Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-155/2021 12.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev Elman Bəhruz oğlu Azərbaycan Respublikası FHN X5 Xidməti Şimal-Qərb regional X5 İdarəsi tərəfindən Qəbələ rayon Nic qəsəbə X3 Sisteminin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası FHN X5 Xidməti Şimal-Qərb regional X5 İdarəsi tərəfindən Qəbələ rayon Nic qəsəbə X3 Sisteminin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qeyd edilən materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsinin adında və mətnində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Fərmanın 4.1-1-ci bəndinə əsasən həmin Məcəllənin 548.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” dedikdə, Azərbaycan Respublikasının Maliyyə X2 nəzərdə tutulur. Qeyd olunan Fərmanın 4.43-cü bəndinə əsasən həmin Məcəllənin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə X2 baxır. Göründüyü kimi, əməlin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. Yəni əməl müvafiq icra hakimiyyəti orqanının “Azərbaycan Respublikasının Prezidenti” yaratdığı quruma “Azərbaycan Respublikasının Maliyyə X2”-na qarşı törədilmiş olsun. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində göstərilən tələblər olsa da belə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və baxılması Azərbaycan Respublikasının Maliyyə X1 səlahiyyətlərinə aiddir. Lakin, buna baxmayaraq, Azərbaycan Respublikası FHN X5 Xidməti Şimal-Qərb regional X5 İdarəsi Qəbələ rayon Nic qəsəbə X3 Sisteminin rəhbəri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmiş, xx xxxx 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Azərbaycan Respublikası FHN X5 xidməti Şimal-Qərb regional X5 İdarəsi tərəfindən Qəbələ rayon Nic qəsəbə X4 Sisteminin rəhbəri Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əməl olunmasına cəlb edilsin. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-155/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-155/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver