Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-153/2025 02.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Qəbələ RPŞ DYPB YPX inspektoru polis baş serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayan Şəxs barəsində AR İXM-nin 327.1 və 332.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol (İXP 7008121; AR İXM-nin 327.1 və 332.4-cü maddələrlə) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində «Vaz 21074 minik» markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşını idarə etmək hüququ olmadan idarə edərək Qəbələ şəhəri, E.Kərimov küçəsi ilə hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Vaz 21154” markalı **-SM-*** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Aydınqışlaq kəndində yaşayır və heç yerdə işləmir. xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində özünə məxsus olan «Vaz 21074 minik» markalı **-CA-*** dövlət nömrə nişanlı avtomaşını idarə etmək hüququ olmadan idarə edərək Qəbələ şəhəri, E.Kərimov küçəsi ilə hərəkətdə olarkən diqqəti ani olaraq yayınmış və həmin vaxt eyni istiqamətdə hərəkətdə olan “Vaz 21154” markalı **-SM-*** dövlət nömrə nişanlı avtomobillə arxa tərəfdən toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. “Vaz 21154 minik” markalı **-SM-*** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində dəymiş zərəri ödəmiş və X6 ilə barışmışdır. Zərərçəkiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 10:00 radələrində özünə məxsus olan “Vaz 21154” markalı **-SM-*** dövlət nömrə nişanlı avtomaşını idarə edərək Qəbələ şəhəri, E.Kərimov küçəsi ilə hərəkətdə olarkən həmin vaxt arxadan eyni istiqamətdə hərəkətdə olan «Vaz 21074 minik» markalı **-CA-*** dövlət nömrə nişanlı avtomobillə qabaq tərəfdən toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi nəticəsində dəymiş zərər Şəxs tərəfindən ödənilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddələrlə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2014cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması və hərəkətlərinə görə səmimi peşmançılıq çəkməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xəta nəticəsində vurulmuş zərərin əvəzini könüllü surətdə ödəyərək zərərçəkmiş şəxslə barışması və himayəsində üç nəfər azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən hallardılr. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, əmlak vəziyyəti nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 aprel 2025-ci il tarixdən, saat 12:40-dan hesablansın. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-153/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-153/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver