Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-150/2021 18.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Qəbələ rayonu, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10-9798 nömrəli mülki öv silahını özündə saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X3 göstərdi ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10- 9798 nömrəli mülki öv silahını özündə saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu Qəmərvan kəndində yerləşən bibisi oğlu Rəşadın icarə əsasında işlətdiyi kənd “Qəbələ” restoranına gəlmişdir. Həmin vaxtı özündə qardaşı X2 məxsus və onun adına olan bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10-9798 nömrəli mülki öv silahını aparmışdır. Həmin silah avtomobilin arxa oturacağında yığılı vəziyyətdə olmuşdur. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşıb söhbət edən zaman avtomobilin arxa oturacağında ov silahını görmüşlər. Polis əməkdaşları onlardan silahın sənədlərinin olub-olmamasını soruşmuşdur. O isə silahın sənədlərinin evdə olmasını bildirmişdir. Mülki ov tüfəngi qardaşının adınadır. Şəxs sonda bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxxx 2021ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə nəfəri polis baş serjantı tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış xx.xx.2021-ci il tarixli Raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə İTB-nin polis nəfəri polis baş serjantı X7 rayonu Qəmərvan kəndində xidmətdə olarkən axşam saat təxminən 20:00 radələrində Qəmərvan kəndində yerləşən “Kənd Qəbələ” restoranına getmişlər, həmin yerdə olan avtomobil diqqətlərini çəkdiyi üçün və sürücünün özünü şübhəli aparması şübhələrini artırmış, avtomobilini saxlamış və özlərini təqdim edərək həmin vaxtı avtomobilin arxa oturacağında 2 ədəd ov silahı diqqətlərini çəkmişdir. Silahın sahibləri kimi özlərini təqdim edən Qəbələ rayonu Tikanlı kənd sakini Şəxs və Qəbələ rayonu Mıxlıqovaq kənd sakini X4 daha ətraflı araşdırma aparılması üçün 17-1266 və 109798 nömrəli silahları ilə birlikdə Qəbələ RPŞ-nə gətirmişlər. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli “götürülmüş mülki ov tüfənglərinin şöbənin NH-nə təhvil verilmsəi barədə” aktdan görünür ki, Qəbələ rayonu Tikanlı kənd sakini Şəxs bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10-9798 nömrəli mülki öv silahı götürülərək Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsi tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş “Ov silahının saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə görə” L-43 №-li şəhadətnamənin surətindən görünür ki, bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10-9798 nömrəli mülki öv silahı X2 məxsusdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd 16 kalibirli, cüt lüləli, “Toz” markalı, 10-9798 nömrəli mülki öv silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-150/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-150/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver