Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-155/2024 11.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Göyçay rayonu, Yeniarx kəndində anadan olmuş, Göyçay rayonu, Yeniarx kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına 11 mart 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Protokolda göstərilir ki, Şəxs lotareya oynamaq adı ilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 11 mart 2024-cü il tarixli həmin protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərmişdir ki, Şəxs lotareya oynamaq adı ilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, Bakı şəhərində yaşayan Rufanə adlı tanışının vasitəsi ilə tanıdığı X6 onu qohumu Zərərçəkmiş şəxs ilə tanış etmişdir. Onlar lotareya oynamalı imişlər, buna görə adam yığırlarmış. Həmin vaxt Gözəl İsmayılova ona bildirmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxs də həmin qrupa qoşsun və o, Aydın adlı şəxsi həmin qrupa qoşmuşdur. xx.xx.2023-cü il tarixdə 250 və xx.xx.2023-cü il tarixdə təkrar 250 manat ona pul göndərmişdir. 2023-cü ilin sentyabr ayında isə Zərərçəkmiş şəxs göndərdiyi kart hesabına onlayn formada kart vasitəsi ilə 400 manat yenidən pul göndərmişdir. Sonradan lotareya oyunu olduğu üçün Zərərçəkmiş şəxs ona göndərdiyi pulu geri qaytarmağını tələb etmişdir. O, Zərərçəkmiş şəxs 400 manat pulu sentyabr ayının sonunda geri qaytarsada, qalan 500 manat pulu bu günə kimi ona ödəməmişdir. Sonradan Zərərçəkmiş şəxs ona dəfələrlə zəng edərək ona ödədiyi pulun qalan 500 manatını geri ödəməyini istəsə də, o, Aydına maddi imkanı olmadığı üçün pulu az-az ödəməyi təklif etmişdir, Aydın isə buna razı olmamışdır. Bu səbəbdən Zərərçəkmiş şəxs borcunu geri ödəyə bilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhərində yaşayan xalası qızı X4 vasitəsi ilə tanıdığı Əfsanə adlı şəxs latoreya oynayacağını, buna görə adam yığmalı olduğunu bildirmişdir. Həmin vaxt, o, da lotareya oynamaq istədiyini bildirmişdir və Əfsanə adlı şəxsə xx.xx.2023-cü il tarixdə 250 və xx.xx.2023-cü il tarixdə təkrar 250 manat pul göndərmişdir. 2023-cü ilin sentyabr ayında isə Əfsanə adlı şəxsin ona göndərdiyi kart hesabına onlayn formada kart vasitəsi ilə 400 manat yenidən pul göndərmişdir. Sonradan lotareya oyunu dağıldığı üçün Əfsanə adlı şəxsdən ona göndərdiyi pulu tələb etmişdir. Lakin o, 400 manat pulu sentyabr ayının sonunda ona geri qaytarsada, qalan 500 manat pulu bu günə kimi ona ödəməmişdir. Əfsanəyə dəfələrlə zəng edərək ona ödədiyi pulun qalan 500 manatını tələb etsədə, o, pulu ona qaytarmayacağını, hara istəsə şikayət edə biləcəyini bildirmişdir. Bu səbədən xx.xx.2024-cü il tarixdə AR DİN-in 102 xidmətinə və Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs işdə inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq inzibati xəta haqqında işə xitam verilməsini xahiş etmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 07 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/237 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs barəsində AR İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilməsi məqsədilə qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Şəxs tərəfindən sui-istifadə və ya dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 500 manat miqdarında zərər vurması faktı öz təsdiqini tapmamışdır. Belə ki, Qəbələ RPŞ-nin təhqiqatçısı tərəfindən aparılmış araşdırma zamanı Şəxs Zərərçəkmiş şəxs 500 manat pulu dələduzluq yolu ilə alması müəyyən olunsa da, Şəxs həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmiş, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmək niyyətinin olmadığını bildirmişdir. Yəni, Şəxs hərəkətlərində qəsdən özgənin əmlakının qanunsuz yolla ələ keçirilməsi faktı məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən aparılmış araşdırma zamanı Zərərçəkmiş şəxs izahatı alınsa da, Şəxs dindirilməmişdir. Beləliklə, təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin yarandığını əsaslandırmadan, işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Həmçinin İXM-nin 227-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə talama faktı öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində özgənin əmlakını qəsdən dələduzluq yolu ilə ələ keçirilməsi halı mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs lotoreya oynamaq adı ilə Zərərçəkmiş şəxs 500 (beş yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-155/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-155/2024
11.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver