Məhkəmə qərarları › İş №3(025)-16/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-16/2021

05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-16/2021 05.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1989-cu il martın 11-də Qəbələ rayonu Zarağan kəndində doğulmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3 və 511.1ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində, Bakcellin qarşısında nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkət qaydalarının davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmçinin nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə yaylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.3 və 511.1-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs özünü Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 13:33 radələrində özünə məxsus “Vaz 21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən “Bakcell”in qarşısında saxlamışdır. Nəqliyyat vasitəsi ilə həmin yerdən arxa-arxaya manevr edən zaman tıxac yaratmamaq üçün, həmçinin həmin prospektdə olan nəqliyyat vasitələri yol vermədiyi üçün əsəbləşərək avtomobilini bir az yüksək sürətlə hərəkət etdirərək həmin ərazini tərk etmişdir. Maşını şəhərin mərkəzi hissəsində yüksək sürətlə hərəkət etməsinə görə peşimandır, lakin hesab edir ki, əməlində İXM-nin 511.1-ci maddəsinin tərkibi yoxdur. Bu səbəbdən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər yoxdur. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protkolu tərtib etmiş şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X2 izahatında göstərdi ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində, Bakselin qarşısında nəqliyyat vasitəsi ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, yol hərəkət qaydalarının davamlı olaraq pozulması ilə müşayət olunan qərəzli avtoxuliqanlıq hərəkətləri etmişdir. Həmçinin nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə yaylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər etmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 342.2.3 və 511.1-ci maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndəriləcəyi barədə sürücüyə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür: - Qəbələ RPŞ-nin Təhlükəsiz şəhər Xidmətinin operatoru, polis serjantı Nurlan Seyfəddinbəyli xx xxxxxx 2020-ci il tarixdə raportla Qəbələ RPŞ-nin rəisi Nadir Məmmədova müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə H.Əliyev prospektində **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 2101” markalı avtomobil Bakcellin qarşısında yerləşən duracaqdan çıxarkən avtoxuliqanlıq hərəkətləri etmişdir və Təhlükəsiz şəhər 11.1 kamerasına düşmüşdür. Beləliklə, raport barəsində aidiyyatı üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati xəta haqqında protokla əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən müəyyən edildi ki, “Vaz 21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Qəbələ şəhəri, H.Əliyev prospektində, “Bakcell”in ofisinin qarşısında arxa arxaya hərəkət etmiş, avtomobil dayanmış, daha sonra isə yüksək sürətlə sola doğru hərəkətinə davam etmişdir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasənbir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddələrdən 511.1 maddəsinə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddələrin tərkibinin olub-olmamasına qiymət verir. Belə ki, Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi İXM-nin 511.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər olmalıdır. İnzibati xətanın anlayışı AR İXM-da belə verilib: "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur" (Maddə 12). Göründüyü kimi, bu maddədə törədilən əməlin inzibati xəta hesab olunması üçün bir neçə şərt qoyulub. Birincisi, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd olmasıdır. Əgər hər hansı əməl AR İXM-də nəzərdə tutulmayıbsa, həmin əməlin edilməsi Məcəllədə bilavasitə göstərilmiş və Məcəllə ilə qorunan ictimai münasibətlərə zidd deyilsə, onda həmin əməl inzibati xəta hesab oluna bilməz. İkinci şərt hüquqazidd olmasıdır. Hüquqazidd hərəkət dedikdə də AR Konstitusiyasına, AR İXM-yə və digər qanunvericilik aktlarına zidd olan hərəkətlər də başa düşülür. Üçüncü şərt əməlin təqsirli sayılmasıdır. Təqsirli əməl də iki formada olur: qəsdən törədilən əməl və ehtiyatsızlıqdan törədilən əməl. "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur" (AR İXM 13-cü maddə). "İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya həəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin onların qarşısını alacağına yüngül fikirlə ümid bağlamışdırsa, yaxud bu nəticələrin baş verəcəyini qabaqcadan görə bilməli və görməli olduğu halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıq üzündən törədilmiş xəta hesab olunur" (AR İXM 14-cü maddə). Nəhayət sonuncu şərt törədilən əməlin inzibati məsuliyyətə səbəb olmasıdır. Burda da yenə iki hal var. Şəxsin həm hərəkəti, həm də hərəkətsizliyi inzibati məsuliyyətə səbəb ola bilər. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi mövcud hadisə ilə bağlı ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməsinə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər mövcud deyildir və bu hallar iş materialları, tərəflərin izahatları ilə sübuta yetirilmir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X2 məhkəmədə verdiyi izahatında və tərtib etdiyi protokolda Şəxs “Vaz 21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilləictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini göstərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB YPXİ-nin polis serjantı X2 yalnız Nurlan Seyfəddinbəylinin raportu ilə kifayətlənərək Şəxs İXM-nin 511.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntələrə məhkəmə iclasında baxış keçirilərəkən Şəxs 03yanvar 2020-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev prospektində, “Bakcell”in qarşısında avtoxuliqanlıq hərəkətləri etməsi müəyyən edilməmişdir. “Vaz 21011” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin cürücüsü Şəxs ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır ki, bu da öz növbəsində Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsınin mövcudluğunu istisna edir. Həmçinin məhkəmə onuda qeyd edir ki, Şəxs barəsində AP ******* nömrəli inzibati protokol xx xxxxxx 2020-ci il tarixdə tərtib edilməsinə baxmayaraq, **-BF-*** dövlət qeydiyyat nişanlı “Vaz 2101” markalı avtomobilin Bakcellin qarşısında yerləşən duracaqdan çıxarkən avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı görüntülərin əldə edilməsi ilə bağlı Qəbələ RPŞ-nin Təhlükəsiz şəhər Xidmətinin operatoru, polis serjantı Nurlan Seyfəddinbəyli xx xxxxxx 2020-ci il tarixdə raportla Qəbələ RPŞ-nin rəisi Nadir Məmmədova müraciət etmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi protokolu tərtib edən şəxsin üzərinə düşdüyundən və məhkəməyə hadisə vaxtı nəqliyyat vasitəsinin sürücüsü Şəxs tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 511-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə eyni zamanda qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 342.2.3-cü maddəsi ilə tərtib olunmuş protokol məhkəmənin səlahiyyətinə aid edilmədiyindən Məhkəmə həmin xətaya münasibət bildirmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş AP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar