Məhkəmə qərarları › İş №3(025)-147/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-147/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-147/2024 29.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu, X2 X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti məhkəmə iclasında baxılmağa hazırlayarkən həmin şikayəti vermək üçün müddətin üzrlü səbəbdən ötürülmüş hesab edilməsinə dair vəsatətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayətlə məhkəməyə müraciət edib bu qərarın ləğv olunaraq iş üzrə icraata xitam verilməsini, habelə şikayət vermə müddətinin üzrlü səbəbdən ötürülmüş hesab edilməsini xahiş etmişdir. Həmin ərizədə göstərilmişdir ki, barəsində qəbul edilmis 04 dekabr 2023-cii il tarixli, MN seriyali, ******* nomrəli inzibati tanbeh verma haqqında qərardan şikayətlə 30 yanvar 2024-cü il tarixda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət iş materialları ilə birlikdə baxılmasi üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə gondərilmiş, 13 fevral 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Suraxam Rayon Məhkəməsinin 3(010)-790/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə onun Azərbaycan Respublikasi İXM-nin 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasma dair Azarbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 04 dekabr 2023-cü il tarixli, MN seriyali, ******* nömrəli inzibati tanbeh verma haqqında qarardan verdiyi şikayət geri qaytarılmişdır. Azərbaycan Respublikasi İnzibati Xstalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 1000,0 manat məbləğində cərimə olunmağı barədə məlumat şəxsi istifadəsində olan və asanpay odəniş sistemində qeydiyyatdan keçmiş 050 *** **** nomrəli mobil telefona 19 yanvar 2024-cii il tarixdə daxil olmuş SMS bildirş vasitəsi ilə məlumat tutmuşdur. Bu tarixə qədər barəsində hər hansı bir protokolun yazılmasi və bunların nəticəsi olaraq cərimə olunmağı barədə məlumatı olmamişdır. Qərarın surəti ona tsqdim edilməmişdir. Buna baxmayaraq 19 yanvar 2024-cü il tarixdə SMS bildiriş alındıqdan sonra 25 yanvar 2024-cü il tarixdə Baki şəhəri Binqədi rayon məhkəməsinə X3 Xidmətinin MN ******* nömrəli 04 dekabr 2013-cü il tarixli qərarından şikayət göndərilmişdir. Binəqədi rayon məhkəməsi isə ozunün 30 yanvar 2024-cii il tarixli qərardadi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cii il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti iş materialları ilə birlikdə baxılmasi üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Goründüyü kimi tərəfindən barəsində qəbul edilmiş qərar haqqında rəsmi məlumat alan kimi şikayət olunmuşdur. Bundan başqa, Azsrbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı təqdim edilməmişdir. Ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edirəm ki, ərizədə göstərilən hal X3 Xidmətinin sözügedən qərarından şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə əsas ola bilməz. Belə ki, şikayətçi X3 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan və onun nəticəsindən artıq xx.xx.2024-cü il tarixdə xəbərdar olmuş (bu barədə məlumatı özü ərizədə göstərmişdir), lakin bu qərardan məhkəməyə yalnız xx.xx.2024-cü il tarixdə şikayət verilmişdir. Şikayətçinin öz ərizəsində əvvəlcə səhvən qərardan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verməsi ilə bağlı isə qeyd olunmalıdır ki, bu hal özü də hazırkı şikayətin verilməsinə dair ötürülmüş müddətin bərpası üçün üzrlü hal hesab oluna bilməz. Belə ki, bu halda müddətin ötürülməsi şikayətçidən asılı olan səbəblərdən baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından X6 tərəfindən şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsi barədə verilmiş vəsatət rədd edilsin və şikayət geri qaytarılsın. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar