Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-159/2024 27.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İV Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abi oğlunun iştirakları ilə Şəxs Abi oğlu – xx xxxxxx 1968-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Qəbələ rayonu Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Abi oğlunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X5 06 mart 2024-cü il tarixli qərarı ilə, Şəxs Abi oğlunun əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs Abi oğlu barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İV Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən 14mart 2024-cü il tarixdə İXP6102231 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 57.8-ci kilometirliyində sürücü 1968-ci il təvəllüdlü, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Şəxs Abi oğlu idarə etdiyi Mersedes Benz E 240 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü İsmayıllı istiqamətinə hərəkətdə olarkən idarə etdiyi avtomobilin arxa sağ təkəri üzü Qəbələ istiqamətinə yolu soldan sağa keçmək istəyən, 2007-ci il təvəllüdlü, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ayağının üstündən keçmiş və nəticədə sonuncunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İV Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X4 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən araşdırılma aparılmış, Şəxs Abi oğlunun əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Abi oğlu barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin BDYPİnə verilmişdir. Şəxs Abi oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abi oğlu özünü təqsirli bilərək izahatında göstərdi ki, Mersedes Benz E 240 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu X2 məxsusdur. O, avtomobili sürmə etibarnaməsi ilə idarə edir. Avomobili idarə etmək üçün B kateqoiyalı sürücülük vəsiqəsi var. xx.xx.2024-cü il tarixdə saat təxminən 14.00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən kecən 57.8-ci kilometirliyində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar onu deyə bilərki, həmin gün idarə etdiyi Mersedes Benz E 240 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ mərkəzindən yaşadığım Vəndam qəsəbəsinə qayıdırmış. Avtomobili özü idarə etmiş və avtomobildə ondan başqa heç kim olmamışdır. Qaraməryam-İsmayıllı-Şəkiyolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən kecən 57.8ci kilometirliyində üzü İsmayıllı istiqamətinə saatda 50 kilometir sürətlə hərəkətdə olarkən təxminən 7-8 metir məsafədən yolun solundan sağına keçmək istəyən qız uşağı çıxmışdır. O, tez sükanı sola buraraq qarşı hərəkət zolağına çıxmış ki, qızı vurmasın. Keçdikdən sonra bir neçə metr getdikdən sonra avtomobili yolun sağında saxlamışdır. Güzgüdən baxanda görmüş ki, qız harasa gedir. O da zənn etmiş ki, qıza heç bir xəsarət yetirməmişdir.Həmən qızdan heç bir şey soruşmadan idarə etdiyi Mersedes Benz e 240 markalı avtomobilini hərəkətə gətirərək yoluna davam etmişdir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon polis şöbəsindən ona zəng edərək xx.xx.2024-cü il tarixdə idarə etdiyi Mersedes Benz E 240 markalı avtomobili ilə Qəbələ rayon Vəndam qəsəbə sakini Zərərçəkmiş şəxs vurduğunu bildirmişlər. Və onu araşdırma üçün şöbəyə çağırmışlar. Şöbədə izahat verdikdən sonra maraqlanmaq üçün Aytacgilin evinə getmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barımış və zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (anası) Qanuni nümayəndə iştirakı ilə dindirilən zaman izahatında göstərmişdir ki, həmən gün evdən çıxıb məşqələyə gedirmiş. Yolu üzü Qəbələ istiqamətinə soldan sağa keçmək üçün yolun kənarında dayanmışdır. Sağa baxmış və görmüş ki, hərəkətdə olan avtomobil yoxdur. Sola baxmadan hərəkətə başlayaraq yolu keçmək istəyərkən Qəbələ istiqamətindən üzü İsmayıllı istiqamətinə hərəkətdə olan Mersedes Benz E 240 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkəri onun sol ayağının üstündən keçmişdir. Bir neçə metr getdikdən sonra Mersedes Benz E240 markalı avtomobilin sürücüsü avtomobili yolun sağında saxlamışdır.Bir neçə saniyə dayandıqdan sonra avtomobilini sürərək yoluna davam etmişdir. Hadisə zamanı mobil telefonu yerə düşmüşdür. Telefonunu yerdən götürüb evə qayıtmışdır. Evdə hadisənin necə baş verdiyini danışmışdır. Həmən vaxt ciddi bir xəsarət olmadığı üçün xəstəxanaya getməmişdir. Həmən günü məşğələdən qayıdanda ayağı ağrımışdır. xx.xx.2024-cü il tarixində ayağında ağrılar olduğu üçün anasıonu Qəbələ rayon MX-na aparmışdır.Xəstəxanada müayinə olduqdan sonra sol ayağının aşıq baldır bağının əzildiyini bildirmişlər. Şəxs Abi oğlu ilə barışmışlar və qarşı şikayət və tələbiyoxdur. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şəxs Abi oğlunun barəsində toplanmış HK-118 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və X6 rayon şöbəsinin 15fevral2024-cü il tarixli, № 63 saylı MTEnin rəyindən görünür ki, X3 bədəni üzərində sol aşağı ətrafda aşıq-baldır oynağının əzilməsi kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 01 fevral 2024-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində piyadada törənə bilər. Qeyd olunan xəsarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. - Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs Abi oğluna məxsus AE201706 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abi oğlunun törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Abi oğlununəməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən 57.8-ci kilometirliyində sürücü 1968-ci il təvəllüdlü, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Şəxs Abi oğlu idarə etdiyi Mersedes Benz E 240 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə üzü İsmayıllı istiqamətinə hərəkətdə olarkən idarə etdiyi avtomobilin arxa sağ təkəri üzü Qəbələ istiqamətinə yolu soldan sağa keçmək istəyən, 2007-ci il təvəllüdlü, Qəbələ rayon Vəndam qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ayağının üstündən keçmiş və nəticədə sonuncunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş törətmişdir. Bununla da Şəxs Abi oğlunun AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Abioğlu Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Abi oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-159/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-159/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver