Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-154/2025 02.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X7 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1984-cü ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, Heydər Əliyev prospekti ev 10-da qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748968) tərtib olunmuşdur ki, o, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 yanvar 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ayda 240 (iki yüz qırx) manat aliment ödəməsi barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)- 282/2020 saylı və hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəməsi barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)- 1955/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 5190 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar Zərərçəkmiş şəxs xeyrinə hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəməsi barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1955/2023 saylı icra sənədi və hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment ödəməsi barədə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1955/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, həmin icra sənədi üzrə maddi imkanına uyğun olaraq natamam ödənişlər etdiyi üçün aliment borcu yaranmışdır. Hazırda iş yerində yıxılıb xəsarət aldığına görə əmək haqqı almır və bu səbəbdən alimenti ödəyə bilmir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)-282/2020 saylı icra vərəqəsinə əsasən 09 yanvar 2020-ci il tarixdən başlayaraq cavabdeh Şəxs, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 (bir yüz iyirmi) manat iki uşaq üçün 240 (iki yüz qırx) manat aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-282/2020 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 277877/2021-11-9-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(045)-282/2020 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1955/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi gündən, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilmiş, 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(045)-1955/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e321450/2023-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(045)-1955/2023 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3/13-89/2-21598 nömrəli məlumata əsasən xx.xx.1984-cü il təvəllüdlü Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 590947 nömrəli axtarış işi açılmışdır. İşdə olan Qəbələ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(025)-58/2024-cü il tarixli qərardadına əsasən borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, e321450/2023- 11-5-006 nömrəli məlumata əsasən Goranboy rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)- 1955/2023 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs 5190 manat aliment borcu var. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-154/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-154/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver