Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-154/2022 12.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon prokurorunun köməkçisi Nümayəndə, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılan şəxs Şəxs iştirakları ilə 1977-ci il yanvarın 12-də Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon Prokurorluğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ rayon Prokurorluğundan daxil olmuş materialda göstərilir ki, X4 müraciətinə dair toplanmış 10c-22 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs qulluq mövqeyindən sui-istifadə etməklə xırda talama əməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi il müəyyən edilmiş inzibati xətanı törətdiyindən məhkəmə məsuliyyətinə verilməsi qərara alınmışdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında Qəbələ rayon prokurorunun köməkçisi Nümayəndə göstərdi ki, X4 müraciətinə dair toplanmış 10c-22 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs qulluq mövqeyindən sui-istifadə etməklə xırda talama əməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi il müəyyən edilmiş inzibati xətanı törətdiyindən məhkəmə məsuliyyətinə verilməsi qərara alınmışdır. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Bununla da 11 aprel 2022-ci il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, o, 07.04.2021-ci il tarixdən 07.12.2021-ci il tarixə kimi Şimal Qərb RETSİ-də aparıcı mühəndis vəzifəsində işləmişdir. Həmin vəzifədə işləyərkən onun vəzifəsi itirilmiş enerjinin bərpa edilməsi və buna nəzarətdən ibarət olmuşdur. 07.12.2021-ci il tarixdən "xxxx" ASC satışa nəzarət idarəsinin aparıcı mühəndisi vəzifəsində işləmiş, hal-hazırda işsizdir. Bu vəzifə onların bütün regionda elektrik enerjisinə nəzarət etməkdən ibarətdir. Qəbələ rayon elektrik idarəsində işləyən elektrik mantyoru X9 rayonunda işlədiyi vaxtdan tanımışdır. Təxminən 04-05 dekabr 2021-ci il tarixə Aqil ona zəng edərək, onun Gülbəniz adlı bibisi qızının evinin elektrik sayğacına görə cərimə olunduğunu deyərək ona köməklik göstərməsini xahiş etmiş, oda bildirmiş ki, çalışıb köməklik göstərər. Aqilə demiş ki, həmin şəxsdən 200 manat alıb gətirər, həmin şəxsin adından ödəniş edərək onun borcundan sildirər. Həmin gün Aqil cəmi 150 manat pulu gətirib ona vermişdir. O da köməklik edəcəyini bildirmişdir. Ona köməklik etmək istəsə də, bunu edə bilməmiş, çünki rəsmiləşdirilmişdir, protokol yazılmışdır, həmçinin işini dəyişdiyindən ona köməklik edə bilməmişdir. Bundan sonra Aqil dəfələrlə ona zəng etsə də, onun pulu olmadığından və başqa rayonlarda olduğundan Qəbələyə gəlib onun pulunu qaytara bilməmişdir. Aqildən pul almağını etiraf edir, məqsədi Aqilin bir iş yoldaşı kimi, onun qohumunun cəriməsini sildirmək, həmçinin bir qədər pul əldə etmək olmuşdur. Düşünürmüş ki, qanuni əsaslarla həmin cəriməni azalda və yaxud silə bilər, ancaq bunu edə bilməmişdir. Törətdiyi əməldən çox peşimandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin də ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında X1 bildirdi ki, təxminən 2021-ci ilin ortalarında onun yaşadığı evin elektrik naqillərinin yararsız vəziyyətdə olduğundan kəndlərində elektrik işçisi kimi tanıdığı Böyük Əmili kəndindən olan Elsəvər adlı şəxsə müraciət edərək ondan xahiş etmiş ki, onun evinin naqillərini dəyişsin. Həmin vaxtı Elsəvər bir nəfər adını bilmədiyi elektrik işçisi ilə onun həyətinə gəlmişdir. Həyətində olan dirəkdən evə gələn elektrik naqillərini dəyişmiş, buna görə həmin vaxtı ona 25 manat pul vermişdir. Bu məsələ ilə o, həmin vaxtı elektrik idarəsinə müraciət etməməsinin səbəbi, Elsəvər həmin idarənin işçisi olduğundan özü bu işi görə biləcəyini deməsinə görə işıq idarəsinə müraciət etməmişdir. Bundan sonra Elsəvər hər ay qapıya gəlib bildirişi ona vermiş, bəzi hallarda o özü, bəzi hallarda isə Elsəvərə pul verib xahiş edirmiş ki, pulu ödəsin. O da pulu ödəyib qəbzi gətirib ona verirmiş. 27.12.2021-ci il tarixdə iki nəfər tanımadığı elektrik işçiləri onun qapısına gəlib elektrik dirəyinə baxış keçirib onun şəklini çəkmişlər və ona bildirmişlər ki, burada qanunsuz qoşulma vardır və bu barədə protokol yazıb getmişlər. Bundan sonra o, Elsəvərə dəfələrlə zəng etsə də, hər dəfə bir bəhanə edərək bundan yayınmışdır. O, məcbur olub işıq idarəsində işləyən dayısı oğlu Aqilə zəng edib bu barədə ona demiş, Aqil də ona bildirmiş ki, cəriməni kimin yazdığını bilmir, lakin bir nəfərdən xahiş edəcək və ona 200 manat pul vermək lazımdır. O da Aqilə 150 manat pul vermiş ki, aparıb həmin adama versin ki, ona cərimə yazmasın, lakin sonradan heç bir məlumatı olmamışdır. 07.01.2022-ci il tarixdə işıq idarəsinin Elnur adlı əməkdaşı onların həyətə gələrək bildirmiş ki, ona 971 manat cərimə yazılıb və pulu ödənilməsə onu məhkəməyə verəcəklər. Sonra o, Aqilə zəng edib bu barədə demiş, Aqil də ona demiş ki, həmin cərimə silinəcəkdir, lakin cəriməni silən olmamışdır. Sonra məcbur olub bu barədə şikayət etmişdir. Onun evinin işıq xəttinin sayğacdan kənar çəkilməsi ilə əlaqədar onun məlumatı olmamışdır. Lakin o, həmin xəttin Elsəvər tərəfindən çəkilişi zamanı ona bildirmişdim ki, evinin sayğacı çox pul yazır. Lakin sayğacdan kənar xəttin qoşulması barədə məlumatı olmamışdır. Ona dəymiş ziyan ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, 01.09.2020-ci il tarixdən hal-hazıra kimi Şimal-Qərb RETŞİ-nin hava və kabel xidmətinin elektrik quraşdıcısı vəzifəsində işləyir. O, 2019-cu ilin dekabr ayında güclü külək nəticəsində Soltannuxa kəndində çox sayda yaşayış evlərinə gedən elektrik xətlərində aşılma və qırıqlar əmələ gəlmişdir. O vaxt o, nəzarətçi mühəndis vəzifəsində işləyir və yaranmış qəzalarla əlaqədar həyətlərə daxil olurmuş və təmir aparırmışlar. Həmin vaxtı onlar Soltannuxa kəndində Zərərçəkmiş şəxs həyətində yaranmış qəzalı vəziyyəti ona demiş, o da xahiş etmiş ki, onun xəttini düzəltsinlər. Ona həyət daxili kabel almasını bildirmiş və sonra düzəldəcəyini demişdir. Gülbəniz kabel alıb ona verdikdən sonra onun həyətindən keçən elektrik dirəyini və yararsız hala düşən xətti bərpa etmiş, lakin həmin şəxsdən heç bir məbləğdə pul almamışdır. Həmin Gülbəniz adlı qadın yalnız 25 manat dəyərində kabel alıb ona vermişdir. Heç vaxt ondan pul almamış və onun evinə sayğacdan kənar xətt qoşmamış və belə hal müşahidə etməmişdir. Yalnız bir dəfə pul yığımı ilə əlaqədar ödəmə etməsi üçün Gülbənizə müraciət etmişdir. O da 25 manat pul verərək özü gedə bilmədiyindən pulu köçürtməyini ondan xahiş etmişdir. O da yalnız bir dəfə onda onun pulunu köçürüb, qəbzi gətirib Gülbənizə vermişdir. Sonradan ona məlum olmuş ki, 27.12.2021-ci il tarixdə iki nəfər elektrik işçiləri onun qapısına gedib elektrik dirəyinə baxış keçirib onun şəklini çəkmişlər və Gülbənizə bildirmişlər ki, onun sayğacına qanunsuz qoşulma vardır. Gülbəniz bu barədə ona demiş, ona bildirmiş ki, onun üçün sayğacdan kənar xətdə qoşmamışdır. Sonradan ona məlum olmuşdur ki, Gülbəniz işıq idarəsində işləyən dayısı oğlu Aqilə zəng edib ona cərimə yazıldığını bildirmişdir. O da bir nəfərdən xahiş edəcək və ona 150 manat cərimənin silinməsinə vermişdir. Onun bildiyinə görə Gülbənizə 971 manat cərimə yazıblar. Gülbənizdən heç bir pul almamış və sayğacdan kənar xətt çəkməmişdir. Əgər belə bir hal olsaydı, bu müddət ətzində elektrik nəzarətçiləri bunu görərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, 01.09.2009cu il tarixdən hal-hazıra kimi Şimal Qərb RETŞİ-də paylayıcı elektrik mantyoru vəzifəsində işləyir. Kəndlərində yaşayan Zərərçəkmiş şəxs tanıyır. Belə ki, Gülbəniz onun bibisi qızıdır. Onunla münasibəti normaldır. 2019-cü ilin dekabr ayının əvvəllərində Soltannuxa kəndində yaşayan bibisi qızı ona zəng edərək bildirmiş ki, iki nəfər elektrik işçiləri onun həyətinə gələrək elektrik sayğacına baxış keçirərkən onun evinə gedən xəttin sayğacdan kənar quraşdırılmasını aşkar etmişlər və bu barədə çəkiliş aparıb protokol tərtib etmişlər. O, həmin işçilərin adlarını Gülbənizdən soruşduqda həmin şəxslərin adlarını bilmədiyini və onların artıq həyətdən çıxıb getdiklərini bildirmişdir. Gülbəniz ondan köməklik istəmiş, o da həmin vaxtı Qəbələ regional idarənin audit nəzarət idarəsində nəzarətçi işləyən tanıdığı Şəxs adlı şəxsə zəng edərək, bu barədə ona demişdir. Gülbənizin bibisi qızı olduğunu deyərək ona köməklik göstərməsini xahiş etmişdir. Vüqar da ona bildirmiş ki, həmin şəxsdən 200 manat gətirsə, həmin şəxsin adından ödəniş edəcək, onun borcunu sildirəcək. Bibisi qızı Gülbənizə bu barədə bildirdikdə onun cəmi 150 manat pul verə biləcəyini demiş, o da bu barədə Vüqara demişdir. Vüqar da 150 manat gətirməyini, köməklik edəcəyini bildirmişdir. Dəqiq tarixi yadında olmayan tarixdə, yəni dekabr ayının əvvəllərində Gülbənizin sayğacına baxış keçirilib ona protokol yazıldığı günü Vüqarla Soltannuxa kəndinin mərkəzində görüşmüş və Gülbənizdən götürdüyü pulu, 150 manat pulu Vüqara həmin idarənin işçisi Xəyalın yanında vermişdir. Vüqar isə pulu ödəyib cəriməni sildirəcəyini bildirmişdir. Pulu verərkən yanlarında başqa şəxs olmamışdır. Bundan bir ay sonra Gülbəniz ona zəng edərək, bildirmiş ki, ona 787 manat cərimə gəlib və heç bir cəriməsi silinməyib. Bu barədə Vüqara zəng edib demişdir. O da təkrar ona bildirmiş ki, narahat olmasın, siləcəkdir. Ona sistemə oturulan cəriməni necə silə biləcəyini soruşduqda Vüqar arxayın ol, həll edəcəm demişdir. Bundan sonra dəfələrlə Vüqara zəng etsə də, o onun zənglərinə cavab verməmişdir. Lakin sonradan mesaj yazıb pulu qaytaracağını bildirmişdir. O, Vüqarın audit idarəsinin işçisi olduğunu bildiyindən onun qanuni əsaslarla həmin cəriməni azalda biləcəyini və həmin pulu ödəniş edəcəyi halda cərimə silinəcəyinə onu inandırdığından Gülbənizdən pulu alıb ona vermişdir. Lakin Vüqar onu aldadaraq pulu mənimsəmişdir. Onun bu məsələdə heç bir marağı olmayıb, məqsədi qanuni yolla bibisi qızının cəriməsinin silinməsində ona köməklik göstərilməsindən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, 06.12.2021-ci il tarixdə idarənin mühəndisi Kazımov Seymurla birlikdə Soltannuxa kəndində sayğaclara baxışlar keçirərkən həmin kənd sakini Gülbəniz Ağayevanın həyətində evin divarına aşağı hissəsində quraşdırılan sayğaca daxil olan elektrik xəttində evin yuxarı hissəsində, yəni sayğaca qədər olan hissədə müdaxilə olunması tərəflərindən aşkar olunmuş, həmin müdaxilə ilə bağlı ev sahibin iştirakı ilə çəkiliş aparılmış və bu barədə protokol tərtib olunmuşdur. Lakin ev sahibi Zərərçəkmiş şəxs həmin protokola imza etməkdən imtina etmişdir. Tərəflərindən aşkar edilmiş qanunsuz qoşulma ilə əlaqədar idarə rəhbərliyinə məlumat verilmiş və rəhbərlik tərəfindən elektrik şəbəkəsinə məlumat verilməklə qanunsuz qoşulmanın aradan qaldırılması və abonentin cəriməsi hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 14 fevral 2022-ci il tarixli qərarın surətindən görünür ki, X4 müraciətinə dair toplanmış 10c-22 saylı materialda cinayət hadisəsi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs qulluq mövqeyindən sui-istifadə etməklə xırda talama əməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi il müəyyən edilmiş inzibati xətanı törətdiyindən məhkəmə məsuliyyətinə verilməsi qərara alınmışdır. X1 məhkəməyə ərizə verərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs qulluq mövqeyindən sui-istifadə edərək özgəsinin əmlakını talayaraq Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən,xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 53.0 və 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, inzibati xəta törətmiş Şəxs vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci və 53.0.10-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-154/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-154/2022
12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver