nahiyyəsinə iki dəfə yumruq ilə zərbə vurmuşdur. Yenidən ona yumruq vurmaq istəyən zaman avtomobili idarə edərək getmiş, Qəbələ şəhərindəki poçtun qarşısında dayanmış və oradan 102 xidmətinə Fəxrinin onu vurması barədə məlumat vermişdir. Şəxs ilə barışmamış və onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının 11.02.2022-ci il tarixli 62 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol tərəfinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 09 fevral 2022-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03 mart 2022-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə toplanmış HK-1/163, HK-1\164 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTByə göndərilmişdir. İşdə olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən də Şəxs 09.02.2022-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla zərbələr vurub zor tətbiq edərək ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 10.09.2021-ci il tarixli 2(025)-1072/2021 nömrəli qətnaməsindən görünür ki, Şəxs ilə X1 arasında Qəbələ rayonu VVADQ şöbəsi tərəfindən 2006-ci il sentyabrın 12-də qeydə alınmış 162 nömrəli nikah pozulmuş, 15 fevral 2007-ci il təvəllüdlü X4 və 11 sentyabr 2009-cu il tarixli X5 cavabdeh – atası Şəxs yanında saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində 2 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Şəxs himayəsində 14 yaşına çatmayan uşağı vardır və o həmin uşağı tək böyüdür. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-143/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-143/2022
28.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver