Məhkəmə qərarları › İş №3(025)-156/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-156/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-156/2023 13.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 13 aprel 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X12 protokolu müdafiə edərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(0107)- 2081/2021 saylı qətnaməsinə əsasən cavabdeh Şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(025)-1010/2021nömrəli qətnaməsi 24 sentyabr 2008-ci il təvəllüdlü X3, 17 dekabr 2010-cuil təvəllüdlü X5 və 13 mart 2018ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 18 İyun 2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs alınıb iddiaçı X2 verilməli olan alimentin məbləği hər ay hər uşaq üçün 50 manat, üç uşaq üçün cəmi 150 manat müəyyən edilməklə dəyişdirilməsi, Qəbələ Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(025)-1010/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsində, iddia tələbi qismən təmin edilməsi, cavabdeh Şəxs ilə iddiaçı X4 arasında 02 sentyabr 2008-ci il tarixdə bağlanmış və Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 48 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 24 sentyabr 2008-ci il təvəllüdlü X3, 13 mart 2018-ci il təvəllüdlü X6 və 17 dekabr 2010-cu il təvəllüdlü X7 anaları X1 yanında qalmaları müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunması qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildirişlər borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarlarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazıradək borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınır. Qeyd olunan Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(0107)-2081/2021 saylı icra sənədi üzrə Şəxs 2397 manat borcu vardır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən borcu ödəməkdən qəsdən yayınmamışdır. Tələbkarla əvvəllər razılığa gəlmişlər ki, aliment ödəməkdən azad olunacaq, o, isə öz növbəsində imkan olduqca uşaqlarına kömək edəcək. Hazır ki aliment borcu tam şəkildə ödəmək üçün onun maddi imkanı zəifdir. Hal-hazırda işləmir, qeyri rəsmi taksi fəaliyyəti ilə məşğul olur, işə düzəlib tələbkara olan borcunu hissə-hissə ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli 2(0107)-2081/2021 saylı qətnaməsini icra etmir. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsələr də, vədlər vermiş, lakin ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Habil barəsində daha ağır cəza tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyd edilən qətnamənin icrasından yayınmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində inzibati xəta tərkibi olmadığı üçün, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 aprel 2023-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar