Məhkəmə qərarları › İş №3(025)-160/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-160/2024

15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-160/2024 15.03.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 15 mart 2024-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirdi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2273/2018 saylı, xx.xx.2018-ci il tarixli, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1425/2019 saylı, xx.xx.2019-cu il tarixli və Qəbələ Rayon Məhkəməsinin 2(025)-213/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinə əsasən icra məmurunun borcun ödənilməsi ilə bağlı qanuni tələbini yerinə yetirmir. Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1425/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 13726.77 manat Zərərçəkmiş şəxs1 borcu vardır. Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2273/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 25500 manat Zərərçəkmiş şəxs3 borcu vardır. Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-213/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 8246.63 ABŞ dolları və ödənilmiş 20 manat dövət rüsumu miqdarında Zərərçəkmiş şəxs2-ya borcu vardır. İcraata başlamaq haqqında qərarlar və bildirişlər borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarlarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazıradək borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamənin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hal-hazırda ödəniş edə bilmir. Heç bir rəsmi iş yerində işləmir, fərdi əməklə məşğuldur və aylıq 600 AZN qazancı olur. 4 övladı var, həmçinin xəstə bacısına da, o, himayədarlıq edir. Uzun müddətdir ki, işsiz imiş, təzəlikcə iş tapmışdır. 1500 manat mart ayının sonlarına kimi ödəyə bilər. 2 dəfə infarkt keçirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədlərində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1425/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 13726.77 manat Zərərçəkmiş şəxs1 borcu vardır. Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2273/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 25500 manat Zərərçəkmiş şəxs3 borcu vardır. Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-213/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən 8246.63 ABŞ dolları və ödənilmiş 20 manat dövət rüsumu miqdarında Zərərçəkmiş şəxs2-ya borcu vardır. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 mart 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Həbs etmənin əvvəli 15 mart 2024-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar