Məhkəmə qərarları › İş №3(025)-155/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-155/2022

11.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-155/2022 11.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1971-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 11.04.2022-ci il tarixdə Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-98/15 nömrəli, 15 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X4 və Şəxs 8839 (səkkiz min səkkiz yüz otuz doqquz) manat borc məbləği tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun bu günkü tarixə 2(025)-98/15 nömrəli icra vərəqəsinə əsasən 8839 manat borcu vardır. Şəxs 2500 manat məbləğində ödəniş edə biləcəyini qeyd etsədə, iş üzrə tələbkar həmin məbləğlə razı olmadığını bildirmişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclular qərəzli şəkildə borcu ödəməkdən yayınırlar. Dəfələrlə onlardan borcunun ödənilməsini tələb etsə də, Habil borcu ödəmir, Arif isə ümumiyyətlə tapılmır. Şəxs tərəfindən təklif etdiyi 2500 manat məbləğində borcu qəbul edir, lakin borcun qalan hissəsini tələb etməkdə israrlıdır. Sonda isə məhkəmədən borclu Şəxs inzibati məsuliyyətə cəlb edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən yayınmamışdır. Heç bir yerdə işləmir, maddi imkanı olduqca ağırdır. Hal-hazırda Qəbələ Rayon Məhkəməsinin 2(025)-98/15 nömrəli, 15 dekabr 2015-ci il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs olan 8839 manat borcdan 2500 manat məbləğində pulun ödənilməsinə imkanı vardır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X5 göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs borcu ödəməkdən boyun qaçırmamış, lakin heç bir yerdə işləmədiyinə və maddi imkanı olduqca ağır olduğuna görə borcu ödəyə bilmir. Hazırda Şəxs ümumi borcdan 2500 manat məbləğində pul ödəmiş, odur ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 98/15 nömrəli, 15.12.2015-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər X4 və Şəxs 8839 (səkkiz min səkkiz yüz otuz doqquz) manat borc məbləği tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclas zalında, Qəbələ Rayon Məhkəməsinin 2(025)-98/15 nömrəli, 15 dekabr 2015ci il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs 2500 manat məbləğində pul ödəmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs 11.04.2022-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verildikdən sonra tələbkara məhkəmə prosesi gedişatında ödəniş etsə də, hal-hazıradək Qəbələ Rayon Məhkəməsinin 2(025)-98/15 nömrəli, 15 dekabr 2015-ci il tarixli qətnaməsi üzrə 6369 manat borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar