Məhkəmə qərarları › İş №3(025)-153/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-153/2022

26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-153/2022 26.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 fevral 2022-ci il tarixdə saat 08:41 radələrində Qəbələ şəhəri 28 May küçəsi ərazisində yerləşən Şahdağ yanacaqdoldurma məntəqəsinin qarşısında Qəbələ raon Həmzəlli kəndi istiqamətində hərəkətdə olarkən işıqforun yaşıl işığı qarşısında əks istiqamətli hərəkət zolağına çıxmış və Qəbələ şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı VAZ 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti, həmin avtomobilin ön oturacağında sərnişin qismində əyləşən X2 isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Həmçinin arxa oturacqda əyləşən X4 isə sağlmalığa zərər vurmayan bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı İlkin Göyçəlinin 19 mart 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis serjantı X6 tərəfindən 04 aprel 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis serjantı X6 izahatında bildirmişdir ki, Şəxs 21 fevral 2022-ci il tarixdə saat 08:41 radələrində Qəbələ şəhəri 28 May küçəsi ərazisində yerləşən Şahdağ yanacaqdoldurma məntəqəsinin qarşısında Qəbələ raon Həmzəlli kəndi istiqamətində hərəkətdə olarkən işıqforun yaşıl işığı qarşısında əks istiqamətli hərəkət zolağına çıxmış və Qəbələ şəhəri istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı VAZ 21074 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığa zərər vurmayan bədən xəsarəti, həmin avtomobilin ön otiracağında sərnişin qismində əyləşən X2 isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Həmçinin arxa oturacqda əyləşən X4 isə sağlmalığa zərər vurmayan bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, Qəbələ rayon Vəndam qəsəbəsində qeydiyyatdadır və orada yaşayır, 21.02.2022-ci il tarixdə saat təxminən 08:41 radələrində X5 məxsus Opel Astra minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ şəhərinin mərkəzindən üzü Qəbələ rayon ASAN xidmət mərkəzinə tərəf hərəkətdə idi. Şahdağ yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən sveteforunun qırmızı işığı yandığı üçün avtomobili sveteforda saxladı. Lakin artıq yaşıl işıq yandığı üçün hərəkətini davam etdirərək saatda təxminən 10-15 km sürətlə sola, yəni ASAN xidmət mərkəzinə tərəf hərəkətini davam etdirdi. Bum qəsəbəsindən üzü Qəbələ şəhərininin mərkəzinə tərəf gələn avtomobillərin gəlib-gəlmədiyinə fikir verməmiş, yəni avtomobilin gəlib-gəlmədiyinə baxmamışdır. Bu zaman isə yol ayrıcının orta hissəsində Qəbələ rayon Həmzəlli kəndindən üzü Qəbələ şəhərinə tərəf gələn VAZ21074 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə avtomobilinin ön hissəsi toqquşmuş, toqquşmanın təsirindən VAZ21074 minik markalı avtomobil yolun hərəkət hissəsinin ortasında dayanmışdır. Eyni zamanda avtomobili də ön hissəsi VAZ21074 minik markalı avtomobilin qabaq sol hissəsinə birləşik vəziyyətdə dayanmışdır. Hadisə baş verən zaman avtomobilində ondan başqa heç kim olmamışdır. Hadisə zamanı sərxoş olmamış, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün heç bir hərəkət edə bilməmişdir. Avtomobili AB N:729513 nömrəli, B kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. Hadisə zamanı avtomobilinin ön hissəsi, eləcə də avtomobilin ehtiyat hissələri yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Qəbələ rayon Həmzəlli kəndində qeydiyyatdadır və orada yaşayır, 21.02.2022-ci il tarixdə saat təxminən 08:41 radələrində X3 məxsus VAZ21074 minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qəbələ rayon Həmzəlli kəndindən Qəbələ şəhərinin mərkəzi istiqamətində saatda təxminən 30-40 km sürətlə hərəkətdə olan zaman Qəbələ rayon ərazisində yerləşən Şahdağ yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən işıqfora çatan zaman işıqforun yaşıl rəngli siqnalı yandığı üçün hərəkətini dayandıramadan davam etdirmiş, elə bu zaman qarşıdan sola tərəf, yəni ASAN xidmət mərkəzinə tərəf dönmək istəyən, Opel Astra minik markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşmanın təsirindən avtomobili yolun hərəkət hissəsinin ortasında dayanmışdır. Eyni zamanda Opel Astra minik markalı avtomobil də ön hissəsi onun avtomobilinin qabaq sol hissəsinə birləşik vəziyyətdə dayanmışdır. Hadisə baş verən zaman avtomobilində ondan başqa anası X2, qonşuları Nərmin adlı şəxs, Sürəya Cabbarova və Yeganə adlı şəxslər olmuşdur. Hadisə zamanı özü baş nahiyyəsindən, anası Məlahət də baş nahiyyəsindən xəsarət almış, qonşusu Nərmin isə sadəcə qorxmuşdur. Digər iki nəfərdə heç bir xəsarət yoxdur. Hadisə zamanı sərxoş olmamış, hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün sadəcə rolu sağa döndərib. Avtomobili etibarnamə ilə idarə etsə də, sürücülük vəsiqəsi yoxdur. Hadisə zamanı avtomobilinin ön sol hissəsi, eləcə də avtomobilin ehtiyat hissələri yararsız vəziyyətə düşmüşdür. Həmçinin Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Şəxs ilə hal-hazırda barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin YPXİ-nin polis serjantı X6 tərəfindən tərtib edilən 04 aprel 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar