Məhkəmə qərarları › İş №3(025)-144/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-144/2022

13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-144/2022 13.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 fevral 2022-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus “Lada 21214 Urban” markalı ** SE *** dövlət qeydiyyat nişanlı üzərində ** XT *** dövlət qeydiyyat nişanı olan avtomaşını qəsdən zədələmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1820 manat maddi ziyan dəymişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 mart 2022-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X1 Fəxri Eldəniz oğlunun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 09 fevral 2022-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus “Lada 21214 Urban” markalı ** SE *** dövlət qeydiyyat nişanlı üzərində ** XT *** dövlət qeydiyyat nişanı olan avtomaşını qəsdən zədələmiş və nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1820 manat maddi ziyan dəymişdir. 03 mart 2022-ci il tarixli qərara Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilmişdir. Bununla da onun tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs əvvəllər onun ilə dost idi, sonradan münasibətləri pozuldu. O, arvadı Nuranə Abdullayevə ilə boşanmış və onun üzərinə arvadı ilə bağlı şər və böhtan atmışdır. Özünə məxsus “Cherysler” markalı ** XT *** dövlət nömrə nişanlı və Niva markalı ** SE *** dövlət nömrə nişanlı avtomobilləri vardır. 09.02.2022-ci il tarixdə saat təxminən 13:30 radələrində üzərində ** XT *** dövlət nömrə nişanı olan Niva markalı göy rəngli avtomobili ilə Qəbələ şəhərindəki Bazarstoredən çıxaraq Qəbələ şəhərinin mərkəzindəki 24 saat adlanan marketə gəldi, avtomobili marketin qarşısında saxladı. Avtomobildən düşərək marketə getmək istəyirdi. Bu zaman avtomobilə sürücü tərəfdən Şəxs yaxınlaşdı. Qapının açıq aynasından onun sol üz nahiyəsinə iki dəfə yumruq ilə zərbə vurdu, yenidən ona yumruq vurmaq istəyən zaman avtomobili idarə edərək getdi. Qəbələ şəhərindəki poçtun qarşısında dayandı və oradan 102 xidmətinə Fəxrinin onu vurması barədə məlumat verdi. Fəxri ilə söhbət etmək üçün geri qayıtdı, Qəbələ şəhər, İcra Hakimiyyətinin binasının qarşısında Fəxri ilə oğlu Pərvazı gördü, avtomobili saxlayaraq yerə düşməmiş Fəxrini çağırdı və gəl görək nə məsələdir dedi. Fəxri həmin zaman icra Hakimiyyəti tərəfdən piyada zolağı ilə ona tərəfə nalayiq ifadə işlədərək gəldi, buna görə avtomobili idarə edərək getdi və sonradan Qəbələ RPŞ-yə gəldi. Avtomobili Qəbələ RPŞ-nin binasının qapısından yuxarıda təxminən 200 metr məsafədə saxlamışdı. Avtomobili orada saxlamağında məqsəd Fəxrinin onun polis şöbəsində olmasını bilməməsi idi. Polis şöbəsində ərizə yazıb çıxdıqdan sonra avtomobilinin yanına getdi və bu zaman avtomobilin hər iki yan güzgülərinin sındırıldığını, ön kapot hissəsinin əzildiyini, cızıldığını, damının, hər iki yan və arxa tərəfinin cızıldığını aşkar etdi və bu barədə də polis şöbəsinə müraciət etdi. Ona avtomobilinin Fəxri tərəfindən zədələnməsi barədə ilk olaraq dostu X5 zəng edərək məlumat verdi. Mübahisə zamanı Fəxrini vurmayıb, həmin zaman onun yanında oğlu Pərvaz var idi, avtomobili nə Fəxrinin, nə də ki, onun oğlunun üzərinə idarə edib onları öldürməkiə hədələməyib. Avtomobili ilə Pərvazı vurmayıb, avtomobilinə təxminən 1500-2000 manat maddi ziyan dəymiş, Niva markalı avtomobilinin üzərində digər avtomobilinə məxsus ** XT *** dövlət nömrə nişanının olmasını bilməyib. Sonda isə Şəxs şikayətçi olduğunu və dəymiş zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə təqdim olunmuş 09 fevral 2022-ci il tarixli Ziyan aktı ilə müəyyən edilmişdir ki, zədə yetirilmiş “Lada 21214 Urban” markalı ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilin “sağ qabaq güzgüsünün kalpağ”ı 20 manat, tənəkəçi işi 300 manat, rəngsaz işi 1500 manat təşkil etmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı X4 tərəfindən tərtib edilmiş 28 mart 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, zərərçəkmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli zərərçəkmiş şəxin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 232 -1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 1820 manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar