Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-155/2025 02.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X11 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Vəkil iştirakı ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748969) tərtib olunmuşdur ki, o, Zərərçəkmiş şəxs1 xeyrinə 5000 ABŞ dolları və 105 manat dövlət rüsumu ödəməsi barədə Abşeron Rayon Mahkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4422/2022 saylı, X3 xeyrinə 15.917,42 manat, 300 manat hüquqi yardım xərci və 31 manat ödəməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-318/2022 saylı, Zərərçəkmiş şəxs3 xeyrinə 720,0 manat ödəməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3066/2021 saylı, Konstromat” MMC-nin xeyrinə 3060 manat və 51 manat məbləğində dövlət rüsumu “ödəməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5761/2021 saylı, "xxxx" MMC-nin xeyrinə 492 ABŞ dolları və 30 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1229/2018 saylı və "xxxx" MMC-nin xeyrinə 1011 ABŞ dolları və 20 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-955/2018 saylı icra sənədi üzrə tələbi üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs1 xeyrinə 5000 ABŞ dolları və 105 manat dövlət rüsumu ödəməsi barədə Abşeron Rayon Mahkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4422/2022 saylı, X3 xeyrinə 15.917,42 manat, 300 manat hüquqi yardım xərci və 31 manat ödəməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-318/2022 saylı, Zərərçəkmiş şəxs3 xeyrinə 720,0 manat ödəməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3066/2021 saylı, Konstromat” MMC-nin xeyrinə 3060 manat və 51 manat məbləğində dövlət rüsumu “ödəməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5761/2021 saylı, "xxxx" MMC-nin xeyrinə 492 ABŞ dolları və 30 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1229/2018 saylı və "xxxx" MMC-nin xeyrinə 1011 ABŞ dolları və 20 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-955/2018 saylı icra sənədi üzrə tələbi icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, barəsində olan həmin icra sənədlərində tələbkar kimi qeyd olunan şəxsləri tanımır və həmin şəxslərə borcu yoxdur. Qeydiyyatda olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, H.Məmmədov küçəsi 9-da yaşamadığına görə barəsində çıxarılan məhkəmə qərarlarından və verilmiş icra sənədlərindən xəbərsiz olmuşdur. Ona görə də, barəsində olan məhkəmə qərarlarından şikayət etməkdən ötrü möhlət verilməsini xahiş edir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4422/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 5000 ABŞ dolları və 105 manat dövlət rüsumu məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1 verilməlidir. İşdə olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-318/2022 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 15.917.42 manat və 300 manat hüquqi yardım xərci, 31 manat ödənilmiş dövlət rüsumu X3 xeyrinə ödənilməli, 3.85 metrlik 2.000 ədəd dəmir dirək X4 qaytarılmalıdır. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3066/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 720 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməlidir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 5761/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 3060 manat məbləğində borc və 51 manat məbləğində dövlət rüsumu Zərərçəkmiş şəxs5 MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 1229/2018 saylı icra sənədinə əsasən cavabdehlər Şəxs və X5 müştərək qaydada 428 ABŞ dolları məbəğində əsas, 64 ABŞ dolları cərimə borcu, cəmi 492 ABŞ dolları pul vəsaiti ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)- 955/2018 saylı icra sənədinə əsasən cavabdehlər X8 və Şəxs müştərək qaydada 966 ABŞ dolları əsas, 45 ABŞ dolları cərimə borcu, cəmi 1011 ABŞ dolları borc ödəniş günü manata məzənnə ilə manatla və 20 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının surətinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(113)-318/2022-008 nömrəli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif olunmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 113839/2022-15-28-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(113)-318/2022-008 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli Qərarının surətinə əsasən Abşeron Rayon Mahkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4422/2022 saylı icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi təklif olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli ümumi icraata birləşdirmə barədə qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-1229/2018 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-955/2018 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 3066/2021 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 5761/2021 saylı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-318/2022 saylı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(055)-1591/2023 saylı və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4422/2022 saylı sənədləri bir icraatda birləşdirilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 5/3-13-89/2-406 nömrəli məlumata əsasən xx.xx.1979-cu il təvəllüdlü Şəxs barəsində xx.xx.2022-ci il tarixdə 60029 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e8461/2023-11-5-016 nömrəli məlumata əsasən Şəxs Zərərçəkmiş şəxs1 xeyrinə 5000 ABŞ dolları və 105 manat dövlət rüsumu ödəməsi barədə Abşeron Rayon Mahkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4422/2022 saylı, X3 xeyrinə 15.917,42 manat, 300 manat hüquqi yardım xərci və 31 manat ödəməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-318/2022 saylı, Zərərçəkmiş şəxs3 xeyrinə 720,0 manat ödəməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-3066/2021 saylı, Konstromat” MMC-nin xeyrinə 3060 manat və 51 manat məbləğində dövlət rüsumu “ödəməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-5761/2021 saylı, "xxxx" MMC-nin xeyrinə 492 ABŞ dolları və 30 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-1229/2018 saylı və "xxxx" MMC-nin xeyrinə 1011 ABŞ dolları və 20 manat dövlət rüsumu ödəməsi barədə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-955/2018 saylı icra sənədi üzrə hər hansı bir məbləğ ödəməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəinzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2011ci il X7 adında azyaşlı uşaqı vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuıiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən edilərkən məsuliyyəti yüngülləşdirən hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 02 aprel 2025-ci il tarixdən saat 18:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-155/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-155/2025
02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver