Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-156/2025 08.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəx Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1965-ci il oktyabrın 15-də Qəbələ rayonu Mirzəbəyli kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru T.A.Həsənquliyevin tərtib etdiyi 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına cavabdeh Şəxs tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. Lakin, Şəxs ölçü işlərinin aparılmasına maneələr törətməyə davam etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, əvvəl Şəxs Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına icazə verməyəcəyini bildirmişdir. Onun barəsində bu səbəbdən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı işin baxılması təxirə salınmış və icra prosesi bu günə, yəni xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Bu gün isə Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi icra olunmuş və Şəxs tərəfindən Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına heç bir maneəçilik törədilməmişdir. Bununla bağlı arayış tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına heç bir maneəçilik törətməmişdir. O əvvəl məhkəmə qətnaməsini düzgün başa düşməmiş, lakin məhkəmə iclasında ona məhkəmə qətnaməsi izah edilmiş və o da işin təxrə salınmasını xahiş etmişdir. Hazırda məhkəmə qətnaməsi tam icra olunmuşdur. Məhkəmədən onun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəx Zərərçəkmiş şəxs izahatında göstərdi ki, məhkəmə qətnaməsi tam icra olunmuşdur. Qəbələ Ərazi İdarəsi mütəxəssisləri əraziyə baxış keçirmişlər, müvafiq ölçü işləri aparmışlar və Şəxs buna etiraz etməmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Beləliklə, məhkəmə icra məmurunu və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işləri aparılmış, Şəxs tərəfindən hər hansı maneə törədilməmişdir. Beləliklə, məhkəmə prosesində borclu X3 icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən JN-221F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən planda sərhədləri göstərilmiş Qəbələ rayonu Corlu kəndində yerləşən 0.69 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmasından ötrü AR ƏM DK DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi mütəxəssislərin iştirakı ilə plan-ölçü və inventarlaşma işlərinin aparılmasına cavabdeh Şəxs tərəfindən törədilən maneənin aradan qaldırılması qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən törədilən maneələr aradan qaldırılmış və DƏDRX-in 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ölçmə işləri aparılmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatından və Qəbələ rayon İcra və probasiya şöbəsi tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən törədilən maneələr aradan qaldırılmış və DƏDRX-in 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən ölçmə işləri aparılmışdır. Bu isə Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibinin olmaması mənasına gəlir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-156/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-156/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver