Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-146/2024 13.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Həmzəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Vətəndaş Şəxs bir ədəd müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov silahını saxlamışdır. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə icraatına İTB-nin polis sahə nəfəri, polis baş serjantı Rəcəb Babaşov tərəfindən raport daxil olmuşdur. Həmin raporta əsasən polis baş serjantı Rəcəb Babaşov xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Həmzəli kəndində xidmətdə olarkən adı sonradan ona məlum olan X2 və Şəxs çiyinlərində tam hazır vəziyyətdə hər birində 01 (bir) ədəd olmaqla ov silahları gəzdirdikləri aşkar olunmuş və həmin silahların heç bir sənədinin olmaması məlum olmuşdur. Həmin raport əsasında tərəfindən araşdırılma aparılmış və Şəxs çiynində gəzdirdiyi 1 ədəd “BUM” markalı, 1959-cu il istehsalı olan qoşa lülə 16 kalibrli qundaq, lülə və bala qundaq nömrəsi 191761-59 olan ov silahının mərhum babasından yadigar qalması və heç bir sənədinin olmaması müəyyən olunmuşdur. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələblərini pozub və buna görə barəsində protokol tərtib olunmalıdır. Həmin qərara uyğun İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə uyğun protokol tərtib olunub aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, mərhum babasından ona bir ədəd mülki ov tüfəngi qalmışdır. xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində həmkəndlisi X3 ilə birlikdə Qəbələ rayon Həmzəlli kəndində yerləşən ona məxsus olan bağ sahəsindən quru ot gətirmək məqsədi ilə getmək istəyirmişlər. Həmin ərazi çox uzaq və dağa yaxın olduğu üçün vəhşi heyvanlardan qorunmaq məqsədi ilə mərhum babasından yadigar qalan 1 ədəd qoşa lülə sənədsiz ov silahını götürmüşdür. Həmin mülki ov silahı ilə bağlı müvafiq icra hakimiyyəti orqanından xüsusi icazəsi yoxdur. Həmin silahla bağlı heç bir rəsmi sənədi yoxdur. Mülki ov silahı babasından qaldığı üçün saxlamışdır. Silahı polis əməkdaşlarına təhvil vermişdir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 26 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd, “BUM” markalı qoşa lülə, 16 kalibirli, qundaq, bala qundaq və lülə nömrəsi 191761-59 olan mülki ov silahı və bir ədəd patron müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-146/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-146/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver