Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-145/2021 02.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs1, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Qəbələ rayonu, Hacallı kəndində anadan olmuş, Qəbələ rayonu, Hacallı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdı: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-182/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 6310 (altı min üç yüz on) manat borc tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-450/2020 saylı xx.xx.2020ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 5300 ABŞ dolları və ya həmin dövrə kurs ilə 9010 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 Abducelil oğluna ödənilməlidir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-3106/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən cavabdeh Şəxs 1086 manat 16 qəpik abunə və xidmət haqqı və 20 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs4 MMC-nin hesabına ödənilməlidir. Qəbələ rayon Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs tərəfindən 4240 manat məbləğində borc tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. İcraata başlamaq haqqında qərarlar və bildirişlər borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarlarında göstərilən məbləği ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Halhazıradək borclu tərəfindən Qəbələ Rayon Məhkəməsinin 2(025)-3106/2017 saylı xx.xx.2017-ci il tarixli, (025)-450/2020 saylı xx.xx.2020-ci il tarixli 2(025)-182/2019 saylı xx.xx.2019-cu il tarixli və Qəbələ rayon Notariat Kontorunun xx.xx.2013-cü il tarixli icra sənədinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, icra vərəqələri üzrə borcu ödəməməsinin səbəbi maddi imkanın olduqca aşağı olmasıdır. Borcunu az-az ödəyə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərmişdir ki, Çinar qərəzli şəkildə borcu ödəməkdən yayınır. Dəfələrlə ondan borcu ödəməsini tələb etsə də yalnız 300 manat ödəniş etmişdir. qalan borcun ödənilməsini tələb edir. Sonda isə Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs maddi imkanı olduqca aşağıdır. Qeyd edilən icra sənədlərin icrasından heç vaxt qəsdən yayınmamışdır. Sonda isə məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən saat 17:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-145/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-145/2021
02.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver