Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-158/2025 21.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X7 nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş MN seriyalı, ******* nömrəli 18 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ rayonu Hacallı kəndində xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən reseptlə buraxılan “Cytotec” (“saytoteks) adlı dərman vasitəsinin reseptsiz satışının həyata keçirilməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4” X7 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Qəbələ rayonu Hacallı kəndində xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən reseptlə buraxılan “Cytotec” (“saytoteks) adlı dərman vasitəsinin reseptsiz satışının həyata keçirilməsi aşkar edilmişdir. Belə ki, Qəbələ rayon Polis şöbəsinin 25 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə X3 reseptsiz dərman satdığına görə onun barəsində AR İXM-nin 452.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunması üçün qərarın surəti AR Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. Belə olub Şəxs MMC barəsində tərəflərindən İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Lakin Şəxs MMC məhkəməyə elektron qaydada ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin nümayəndəsi X6 məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, inzibati xəta haqqında protokolla razılaşırlar və etirazları yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinin tələbi üzrə minimal həddə cərimə tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 452.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özlərinin etirafı və araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsinə əsasən apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə - yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir. Hazırkı işdə müəyyən edilir: - Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 25 fevral 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/178 saylı metrial üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X5 reseptsiz dərman satdığına görə onun barəsində AR İXM-nin 452.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunması üçün qərarın surətinin AR Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. - X3 Qəbələ rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, sonuncu xx.xx.2025-ci il tarixdə “saytoteks” dərmanını reseptsiz satdığını etiraf etmişdir. - X2 Edilməsi ilə X9 Bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixdə X5 Şəxs MMC-də inzibatçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qəbələ rayonu Hacallı kəndində xx.xx.2025-ci il tarixdə Şəxs MMC tərəfindən reseptlə buraxılan “Cytotec” (“saytoteks) adlı dərman vasitəsinin reseptsiz satışı həyata keçirilmişdir. Bu hal 25 fevral 2025ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə, X3 Qəbələ rayon Polis şöbəsinə verdiyi izahat ilə sübuta yetirilməkdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinməli və 250 (iki yüz əlli) manat cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.1-ci maddəsi ilə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsiləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-158/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-158/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver