Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-161/2022 18.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis serjantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 16.04.2022-ci il tarixdə, VAZ 21120 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 16.04.2022-ci il tarixdə, VAZ 21120 markalı **- BP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qəbələ rayonu, Bum qəsəbəsi ərazisində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol qaydalarını pozmuş və nəticədə VAZ 21444 markalı **- NJ-*** nömrəli avtomaşının sağ tərəfdən vuraraq zədələmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 16.04.2022-ci il tarixdə Qəbələ rayonu Bum kəndi ərazisində etibarnamə ilə idarə etdiyi VAZ 21120 markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olduğu zaman onu ötmək istəyən VAZ 21444 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabağına iribuynuzlu heyvan çıxdığı üçün sağ manevr etdi və bu səbəbdən onun maşınına dəydi. Onların maşınları sürtünən zaman ciddi zərər yaranması və yol nəqliyyat hadisəsi baş verdiyi ağlına gəlməmiş buna görə də avtomobili saxlamayaraq sürüb getdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 16.04.2022-ci il tarixdə Xaçmazdan qayıdarkən Qəbələ rayonu Bum qəsəbəsi ərazisində etibarnamə ilə idarə etdiyi VAZ 21444 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olduğu zaman qarşısına iribuynuzlu heyvan çıxdığı üçün avtomobilin surətini azlatdı və bu zaman qəfildən səs gəldi. VAZ 21120 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşın onun avtomaşınını sağdan ötərkən vurdu və hadisə yerində saxlamayaraq sürüb getdi. Hadisə zamanı avtomobildə qardaşı və dayısıoğlu Seymur var idi. O və avtomobildəki digər şəxslər hər hansı bədən xəsarəti almayıblar. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis serjantı X3 tərəfindən tərtib edilmiş 16 aprel 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 18 aprel 2022-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-161/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-161/2022
18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver