Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-160/2023 17.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X6 Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1978-ci il iyulun 05-də Mingəçevir şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ şəhəri, X15 küçəsi ev 30, mənzil 10 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 aprel 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 17 aprel 2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X9 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, hadisə zamanı spirtli içkinin təsiri altında olduğundan etdiklərini xatırlamır. Sonradan polis əməkdaşları videogörüntünü ona göstərmişlər və əməlindən peşman olmuşdur. Normalda belə bir insan deyildir. Etdiyi əmələ görə polis əməkdaşlarından üzr istəmişdir. Onun nəinki polis əməkdaşlarını, heç kimi söyməyə ixtiyarı yoxdur. Himayəsində azyaşlı uşaqlarının və yaşlı anasının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X2 Sadiq Məhəmməd oğlunun barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, halhazırda Qəbələ RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə əməliyyat-istintaq qrupunun üzvü olduğu üçün növbətçi hissə ona Şəxs DİN-in “102” xidmətinə zəng edərək bıçaqla hədələnməsi barədə məlumat verdiyini bildirmişdir. Hadisə yerinə getmək üçün vətəndaşın ünvanının dəqiqləşdirilməsi məqsədilə nömrə vasitəsilə telefon əlaqəsi saxlanılan zaman Şəxs onun, eləcə də Qəbələ RPŞ-nin digər əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Onu nizam-intizama dəvət etsə də, onun sözlərinə məhəl qoymaraq yenidən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə 20:14 radələrində Qəbələ RPŞ-nin İstintaq və Əməliyyat qrupunun üzvü olduğu zaman növbətçi hissədən Şəhidlər xiyabanının yanında münaqişə olması barədə AR DİN-in “102” xidmətindən məlumat gəlməsi barədə məlumat vermişdir. O, məlumat əsasında narahatçılığın nədən ibarət olmasını öyrənmək üçün müraciət sahibi Şəxs məxsus olan və məlumatda qeyd olunmuş ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq şəxsə özünü təqdim edərək “102” xidmətinə müraciət etməsini və onunla əlaqədar olaraq şəxslə əlaqə saxladığını bildirdiyi zaman, ona “adam öldürərsəm belə gələsisiz” demiş, daha sonra ona “belə polis olar” deyərək ünvanına nalayiq ifadələr işlətməyə davam etmiş və telefonunu söndürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il saat təxminən 20:20 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Yahyazadə Sənani ilə xidməti təhvil vermək üçün təlimata gəldikləri zaman şöbənin qarşısında tanımadıqları, adı sonradan onlara məlum olan Qəbələ şəhər sakini Şəxs polis şöbəsinə **-HF-*** dövlət qeydiyyat nişanlı “X22” markalı avtomobil ilə orada dayanması və avtomobilin qapısından çölə çıxaraq uca səslə Azərbaycan polisinin ünvanına nalayiq ifadələr işlətdiyinin şahidi olmuşdur. O və digər polis əməkdaşları ona yaxınlaşaraq narahatçılığının nə olması ilə maraqlanmaq və şəxsi nizam intizama dəvət etmək istəsələr də, qəsdən nalayiq ifadələr işlətməyə davam etmiş və daha sonra avtomobilə əyləşərək onun və Yahyazadə Sananinin üstünə sürərək oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis sahə nəfəri X1 Elşad Sərdad oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 1,391 % olmuşdur. İş materiallarında olan 14 aprel 2023-cü il tarixli “X16 Haqqında” protokoldan görünür ki, Şəxs 14 aprel 2023-cü il tarixdə, saat 20:00-da tutulmuş, xx.xx.2023-cü il saat 20:00-da azad edilmişdir. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ RPŞ-nin inzibati binasının qarşısında polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə polis işçilərinin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən, qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən X16 müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 3,5 saat müddətində müdafiə etmişdir. Lakin məhkəmə hesab edir ki, Vəkil inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə 3 saat müdafiəsi etməsi ağlabatan və real deyildir. Belə ki, vəkil tərəfindən Şəxs müdafiəsinə 1 (bir) saat vaxt sərf edilmişdir. Odur ki, Şəxs göstərilmiş 1 saat hüquqi xidmətə görə Vəkil 6 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətə inzibati həbs edilsin və 14 aprel 2023-cü il tarixdən 16 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün inzibati qaydada tutulma müddəti nəzərə alınmaqla, qəti olaraq 6 (altı) gün məddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 17 aprel 2023-cü il saat 11:30-dan hesablnasın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 1 saat hüquqi xidmətə görə Vəkil 6 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-160/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-160/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver