Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-144/2021 10.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2021-ci il tarixdə saat 21:23 radələrində Qəbələ rayonu Nohurqışlaq kənd sakini Şəxs çayxanada həmkəndliləri R.Rəsulov, Ş.Kamilov və A.Əzizli ilə birlikdə qumar oynamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 525-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X1 göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 21:23 radələrində Qəbələ rayonu Nohurqışlaq kənd sakini Şəxs çayxanada həmkəndliləri R.Rəsulov, Ş.Kamilov və A.Əzizli ilə birlikdə qumar oynamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 525-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Nohurqışlaq kəndində şərik işlətdiyi kafedə bir stolda Şamil, Arzu və Rəsul adlı kənd sakinləri ilə əyləşərək pivə içirmişlər. Bu vaxt Kamilov Şamil təklif etmişdir ki, 20 qəpikdən qumar oynasınlar. Onla təxminən dördünə 1 saata yaxın 20 qəpikdən qumar oynamışlar. Həmin vaxt polis əməkdaşları içəri daxil olmuşlar və stolun üzərində 35 ədəd oyun kartını və 6 manat pul əskinasını stolun üzərindən götürmüşlər. Daha sonra onları Qəbələ rayon Polis şöbəsinə gətirmişlər. Törətdiyi əməldən çox peşimandır, gələcəkdə bu hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ RPŞ-nin PPXB-nin polis nəfərə, polis serjantı X2 RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanladığı xx xxxxxx 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat təqribən 21:23 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İlkin Göyüşovla birlikdə Qəbələ rayon Nohurqışlaq kəndində xidmətdə olarkən kənd ərazisində Elvin adlı şəxsə məxsus çay evində səs küy eşidib daxil olmuşlar və bir qrup şəxsin stol arxasında oyun kartları ilə pul qarşılığında qumar oynadıqlarını görmüşlər. Özlərini təqdim edib qanun pozuntusunu onlara izah etmişlər və maddi sübut kimi 35 (otuz beş) ədəd atlas oyun kartlarını və 6 (altı) manat pulu götürüb vətəndaşları Qəbələ RPŞ-yə dəvət etmişlər. Qəbələ RPŞ-də məlum olmuş ki, həmin şəxslər Qəbələ rayon Nohurqışlaq kənd sakinləri X3, X4, Əzizli Arzu Vəkil oğlu və Şəxsdur. - xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, Qəbələ rayon Nohurqışlaq kəndində yerləşən Elvin adlı şəxsə məxsus çay evində aşkar edilmiş qumar oynayan şəxslərdən 35 (otuz beş) ədəd oyun kartı və stolun üstündən 6 (altı) manat pul maddi sübut kimi götürülmüşdür. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs qumar oynaması özünün etirafedici izahatı ilə də tam təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə-oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi xətanı etiraf edib peşiman olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 525-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, oyun ləvazimatı olan 35 (otuz beş) ədəd oyun kartları məhv olunmalı, inzibati xətanın bilavasitə obyekti olmuş predmet - 6 (altı) manat pul vəsaiti dövlət nəfinə müsadirə olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Oyun ləvazimatı olan 35 (otuz beş) ədəd oyun kartları məhv olunsun. İnzibati xətanın bilavasitə obyekti olmuş predmet - 6 (altı) manat pul vəsaiti dövlət nəfinə müsadirə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-144/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-144/2021
10.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver