Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-150/2022 09.06.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, şikayətçi X6 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 06 aprel 2022-ci il tarixdə X12 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin 10 mart 2022-ci il tarixli, MN №105204 nömrəli protokola əsasən MN №1064807 saylı X31 Haqqında çıxarılmış qərarın ləğv edilməsi və X30 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(025)-150\2022 saylı qərarı ilə X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin ******* nömrəli, 17 mart 2022-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmaması qərara alınmışdır. 06.05.2022-ci il tarixdə şikayətçi X12 apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(025)-150\2022 saylı qərarının ləğv olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 may 2022-ci il tarixli 3(107)-130/2022 saylı qərarı ilə X6 şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(025)- 150\2022 saylı qərarı ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, o, sahibkar X7 məxsus “Şahdağ” Yanacaq Doldurma məntəqəsində əmək müqaviləsi əsasında operator vəzifəsində işləyir. 10 mart 2022-ci il tarixində işdə olduğu zaman Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ona X30 protokol yazılmışdır. Belə ki, onun İşlədiyi “Şahdağ” Yanacaq Doldurma məntəqəsinə aid Avtomobil Yuma məntəqəsi mövcuddur. Avtomobil yuma məntəqəsi qardaşı olan sahibkar X10 tərəfindən icarəyə verilir. Bir neçə müddət idi ki, Avtomobil yuma məntəqəsində icarəçi yox idi. 09.03.2022-ci il tarixindən etibarən fiziki şəxs X29 tərəfindən icarəyə götürülmüşdür. Bir neçə gün ərzində X29 ilə icarə müqaviləsi və digər sənədləşmə işlərini aparmalı idilər. Sahil VÖEN açdırması üçün lazım olan prosedurlara artıq başlamışdı. 10.03.2022-ci il tarixində Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yanacaq doldurma Mətqəsinə gəlinərək Sahillə onun arasında əmək müqaviləsi olmadığı üçün onları polis şöbəsinə aparmışdılar. O, dəfələrlə deməyimə baxmayaraq ki, yanacaq doldurma məntəqəsinin və avtomobil yuma məntəqəsinin sahibi o, yox qardaşı X8r. O, əmək müqaviləsinə əsasən orada işləyir. Polis əməkdaşları dediklərini nəzərə almamışdır və ona müvafiq inzibati Xətanı törətməyinə dair protokol tərtib edilmişdir. O, protokolla razılaşmadığını bildirdikdə ona polis tərəfindən deyildi ki, heç bir cərimə yoxdur. O, orta təhsillidir, anlamadan protokolu imzalamışdır. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən X30 protokol tərtib edilərkən bir sıra qanunvericilik halları pozulmuşdur. Belə ki, yuxanda da qeyd etdiyi kimi polis onu şahdağ yanacaq doldurma məntəqəsinin sahibi kimi qeyd etmişdir. Halbuki, o, 17.12.2021-ci il tarixindən etibarən əmək müqaviləsi əsasında həmin yanacaq dolduıma məntəqəsində operator işləyir. Buna dair müvafiq əmək müqaviləsi Elektron arayışda mövcuddur. Bundan əlavə protokolda qeyd edilən ona məxsus VÖEN-in 4 il qabaq fəaliyyətini dayandırmışdır. Protokol tərtib edilərkən açıq aşkar baş vermiş inzibati xətanın mənə aidiyyatnın olmadığı ortada olmasına baxmayaraq polis tərəfindən nəzərə alınmamış və protokol tərtib edilmişdir. Tərtib edilmiş protokoldan 10 gün ərzində şikayət etmək hüququnu nəzərdə tutan 10 gün müddət gözlənilməmiş, bayramla əlaqədər qeyri iş günləri nəzərə alınmadan 10 mart 2022-ci il tarixli, MN №105204 nömrəli protokola əsasən MN №1064807 saylı X31 Haqqında Qərar çxarılmış və ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 4000 azn (dörd min manat) cərimə cəzası verilmişdir. Yuxanda göstərdiyi pozuntulardan əlavə olaraq cərimə məbləği düzgün tətbiq edilməmişdir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayətçi X12 şikayətə uyğun izahat verərək şikayətin təmin edilməsi, onun barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin 17 mart 2022-ci il tarixli, MN №1064807 saylı X31 Haqqında çıxarılmış qərarın ləğv edilməsi və X30 iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, X27 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə 01 mart 2022-ci il tarixdə **********9 saylı qeydiyyatla Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş məktuba və məktuba əlavə edilmiş sənədlərə əsasən X12 tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu avtomobil yuma məntəqəsinə işçilərin əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi və həmin işdə inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sahibkar X12 15 yaşına çatmayan X14 avtoyuma məntəqəsinə işə cəlb etmiş, həmçinin avtoyuma məntəqəsinə işə cəlb edilmiş X29 ilə əmək müqaviləsi bağlamamışdır. Bununla da, X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində 10.03.2022-ci il tarixli, ******* nömrəli X30 protokol tərtib olunmuşdur. X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X5 Balakişi Xaləddin oğlu barəsində tərtib edilmiş X30 protokola baxaraq, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Eyni zamanda Qəbələ rayon Polis şöbəsində olan dvd diskə baxış keçiriləndə də X6 azyaşlı uşağı işə cəlb etdiyi müəyyən olunmuşdur. X22 Qəbələ rayon Polis şöbəsində bir birinə ziddiyətli ifadələr vermişdir. Belə ki, ifadəsində gah sözügedən obyektin ona məxsus olmadığını bildirmiş, gah da X29 ilə icarə müqaviləsi bağlayacağını bildirmişdir. Bütün bunlar onu göstərir ki, X12 məsuliyyətdən qaçmaq üçün belə ifadələr vermişdir. Qeyd edilən qərar qanuna uyğun qəbul edildiyindən ləğv edilməsi barədə şikayət əsassızdır. Ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X10 izahatında bildirdi ki, Qəbələ şəhər, Elçin Kərimov küçəsində yerləşən “Şahdağ” Yanacaq Doldurma məntəqəsi və onun daxilində olan avtomobilyuma məntəqəsi ona məxsusdur. Vergi ödəyicisi olaraq dövlət qeydiyyatından keçmişdir. Qardaşı Balakişi Salahlını o həmin mənətəqədə operator olaraq işə götürmüşdür. Qardaşına işçilərin işə götürülməsi ilə bağlı hər hansı səlahiyyət verməmişdir. Həmçinin 05.02.2022-ci il tarixdən X19 işə o, götürmüşdür. X29 gündəlik qazancının müəyyən faizini ona verir. Məhkəmə iclasında şahid X29 izahatında bildirdi ki, 05.02.2022-ci il tarixdən Qəbələ şəhər, Elçin Kərimov küçəsində avtomobilyuma məntəqəsində avtoyuyucu işləyir. 05.02.2022-ci il tarixdən X10 onu işə götürmüşdür. Gündəlik qazancının müəyyən faizini Salahlı Xeyrəddinə verirdi. X28 isə həmin məntəqəyə bəzi vaxtlarda gəlirdi və bir sıra işlərə köməklik edirdi. Balakişinin avtoyumaya heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi X9 iştirakı ilə dindirilən şahid X26 izahatında bildirdi ki, o, Qəbələ şəhər, Elçin Kərimov küçəsində avtomobilyuma məntəqəsində heç vaxt işləməyib. Həmin məntəqə evlərinə yaxın ərazidə yerləşir və bekarçılıqdan aradabir vaxtını keçirtmək üçün ora gedir. Gedəndə orada işləyənlərə xırda işlərdə köməklik edir, təkər qaraldır. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları tərəfindən X6 barəsində tərtib olunmuş 10.03.2022-ci il tarixli, ******* nömrəli X30 protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuş ki, sahibkar X12 tərəfindən 15 yaşına çatmayan X26 avtoyuma məntəqəsinə işə cəlb edilmişdir. Həmçinin avtoyuma məntəqəsinə işə cəlb edilmiş X29 ilə əmək müqaviləsi bağlanılmamışdır. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 192.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin X31 haqqında ******* nömrəli, 17 mart 2022ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X4 barəsində tərtib edilmiş 10.03.2022-ci il tarixli, ******* nömrəli X30 protokola baxaraq, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X27 Xidmətinin Şəki Regional Ərazi Şöbəsinə 01 mart 2022-ci il tarixdə **********9 saylı qeydiyyatla Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş məktuba və məktuba əlavə edilmiş sənədlərə əsasən X12 tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu avtomobil yuma məntəqəsinə işçilərin əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyi və həmin işdə inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. X27 Xidmətində araşdırma aparılmış və X1 kimi 15 yaşına çatmayan X14 avtoyuma məntəqəsinə işə cəlb etdiyi, həmçinin avtoyuma məntəqəsinə işə cəlb edilmiş X29 ilə əmək müqaviləsi bağlanılmadığı müəyyən olunmuşdur. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin əmək müfəttişi Nümayəndə tərəfindən X12 barəsində 10.03.2022-ci il tarixli, ******* nömrəli X30 protokol tərtib olunmuş, protokola baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsini qərara almışdır. Lakin, X6 özünün də 17 dekabr 2021-ci il tarixli əmək müqaviləsi əsasında işlədiyini nəzərə almadan və X6 digər şəxslərlə əmək müqaviləsi bağlayaraq işə götürmə səlahiyyətinin olubolmamasını, sonuncunun sözügedən yanacaq doldurma məntəqəsinə, eləcədə ona aid olan avtoyuma məntəqəsinə faktiki yiyəlik və sahibliyin həyata keçirməsini araşdırmadan protokol tərtib edilmişdir. Belə ki, sözügedən yanacaq doldurma məntəqəsinin və avtomobil yuma məntəqəsinin sahibi Salahlı Balakişi deyil, onun qardaşı X8r və Xaləddin Salahlının adından Salahlı Balakişinin öz manfeyinə və ya qardaşı Xaləddinin mənafeyinə uyğun işlərin, hərəkətlərin edilməsi barədə X11 tərəfindən Balakişi Slahlıya hər hansı bir şifahi və ya yazılı tapşırığın verildiyi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, X6 inzibati xəta törədilməsinə aidiyyəti olub-olmadığını müəyyən etmədən, B.X.Salahlı barəsində formal olaraq X30 protokol tərtib edilmiş, sonda isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində X30 iş üzrə icraat aparılan şəxsin X30 iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, X30 iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən X30 işə barəsində X30 iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və inzibati xətanın törədilməsini tam müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs X30 iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.3-ci maddəsinə əsasən X30 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X30 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X30 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, X6 barəsində başlanılmış X30 iş üzrə onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırılmadan, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X13 X31 haqqında 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış X30 iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X27 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən X13 X31 haqqında 17 mart 2022-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış X30 iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-150/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-150/2022
09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver