Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-150/2024 18.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Vətəndaş Şəxs bir ədəd müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov silahını saxlamışdır. Şəxs həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Nic qəsəbə sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan yivsiz lüləli ov silahının olması barədə məlumat daxil olmuşdur. Məlumat əsasında Şəxs tərəfindən polis sahə məntəqəsinə dəvət edib onunla profilaktik söhbətlər aparılmışdır. Yaşadığı evdə heç bir sənədi olmadan 1 ədəd, 16 kalibrli, BUM markalı, 1956-cı il istehsalı, qoşa lülə, lülə və qundaq nömrəsi NK 109335, bala qundaq nömrəsi 146480-59 olan yivsiz lüləli ov silahını saxladığını etiraf etmişdir. Tərəfindən həmin silah götürülərək Qəbələ RPŞ-nin NH-nə təhvil verilmişdir. Daha sonra İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə uyğun protokol tərtib olunub aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Qəbələ rayonu Nic qəsəbəsində yaşayır. Mərhum babası Mais Laçariyə məxsus müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd 16 kalibrli Bum markalı 1956-cı il istehsalı lülə və qundaq nömrəsi NK 109335 bala qundaq nömrəsi 146482-59 olan yivsiz lüləli ov silahı yadigar qalıb. Həmin silahdan istifadə etmədiyindən yararsız vəziyyətdə olduğundan və babadan yadigar qaldığından həmin silahı yaşadığı ünvanda saxlamışdır. Silahı polis əməkdaşlarına təhvil vermişdir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 tərəfindən tərtib edilmiş 01 mart 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş ov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd, 16 kalibrli, BUM markalı, 1956-cı il istehsalı, qoşa lülə, lülə və qundaq nömrəsi NK 109335, bala qundaq nömrəsi 146480-59 olan mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-150/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-150/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver